Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra


Sual 4. Hüquqi faktlar hüquq münasibətlərinin əsası kimi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   16   17   18   19   20   21   22   23   24
203 movzu N 1. huquq munasibetleri

Sual 4. Hüquqi faktlar hüquq münasibətlərinin əsası kimi. 


 
25 
Hüquq münasibətləri daim inkişafdadır. Onlar maddi münasibətlərin əsasında 
meydana gəlir, dəyişilir və xitam olunur. Hüquq münasibətlərinin bu vəziyyətinin 
ilkin şərtini məhz hüquq normalarında, daha doğrusu, hüquq normasının 
hipotezasında nəzərdə tutulan həyati hallar təşkil edir. Hüquq normasında nəzərdə 
tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasının 
əsasını təşkil edən həyati hallar hüquqi faktlar adlandırılır. 
Hüquqi faktlar baş verən hüquqi nəticələrdən və adamların iradəsi ilə onların 
əlaqəsindən asılı olaraq təsnifləşdirilir. Hüquqi nəticələrin xarakterinə görə hüquqi 
faktlar belə təsnif olunur: hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olan hüquqi 
faktlar; hüquq münasibətlərinin dəyişdirilməsinə səbəb olan hüquqi faktlar, hüquq 
münasibətlərinin xitam edilməsinə səbəb olan hüquqi faktlar. 
Beləliklə, nəticəsindən asılı olaraq hüquqi faktlar hüquq yaradıcı, hüquq 
dəyişdirici və hüquq xitamedicilərə bölünə bilərlər. 
Məsələn, borc müqaviləsinə görə borc pulun verildiyi an pulu almış şəxsdə 
(borc götürəndə) borcu qaytarmaq öhdəliyi, borc verəndə isə ondan pulu qaytarmanı 
tələb etmək, yəni hüquq münasibəti yaranır. Borcun hissəli (sonuncunun razılığı ilə) 
qaytarılması müvafiq olaraq hüquq münasibətini (tərəfin hüquq və vəzifələrinin 
həcmini) dəyişdirir. Borc götürənin öldüyü an isə onun subyekt tərkibi dəyişir: hüquq 
münasibətinin tərəfi onun varisi olur. Borcun tam ödənilməsi ilə hüquq münasibətinin 
varlığına son qoyur. 
Adamların irədə ifadəsi ilə əlaqəsindən asılı olaraq hüquq faktlarının iki növü 
fərqləndirilir:
1) hadisə; 
2) hərəkət. 
İradə ilə əlaqəsi olmayan hüquqi faktlar hadisə adlandırılır. Məsələn, insanın 
doğulması, ölməsi, bədbəxt hadisə və s. İnsanın anadan olması valideynlərin uşağı 
saxlamaq və tərbiyə etmək vəzifəsini meydana gətirir; daşqın baş verməsi hər hansı 
bir təşkilatın dövlət qarşısındakı öhdəliklərini yerinə yetirməsi üzrə hüquq 
münasibətlərinin dəyişdirilməsi üçün və ya vətəndaşlar arasındakı hüquq 
münasibətlərinin əmələ gəlməsi, yaxud xitam olunması üçün əsas ola bilər; insanın 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin