24 (məsələn, ad hüququ, müəlliflik hüququ, ixtira hüququ və s.) müəyyən hərəkəti etmək
və ya hərəkətdən çəkinmək hüquq münasibətlərinin obyekti ola bilər.
Ümumilikdə obyektlərin bölgüsü aşağıdakı şəkildə aparmaq olar:
Maddi nemətlər – pul, zinət əşyaları, digər əmlak və s. Bu cür obyektlər mülki
hüquq münasibətləri üçün tipikdir. Məsələn, alqı-satqı müqaviləsinin obyekti – pul və
satılan əmlakdır; istiqrazda – mənşə əlamətləri ilə müəyyənləşdirən pul və əşya;
saxlamada saxlanca verilmiş əmlak və s. və i.a. Maddi nemətlər digər hüquq
sahələrinin də, məsələn, cinayət-hüquqi müdafiənin obyektləri ola bilərlər.
Qeyri-maddi nemətlər – həyat, sağlamlıq, insanın şərəf və ləyaqəti, onun azadlığı
və təhlükəsizliyi, şəxsiyyətin toxunulmazlığı, fəxri adlar və s. Qeyri-maddi nemətlər
mühafizəedici cinayət-hüquqi münasibətlərin obyektləridir, onlar prosessual, əmək və
digər bəzi hüquq münasibətləri xarakterikdir.
Mədəni dəyərlər və insan əməyinin digər qeyri-maddi nəticələri – incəsənət və
ədəbiyyat əsərləri, ixtiralar, elmi kəşflər, müxtəlif növ xidmətlər, yəni insanların
mənəvi yaradıcılığının nəticələri, sosial və məişət xidmətləri. Bunlar həm mülki-
hüquqi, əmək və digər hüquq münasibətlərinin, həm də cinayət-hüquqi müdafiənin
obyektləridir.
Sənədlər – pasportlar, diplomlar, vəsiqələr, istintaq fəaliyyətlərinin protokolları,
inzibati protokollar və s. Bu obyektlər inzibati və prosessual münasibətlər üçün daha
tipikdir.
Hüquq münasibətlərinin obyektləri arasında insanların hərəkətləri, davranışı
xüsusi yer tutur. Onlar “sərbəst”, digər obyektlərlə bağlı olmaya bilər. Bu cür obyektlər, məsələn, prosessual və mülki-hüquqi münasibətlərdə-şəxsin səlahiyyətli
orqanın çağırışı ilə gəlməsi, şahid qismində ifadə verməsi, sərnişinlərin daşınması və
s.