18
Qanunverici bu maddə ilə qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa
görə inzibati məsuliyyət müəyyən edib. Həmin məsuliyyət çərçivəsində təqsirkar
şəxslərin oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak
müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək cərimə edilmələri nəzərdə
tutulub.
Qanunvericinin mövqeyinə görə, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və
sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən
asılı olan oyun başa düşülür.
Nəzərə alınması zəruridir ki, qanunla müəyyən edilmiş qaydada keçirilən lote-
reyalara və idman mərc oyunlarına bu maddənin hüquqi qüvvəsi şamil edilmir. Qeyd
edilməsi zəruridir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56 - cı fəsli
“Oyunların və mərclərin keçirilməsi” adlanır. Həmin fəslin 1083-cü maddəsi ilə “Oyunlar
və mərclər anlayışı” normativ məzmun almışdır. Oyunlar və mərclər hər hansı təsərrüfat
məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-
müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər.
Oyun və mərc kimi qiymətləndirilməyən hərəkətlərə aiddir:
- oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi;
- oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla
əməliyyatlar.
Təhlil edilən inzibati xətanın obyekti - ictimai mənəviyyatdır.
Obyektiv tərəf – aktiv hərəkətlərlə xarakterizə edilir. Belə ki, inzibati məsuliyyətə
səbəb olan bu əməl pul, şey və başqa sərvətlərlə qumar oynamaqda ifadə olunur.
“Qumar oyununda iştirak etmə” kimi inzibati xətanın obyektiv tərəfinin təhlili
zamanı qeyd olunmasını zəruridir ki, 1 sentyabr 2000-ci il tarixdən 30 sentyabr 2011-ci il
tarixədək İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsi “Qumar oyunu” adlanırdı.
Əvvəlki redaksiya baxımından pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya
idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər
tərəfindən qəbul edilməsi inzibati xəta sayılırdı. Göstərilən əmələ görə təqsirkar şəxslərin
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə
və ya edilməməklə on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilmələri
nəzərdə tutulurdu.
Göründüyü kimi, 01 mart 2016-cı il tarixdən qüvvəyə minən İnzibati Xətalar
Məcəlləsinin 525-ci maddəsinin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq “idman
yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən
qəbul edilməsi” kimi əməllər maddənin dispozisiyasında nəzərdə tutulmayıb.
Qanunverici deyilən bu əməllərin dairəsini (cinayət hadisəsi olaraq) qismən dəyişərək,
cinayət qanunvericiliyində müvafiq tərkib yaratmışdır. Daha dəqiq desək, 30 sentyabr
2011-ci il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İctimai
mənəviyyat əleyhinə cinayətlər” adlı 27-ci fəslinə 244-1-ci maddə əlavə edilmişdir.
Həmin maddə “Qumarxana təşkil etmə və ya saxlama” adlanır. Adı çəkilən maddənin
təhlili əsasında deyə bilərik ki, qumarxana dedikdə, qumar oyunlarının keçirilməsi üçün
19
yer təşkil etmə və ya saxlama başa düşülür. Qanunverici lotereyalar və idman mərc
oyunlarını qumarxana təşkil etmə və ya saxlama kimi hüquq pozuntusu hesab etmir.
Təhlil edilən inzibati xətanın subyekti - 16 yaşına çatmış, anlaqlı, fiziki şəxsdir.
Subyektiv tərəfdən təhlil edilən inzibati xəta düzünə qəsdlə xarakterizə olunur.
Bu inzibati xəta haqqında materiallar polis orqanları tərəfindən toplanılır, lakin
aidiyyəti materiallar üzrə inzibati tənbeh vermə haqqında qərarın verilməsi qanunverici
tərəfindən İXM-in 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinə həvalə edilib.
Dostları ilə paylaş: