20 3) delik qabiliyyəti öz hərəkətlərinə görə hüquqi məsuliyyət daşıma
qabiliyyəti.
Ümumilikdə, hüquq münasibətlərinin subyektlərini aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. fiziki şəxslər;
2. hüquqi şəxslər;
3. dövlət;
Hüquq münasibətlərinin iştirakçıları kimi hüququn subyektləri hüquq
qabiliyyətinə və fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquq qabiliyyətinə və
fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquq qabiliyyəti dedikdə şəxsin dövlət
tərəfindən müəyyən edilən hüquq və vəzifələrə malik olma qabiliyyəti başa düşülür.
Fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri ilə hüquqları həyata keçirmək və
vəzifələr daşımaq qabiliyyətinə malik olması deməkdir. Subyektin hüquq qabiliyyəti
ilə fəaliyyət qabiliyyəti birlikdə hüquq subyektliyini əmələ gətirir.
Hüququn bəzi sahələrinin normaları üzrə vətəndaşların hüquq və qabiliyyət
fəaliyyət qabiliyyəti eyni zamanda meydana gəlir. Məsələn, əmək hüquq
münasibətləri sahəsində şəxsin əmək hüquq və fəaliyyət qabiliyyəti onun 16 yaşa
çatması ilə başlayır. cinayət hüququ sahəsində cinayət məsuliyyəti 16 yaşdan,
müstəsna hallarda isə 14 yaşdan, müstəsna hallarda isə 14 yaşdan başlayaraq
meydana gəlir. seçki hüququ sahəsində həm hüquq, həm də fəaliyyət qabiliyyəti
şəxsin həddi-buluğa, yəni 18 yaşa çatması ilə başlayır. (Burada passiv seçki hüququ
istisnalıq təşkil edir).
Mülki hüquq normaları üzrə vətəndaşların hüquq və fəaliyyət qabiliyyəti
müxtəlif vaxtlarda başlayır.
Vətəndaşın hüquq qabiliyyətliliyi doğum anından (məsələn, mülkiyyət hüququna
malik olma), fəaliyyət qabiliyyəti daha sonralar – 14 yaşından məhdud və 18 yaşında
tamam yaranır.
Vətəndaşın hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyən
olunmuş tərzdə – məhkəmə qaydasında məhdudlaşdırıla bilər.