AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə33/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

4.2.4.2.  n parametrləri müəyyən bir sahədə qeydiyyata alınmış özüyazan yağış ölçənlərin çoxillik göstəricilərinin təhlili nəticəsində, yaxud hidrometeoroloji xidmətin regional idarələrinin verdiyi məlumatlar əsasında təyin edilməlidir.

Bakı şəhəri üçün (meteoroloji stansiyanın apardığı 50 illik müşahidələrin nəticələrinin təhlili əsasında) P və yağışın yağma müddəti t-dən asılı olaraq q intensivliyinin qiyməti şək.1-də verilmiş qrafikdən təyin edilməlidir.

Yağışın intensivliyinin qrafik əsasında təyin edilmiş həddi aşma dövrü P-dən asılı olaraq  n parametrlərinin qiymətləri cədvəl 5-ə əsasən qəbul edilməlidir.

Cədvəl 5. Bakı şəhəri üçün və n parametrlərinin qiymətləri



Yağışın intensivliyinin həddi aşma dövrü, P

A

n

0,5

100

0,51

1

177

0,55

2

280

0,60

3

343

0,62

5

452

0,66

10

628

0,71

15

753

0,74

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şək. 1

 


 

4.2.4.3. Çoxillik göstəricilər olmadıqda А parametrinin nisbətən quraqlıq ərazilər üçün (12), digər ərazilər üçün isə (13) düsturu ilə hesablanmasına yol verilir.



burada q20 baxılan ərazi üçün P = 1il olduqda davametmə müddəti 20 dəq-ə olan yağışın intensivliyi, l/s.ha (şək.2-də verilmiş qrafiklərə əsasən təyin edilməlidir;

P - yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü olub, maddə 4.2.4.4-ə əsasən qəbul edilməlidir. Azərbaycanın yaşayış məntəqələri üçün hesabi cədvəl 7-ə, xüsusi hallar üçün isə cədvəl 10-a əsasən qəbul olunmalıdır;

- dərəcə göstəricisi olub cədvəl 6-a əsasən, yaxud texniki ədəbiyyatdan təyin edilməlidir; quraqlıq rayonlar üçün dərəcə Şəkil 1. Bakı şəhəri üçün  göstəricisinin qiyməti dəyişən kəmiyyət olduğuna, P-nin qiymətin-dən asılı olaraq böyük hüdudda dəyişdiyinə və müəyyən asılılığa tabe olduğuna görəifadəsi ilə hesablanmalıdır (burada n1-intensivliyin bir dəfə həddi aşma dövrü P=1 olduqda n- nin qiyməti; x- yağıntının dəyişkənliyini səciyyələndirən dərəcə göstəricisidir və qiyməti Azərbaycan respublikasının q20< 60 l/(s.ha) olan şimal rayonları üçün 0,05; Sumqayıt da daxil olmaqla q20< 30 l/(s.ha) olan Qobustan-Abşeron rayonu üçün 0,1; bu iki zona arasında olan rayonlar üçün isə interpolyasiya yolu ilə qəbul edilməlidir );

 

Şək.2. Azərbaycan Respublikası ərazisi üçün yağışın intensivliyi q20 -nin paylanma xəritəsi

 

C-məntəqənin coğrafi vəziyyətindən asılı parametrdir. Azərbaycanın aran rayonları üçün C=1,0, yüksək dağlıq və dağətəyi rayonları üçün C=0,85 qəbul edilməlidir;

mr-il ərzində yağışların orta sayı olub cədvəl 6-a əsasən qəbul edilməlidir;

 - dərəcə göstəricisi olub cədvəl 6-a əsasən qəbul edilməlidir.

Bakı şəhəri üçün (12) və (13) düsturlarında parametrlərin qiymətləri aşağıdakı kimi qəbul edilməlidir: q20=34 l/(s.ha)n = 0,55p0,11, C=1,20 , =1,82 və mr=56.

