Mühazirənin bu sualının təhlili nəticəsində yekun olaraq qeyd edə bilərik
ki,Azərbaycan Respublikasında ictimai təhlükəsizlik kimi sosial-hüquqi kateqoriya
dövlətin müəyyən normativ hüquqi tənzimlənməsi vasitəsilə mühafizə edilir. Təhlil
edilən normativ hüquqi tənzimləmədə ictimai təhlükəsizlik sahəsində mühafizə olunan
ictimai münasibətlərə qəsd formasında İXM-in 513-521-ci maddələri ilə inzibati
məsuliyyət müəyyən edən aşağıdakı tərkiblər müəyyən olunub:
- Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması;
- Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma;
- Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması;
- Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması;
- Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması;
- Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması;
- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin
tələblərinin pozulması;
- Hərbi vəziyyət rejiminin tələblərinin pozulması;
- Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi;
- Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması,
tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulması;
- Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən
edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma;
- Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması.
|