Sual 3. İctimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət
Bir çox mənbələrdə qeyd edildiyi kimi, “mənəviyyat” termini milli dəyərlərimizin
qoruğudur. Azərbaycan Respublikası Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi
məkanda yerləşən bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirir.
Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının
ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz
töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan Respublikası İslam dünyasının bir
hissəsi kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür.
Məlum olduğu kimi, keçid dövrü yaşayan cəmiyyətlərdə uzun müddət formalaşan
dəyərlər bəzən zədələnir, bəzən isə məhv olur. Təbii ki, cəmiyyətimiz və xalqımızın tarix
boyu formalaşmış dəyərləri də istisna deyildir. Qanunverici Azərbaycan cəmiyyətini və
onun mənəvi dəyərlərinin bu kimi neqativ təsirlərdən qorumaq, habelə hər bir fərdin
neqativ əməlinə görə ədalətli məsuliyyət müəyyən etmək məqsədilə daha ciddi tədbirlərin
həyata keçirilməsinə ehtiyac duymuşdur.
Qeyd edilən dəyərlərin mühafizə edilməsi məqsədilə Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsində bir sıra məsuliyyət müəyyən edən maddələr təsbit olunub.
Qanunverici onların sırasına aşağıdakı kimi inzibati xəta tərkiblərini aid edib:
Maddə 522. Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi
Maddə 523. Avaralıqla məşğul olma
Maddə 524. Fahişəliklə məşğul olma
Maddə 525. Qumar oyununda iştirak etmə
Ölkəmizin ərazisində törədilən inzibati xətalar sırasında ictimai mənəviyyat
əleyhinə olan inzibati xətalarınolması təbiidir. 01 mart 2016-cı il tarixdən qüvvəyə minən
İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə inzibati məsuliyyət müəyyən edilən
“Fahişəliklə məşğul olma”nınonların içərisində olması isə narahatçılıq yaradır.
Dostları ilə paylaş: |