3
G İ R İ Ş
Cəmiyyətdə insanlar öz tələbatlarını ödəmək üçün müxtəlif münasibətlərə
girirlər. Həmin bu münasibətlərə ictimai münasibətlər deyilir. İctimai münasibətlərin
bir növü olan hüquq münasibətləri müxtəlif əlaqələr nəticəsində yaranır. Hüquq
münasibətləri özünə xas səciyyəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə, hüquq
münasibətlərinin hüquq normaları ilə tənzimlənməsi, onun subyektlərinin qarşılıqlı
hüquq və vəzifələrə malik olması, onun dövlət tərəfindən təmin olunması və zəruri
hallarda dövlət məcburetməsi ilə qorunması aiddir.
Hüquq münasibəti hüquqi normalar əsasında qurulan faktiki ictimai münasibət
formasıdır. Ancaq qeyd etmək lazımdır ki, heç də bütün ictimai münasibətlər hüquq
normaları ilə nizama salınmır. Hüquq münasibətləri müxtəlif əsaslara görə təsnif
edilir. Onlar hüquq sahələri üzrə fərqlənirlər.
4
SUAL 1.
Hüquq münasibətlərinin anlayışı, əlamətləri və növləri.
Cəmiyyətdə insanlar müxtəlif sosial normalarla nizama salınan cürbəcür
münasibətlərdə iştirak edir. Hüquq normaları ilə nizama salınan ictimai münasibətlər
hüquq münasibətlərini, əxlaq normalarına əsaslanan münasibətlər əxlaq
münasibətlərini təşkil edir və s.
«Münasibət» sözü Azərbaycan dilində dildə müxtəlif mənalarda işlənilir.
Məsələn; insanların təbiətə, başqalarına, cismani obyektlərə münasibətləri və s.
Nəzərə almaq lazımdır ki, istənilən münasibət əlaqə deməkdir. Burada əlaqə rabitə
mənasında deyil. İstənilən əlaqəni isə münasibət hesab etmək olmaz. Əlaqənin
münasibət olması üçün aşağıdakı şərtlər tələb olunur:
1. Əlaqə qarşılıqlı olmalıdır;
2. Əlaqə təsadüfi deyil, davamlı olmalıdır.
Əgər münasibət qarşılıqlı və davamlıdırsa, o, hüquqi münasibətdir.
Münasibətin hüquq münasibəti olması üçün mənafe olmalıdır. Bəs nədən bilmək
olar ki, mənafe var, hüquq mənafeni qəbul edirmi? Pozitivistlərə görə bunu hüququ
bilməklə olar. Normativist və pozitivistlərə görə hüquq münasibətləri hüquq
normaları ilə tənzimlənən (nizamlanan), münasibətlərdir. Bu yanlış deyil, amma bu
cür qavrasaq, adət hüququnu anlaya bilməyəcəyik və bir çox şeyləri bilməkdən
məhrum olacağıq.
Əgər hüququ mövcud və tələb olunan qayda arasında kompromis kimi qəbul
etsək, «hüquq münasibətlərinin hüquq normaları ilə tənzimlənməsi» ifadəsi özünü
doğruldur.
Tələb olunan qayda norma.
Mövcud qayda münasibət.
Bu təqdimatda yanlışlıq yoxdur, lakin natamamdır. Çünki adət hüququ bunu
qəbul etmir. Adətdə norma və münasibət vəhdət təşkil edir. Məs; bizdə Ramazanda
|