 

Cədvəl 6 Müxtəlif iqlimə malik rayonlar üçün n və mr parametrlərinin qiymətləri



R a y o n

n-nin qiymətləri

mr









P=1 və daha çox

P 1-dən az







Xəzər dənizi sahilləri və Mahaçqaladan Bakıya qədər düzənlik

0,51

0,43

60

1,82

Böyük Qafqazın şərq yamacları, 500 m səviyyəyə qədər Kür-Araz ovalığı

0,58

0,47

70

1,82

Böyük Qafqazın 1500 səviyyədən yüksək cənub yamacları, 500 m səviyyədən yüksək cənub yamacları, Dağıstan

0,57

0,52

100

1,54

Kür hövzəsi, Kiçik Qafqazın şərq hissəsi, Talış silsiləsi

0,63

0,52

90

1,33

Lənkəran

0,44

0,38

171

2,2

4.2.4.4. Yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P-ni kanalizasiyalaşdırılan obyektin xarakterindən, kollektorun yerləşdirilmə şəraitindən yağışın hesabi qiyməti aşmasından yarana biləcək nəticələr nəzərə alınmaqla seçilməli və cədvəl 7 və 8-ə əsasən qəbul edilməli, yaxud həddi aşma dövrü əsasında kollektorun yerləşmə şəraitindən, yağışın intensivliyindən, hövzənin sahəsindən və axım əmsalından asılı olaraq hesabatla təyin olunmalıdır.

Cədvəl 7. Yaşayış məntəqələri üçün q20-nin qiymətlərindən asılı olaraq yağışın hesabi

intensivliyinin bir dəfə həddi aşma dövrü P

 


Kollektorun yerləşmə şəraitləri

Yaşayış məntəqələri üçün q20-nin aşağıdakı qiymətlərində yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P, illər




Yerli əhəmiyyətli yollarda

Magistral küçələrdə

60-a qədər

60-80

80-120

120

Əlverişli və orta

Əlverişli

0,33-0,5

0,33-1

0,5-1

1-2

Əlverişsiz

Orta

0,5-1

1-1,5

1-2

2-3

Xüsusilə əlverişsiz

Əlverişsiz

2-3

2-3

3-5

5-10

 

Xüsusilə əlverişsiz

3-5

3-5

5-10

10-20

Q e y d:

1. Kollektorun yerləşməsinin əlverişli şəraitləri: sahəsi 150 ha-dan çox olmayan hövzə yer səthinin orta mailliyi 0,005 və daha az olmaqla düz səthli relyefə malikdir; kollektor suayırıcı üzrə və ya suayırıcıdan 400 m-dən çox olmayan məsafə-də yamacın üst hissəsindən keçir.

2. Kollektorun yerləşməsinin orta şəraitləri: sahəsi 150 ha-dan çox olan hövzə yer səthinin mailliyi0,005-dən az düz səthli relyefə malikdir; kollektor yamacın aşağı sahəsindən mailliyi 0,02 və daha az olan talveq hissəsindən keçir, bu halda axım hövzəsinin sahəsi 150 ha-dan çox olmur.

3. Kollektorun yerləşməsinin əlverişsiz şəraitləri: kollektor yamacın aşağı hissəsindən keçir, hövzənin sahəsi 150 ha-dan çoxdur; kollektor orta mailliyi 0,02-dən yüksək sərt yamaclı talveqdən keçir.



4. Kollektorun yerləşməsinin xüsusilə əlverişsiz şəraitləri: kollektor suyu aşağı səviyyədə yerləşən qapalı sahədən (çaladan) kənar edir.




Cədvəl 8. Sənaye müəssisələrinin əraziləri üçün q20- nin qiymətlərindən asılı olaraq yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P

Şəbəkənin həddindən artıq dolmasının nəticəsi

Sənaye müəssisələrinin əraziləri üçün q20- nin aşağıdakı qiymətlərində yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P, illər







70-ə qədər

70-dən 100-ə qədər

100-dən çox

Müəssisənin texnoloji prosesləri:

 

 

 

pozulmur

0,33-0,5

0,5-1

2

pozulur

0,5-1

1-2

3-5

Qeyd:

1. Qapalı hövzələrdə yerləşən sənaye müəssisələri üçün yağışın hesabi intensivliyini bir dəfə aşma dövrü hesabatla təyin edilməli, yaxud 5 ildən az olmayaraq qəbul edilməlidir.

2. Sənaye müəssisələri üçün toksik xassəli spesifik çirkləndiricilər, yaxud üzvi maddələrlə çirklənmiş yüksək OBT və OKT-yə malik (ikinci qrup müəssisələrə məxsus) yerüstü axımlar üçün yağışın hesabi intensivliyi bir dəfə aşma dövrü su basmanın ekoloji

fəsadları nəzərə alınmaqla 1 ildən az qəbul edilməməlidir.

