Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   16   17   18   19   20   21   22   23   24
203 movzu N 1. huquq munasibetleri

 
26 
ölməsi bir hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ 
gəlməsinə səbəb olur və i.a. 
Hərəkətlər insanların iradə ifadəsi ilə əlaqədar olaraq əmələ gələn hüquqi 
faktlardır. Hərəkətlər qanunun göstərişinə uyğun olduqda hüquqauyğun, qanunazidd 
olduqda, onu pozduqda isə qeyri-qanuni olur. Qanunun pozulmasına yönələn 
hərəkətlər hüquq pozuntusu adlandırılır. 
Ümumiyyətlə, hərəkət  davranışın iradəli aktları, insanların əməlləridir. 
Özünün gündəlik praktikasında insanlar saysız-hesabsız davranış aktlarına yol 
verirlər, lakin yalnız bu aktların hansısa hissəsini qanun hüquqi nəticələr ilə 
əlaqələndirir. Yalnız həmin davranış aktları hüquqi mənada hərəkət, yəni hüquqi 
hərəkətlər sayılacaqdır. 
Bu cür hərəkətlər hüquqa uyğun, yəni hüquqi göstərişlərə müvafiq, onları 
pozmayan və qeyri-hüquqi, yəni hüququn tələbinə müvafiq olmayan, onları pozan ola 
bilərlər. 
Hüquqa uyğun hərəkətlər öz növbəsində hüquqi aktlara və hüquqi əməllərə 
bölünürlər. 
Hüquqi aktlar  o hərəkətlərdir ki, konkret hüquqi nəticənin (mülki-hüquqi 
əqdin, yaxud əmək müqaviləsinin bağlanması, nikaha girmə və s.) əldə olunması 
üçün törədilir. Hüquqi əməllər  o hüquqa uyğun hərəkətdir ki, hüquqi məqsədlər 
güdmür, lakin obyektiv şəkildə iradədən və subyektin məqsədlərdən asılı olmayaraq, 
hüquqi nəticələr doğururlar. Məsələn, ədəbi əsərin yaradılması, yaxud ixtira 
nəticəsində yazıçının, şairin, alimin müəlliflik hüquqları yaranır. 
Hüquqi nəticələr hüquqazidd hərəkətlərin nəticəsi də ola bilərlər. Məsələn, 
cinayətin törədilməsi çoxsaylı hüquqi nəticələr yaradır. O cümlədən istintaq 
orqanlarının cinayətin izini axtarmaq və aşkarlamaq vəzifəsini; zərərçəkmişin və 
digər şəxslərin hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət (məlumat) hüququnu 
və s. 
Hüquqazidd hərəkətlər hüquqpozmalara (cinayətlər və xətalar) və obyektiv 
hüquqazidd əməllərə bölünürlər. Onlar arasında fərq bundadır ki, hüquqpozma digər 
hüquq münasibətlərlə birgə hüquqi məsuliyyət münasibəti (cinayət, inzibati və digər) 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin