Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   2   3   4   5   6   7   8   9   10   ...   24
203 movzu N 1. huquq munasibetleri

 

aparıcı rol oynayır, çünki hüququn aparıcı sahəsi olan dövlət hüququnun normalarına 
əsaslanır. 
Ümumi hüquq münasibətlərində tərəflərdən biri qismində dövlət özü çıxış 
edir. Cəmiyyətdə dövlət vətəndaşların əsas hüquq və vəzifələrini möhkəmləndirir
vətəndaşlar qarşısında onların hüquq və vəzifələrinin təkcə möhkəmləndirilməsi 
sahəsində deyil, həm də bu hüquqların təmin edilməsi və mühafizə olunması üzrə 
müəyyən vəzifələr daşıyır. Dövlət və vətəndaşlar arasındakı belə münasibətlər və 
buna bənzər digər münasibətlər ümumi hüquq münasibətləri olub nisbətən uzun 
zaman davam edir. 
Hüquq münasibətlərinin növlərini təsnifat əsasından, yaxud əlamətindən asılı 
olaraq fərqləndirilirlər. Sahə aidiyyətinə görə konstitusion, yaxud dövlət-hüquqi, 
mülki, mülki-prosessual, cinayət, cinayət-prosessual, cəza-icra, inzibati və digər 
hüquq münasibətləri seçilirlər. Hüquq münasibətləri sahələr üzrə fərqləndirilərkən 
onların maddi və prosessual hüquq münasibətlərinə bölünməsi böyük əhəmiyyət 
daşıyır. Maddi hüquq münasibətləri maddi hüquq normaları əsasında yaranırlar və 
ictimai münasibətləri birbaşa tənzimləyirlər. Onlar bir növ subyektlərə hüquq və 
azadlıqlar verməklə onların üzərinə köçürlər. Prosessual hüquq münasibətləri 
prosessual normalar əsasında yaranırlar və təşkilati, idarəedici xarakter daşıyırlar, 
yəni subyektin hüquq və vəzifələrinin realizasiyası prosedurasını nəzərdə tuturlar. 
Hüququn başlıca funksiyalarına uyğun olaraq tənzimləyici və mühafizəedici 
hüquq münasibətləri də fərqlənirlər. Tənzimləyici hüquq münasibətləri müəyyən 
qaydanı möhkəmləndirən, cəmiyyətdə hüquqi qayda yaranan tənzimləyici hüquq 
normalarının realizəsinin nəticəsidir, yəni o nəticələrin ki, onlara görə hüquq 
normaları qəbul edilir. Hüquq normalarının göstərişlərindən geriçəkilmə 
münasibətləri  hüquqpozma, yaxud hüquqa neytral olan, sadəcə məişət 
münasibətidir. Mühafizəedici hüquq münasibətləri hüquq subyektlərinin hüquqazidd 
davranışa dövlət və cəmiyyətin reaksiyası kimi yaranırlar. Onlar cəmiyyətdə mövcud 
normal münasibət qaydasının müdafiəsinə və hüquqpozucusunun cəzalandırılmasına 
xidmət edirlər. Mühafizəedici hüquq münasibətləri çərçivəsində cinayətkar cinayət 
məsuliyyətinə cəlb olunur, məhkum olunmuş cəzasını çəkir, cavabdeh öz fəaliyyəti, 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin