Mühazirənin bu sualının yekunu üzrə qeyd edə bilərik ki, Azərbaycan Respub-
likasının “Polis haqında” Qanununa əsasən polis əməkdaşlarının vəzifələri sırasına aid
edilən ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati
xətaların vaxtında və operativ şəkildə xəbərdar edilməsi, qarşısının alınması və təqsirkar
şəxslərin aidiyyəti məsuliyyətə cəlb edilməsi, habelə ölkədə ictimai-siyasi vəziyyətin
sabit saxlanılması, insan və vətəndaşların istirahəti və əməyi üçün normal şəraitin yara-
dılması xüsusi əhəmiyyətə malikdir. Adları çəkilən hər üç sosial – hüquqi kateqoriya
cəmiyyətin hər bir üzvünə aid edildiyi üçün publik xarakterə malikdir.
|