“İXM, maddə 510. Xırda xuliqanlıq
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq
olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv
edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur”.
Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin
mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən
razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına
məhəl qoymamağın sübut edir.
Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu
inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar
yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən
çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir
halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə,
istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur.
Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan
hərəkətlər) xarakterizə edilir. törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə
göstərilən inzibati xəta formal tərkiblidir.
Qanunvericinin iradəsinə görə “Xırda xuliqanlıq”da ictimai qaydanı pozan
hərəkətlər ilə yanaşı aşağıdasadalananların heç biri (müstəqil və ya cəmdə olmamalıdır):
- fiziki şəxslər üzərində zor tətbiq olunması;
- zorun tətbiq olunması hədəsi;
- özgənin əmlakının məhv edilməsi;
- özgənin əmlakının zədələnməsi ilə müşayiət edilməməlidir.
İctimai qayda kobud surətdə pozulduqda və göstərilən hallardan biri (yaxud bir
neçəsi) olduqda araşdırılan əməl qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəl-
ləsinin 221-ci maddəsi ilə nəzərdə tutulan “Xuliqanlıq” maddəsi ilə cinayət məsuliyyətinə
səbəb olur.
Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin təhlil edilən maddəsi
daxilində “xırda xuliqanlıq” hərəkətlərinin davranış olaraq dairəsi (siyahısı) qanunverici
tərəfindən müəyyən edilməyib.
Fikrimizcə, burada aşağıdakı müxtəlif hərəkətlər ola bilər:
əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması;
ictimai yerlərdə ünvansız söyüşlərin söyülməsi;
vətəndaşlara təhqiramiz yanaşma (eyni cinsdən olan və ya digər cins nüma-
yəndələrinə sataşma);
7
ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərdə olma və
başqalarını narahat etmə;
divarlar üzərində nalayiq sözlərin yazılması;
mənəviyyata zidd görüntülərin ictimai yerlərdə yerləşdirilməsi (çəkilməsi,
yapışdırılması və s.)
“Xırda xuliqanlıq” ictimai həyatın istənilən sahəsində törədilə bilər. Buraya
mənzillər (yaşayış sahələrinin girişi, evlərin qapı ağızları, mansartlar), küçələr,
meydanlar, parklar, aeroportlar, dəmir yolu və avtovağzallar aid oluna bilər.
Müasir dövrümüzdə insanların daha çox informasiya əldə etmək, ötürmək və şərh
etmək imkanları mümkün olan internet məkanı (virtual məkan), habelə bu imkanlar
çərçivəsində qurulan sosial şəbəkələrdə də bir çox hüquqpozmaların (o cümlədən də
inzibati xətaların) törədilməsi narahatçılıq yaradır. Təcrübədə bu hüquqpozmalar
sırasında “Xırda xuliqanlıq” faktlarına da kifayət qədər rast gəlinir. Hesab edirik ki,
qanunvericinin bu məsələyə dair mövqe bildirməsi (aidiyyəti normativ hüquqi aktlarda
ümumi müddəalar sırasında anlayışın verilməsi, yaxud müvafiq normada qeyd hissə
olaraq nəzərdə tutulması və s.) artıq sosial sifarişdir. Bu səbəbdən dəqanunvericilikdə
ehtiyac duyulan hüquq müəyyən etmə həyata keçirilənə qədər (İXM-in 510-cu
maddəsinin tövsifedici əlaməti kimi “Virtual xırda xuliqanlıq” tərkibi və s.) məhkəmə
təcrübəsində internet məkanı, habelə bu imkanlar çərçivəsində qurulan sosial şəbəkələrdə
xırda xuliqanlıq törədildiyi təqdirdə, əməlin qüvvədə olan İXM-in 510-cu maddəsinin
mövcud redaksiyası ilə tövsif edilməsi mümkünlüyünə pozitiv yanaşılmalıdır.
Yeri gəlmişkən, bir çox inkişaf edən dövlətlərdə qanunvericilikdə olan aidiyyəti
hüquqpozmaların böyük əksəriyyətinə dair dəqiq tənzimləmə olmayan hissələrdə təcrübi
çətinlikləri məhkəmələr müvafiq işlərə baxarkən öz yurişdiksiyalarında hüquq tətbiqetmə
aktlarını (aralıq və ya yekun qərarlar formasında) qəbul etməklə, aradan qaldırırlar. Lakin
bu qanunverici tərəfindən səlahiyyətləri daxilində qəbul etməli olduqları hüquqi
tənzimləmə sahəsində ətalətsiz vəziyyətdə qalmaları üçün dolayı şəraitin yaranması kimi
başa düşülməməlidir.
Hesab edirik ki, aidiyyəti məhkəmə instansiyalarında (əsasən apellyasiya və
kassasiya instansiyası məhkəmələri nəzərdə tutulur) aparılan məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi zamanı bu kimi faktlar ayrıca qruplaşdırılmalı və Azərbaycan
Respublikasının Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respub-
likasının Ali Məhkəməsi tərəfindənqanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini
və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) şəkilində rəsmiləşdirilməlidir.
Adətən, xırda xuliqanlıq bilavasitə insanların yanında törədilir. Belə ki, yalnız belə
şəraitdə təqsirli şəxs cəmiyyətə olan hörmətsizliyi daha aşkar (nümayişkaranə) nümayiş
etdirir. Lakin əməlin xəta kimi qiymətləndirilməsi üçün nümayişlik (kütləvilik) və ya
insanların iştirakı əsas tövsifedici əlamət kimi çıxış edə bilməz.
Subyektiv tərəfdən xırda xuliqanlıq qəsdlə, adətən düzünə qəsdlə xarakterizə
olunur. Təqsirkar şəxs başa düşür ki, onun hərəkətləri hüquqaziddir. O, əvvəlcədən görür
ki, bu hərəkətlərin törədilməsi zamanı ictimai qayda və vətəndaşların rahatlığı pozulacaq
və bunu da arzu edir. Lakin şəxs inzibati xəta törədilməsini (konkret sadaladığımız
hərəkətlərdən istənilən birini arzu etmirsə, lakin buna şüurlu surətdə yol verirsə, xırda
xuliqanlıq dolayı qəsdlə törədilir. Bu kimi faktlar adətən bir qrup şəxs tərəfindən xırda
xuliqanlıq törədildikdə mümkün olur.
Təhlilini apardığımız inzibati xəta tərkibi üçün subyekt - 16 yaşına çatmış, anlaqlı,
fiziki şəxsdir.
8
Bu inzibati xətaların baxılması rayon (şəhər) məhkəmələrinə və aidiyyəti üzrə İXM-
in 513-cü maddəsi ilə təsbit edilən inzibati xətalar haqqında işlərə “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Res-
publikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci
bəndinə əsasən Daxili İşlər Nazirliyi və aidiyyəti üzrə İXM-in 43-cü maddəsinə əsasən
rayon (şəhər) məhkəmələri baxır.
Nəzərə almaq lazımdır ki, İXM-in 43.1-ci maddəsində göstərilən inzibati xətalar
haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan
Respublikasının Prezidenti) tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)
aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin
dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların
mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə
tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin
tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu
baxılmaq üçün məhkəməyə göndərir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci fəslinə (İctimai qayda,
ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar) aid olan inzibati
xətalardan biri də İXM-in 513-cü maddəsində nəzərdə tutulan “Toplantıların təşkili və
keçirilməsi qaydasının pozulmas”ıdır.
Dostları ilə paylaş: |