 





4.2.4.5. Yağış kanalizasiyası xüsusi qurğuların yaxınlığında (metro, vaqzallar, yeraltı keçidlər) layihələndirildikdə, həmçinin P = 1 olduqda q20-nin qiymətlərinin 50 l/(s.ha)-dan kiçik olduğu quraqlıq rayonlarda layihələndirmə zamanı hesabi intensivliyin həddi aşma dövrü P-nin yalnız cədvəl 9-da göstərilmiş son həddə çatdığı qiyməti Phəd nəzərə alınmaqla hesabatla təyin edilməlidir.

Yamacda yerləşən əraziləri su basmasının qarşısının alınması məqsədilə küçə novlarının Qnov ötürücülük qabiliyyətini nəzərə almaqla təqdim edilən ifadələrdən və axım sahələrindən asılı olaraq cədvəl 10-dan istifadə etməklə P artırılmalıdır.

Yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrünü təyin edərkən cədvəl 9-da verilmiş həddi aşma dövrünün son həddə çatdığı qiymətində, yağış kanalizasiyasının kollektoru yağış axımı sərfinin yalnız bir hissəsini qəbul etməlidir, digər hissəsi müvəqqəti olaraq küçələrin hərəkət hissələrini basır və maillik olduqda onların novu ilə axır, bu halda suyun küçələri basma hündürlüyü elə olmalıdır ki, binaların zirzəmiləri və yarımzirzəmiləri su ilə dolmasın; bundan əlavə yaşayış məntəqələrindən kənar mümkün olan axım hövzələri nəzərə alınmalıdır.

Cədvəl 9. Kollektorun yerləşmə şəraitindən asılı olaraq yağış intensivliyinin həddi aşma dövrünün qiymətləri



Kollektorun xidmət etdiyi hövzənin xarakteri

Kollektorun yerləşmə şəraitindən asılı olaraq yağış intensivliyinin həddi aşma dövrünün qiymətləri Phəd, illər,







əlverişli

orta

əlverişsiz

xüsusilə əlverişsiz

Məhəllə əraziləri və yerli əhəmiyyətli gediş yolları

Magistral küçələr



10

10


10

25


25

50


50

100


Q e y d. Yağış kollektorları yamacda yerləşdikdə (küçələrin uzununa maillikləri lküç ≥ 0,005 olduqda) hesabi suburaxıcılıq qabiliyyəti hesabi intensivliyin bir dəfə həddi aşma dövrünün son həddinə uyğun hesablanmış yağış suyu sərfi Qhəd ilə küçələrin hərəkət hissələrində novların ötürücülük qabiliyyətlərinin cəmi Qnov arasındakı fərqə bərabər qəbul edilir:



burada Кβ-şəbəkənin sərbəst həcminin tənzimləmə təsirini nəzərə alan əmsal olub orta hesabla 0,75-ə bərabər qəbul edilir;

Qnov- novların ötürücülük qabiliyyəti, ekstremal hallarda (intensivliyin həddi aşma dövrünün Phəd =25-50 il müddətində) küçənin hərəkətli hissəsinin yol verilən maksimal dərinliyə qədər (hmak ≤ 0,15 m) dolmasına yol verərkən küçələrin tam dolmasının mümkün nəticələrini qabaqlamaq üçün ehtiyat nəzərdə tutulur, l/s;

Qh və Qhəd- şəhər ərazisinin yüksək abadlığa malik sahələrində yağış sularının hesabi və həddi sərfləri (l/s) olub (9) və (10)düsturları ilə hesablanmalıdır.

 





 

Cədvəl 10. Yaşayış məntəqələri üçün xüsusi hallarda yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P-nin qiymətləri



Axım hövzəsinin xarakteri

Yaşayış məntəqələri üçün yağışın intensivliyinin həddi aşma dövrünün aşağıdakı həddi qiymətlərində (Phəd ) yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü P, illər







Kollektorun yerləşmə şəraitləri







yerli əhəmiyyətli yollar üçün -əlverişsiz şəraitlərdə və magistral küçələr üçün - orta şəraitlərdəPhəd= 25

yerli əhəmiyyətli yollar üçün – xüsusilə əlverişsiz şəraitlərdə və magistral küçələr üçün - əlverişsiz şəraitlərdə Phəd= 50

1. Sahəsi 150 ha-dan çox olmayan hövzə yer səthinin orta mailliyi 0,005-dən kiçik düz səthli relyef

0,5 -1

0,5-1,5

Eynilə, sahəsi 150 ha-dan çox olan hövzə

0,5-1,5

1- 2

2. Yamacda yerləşən axım hövzəsinin sahələrinin aşağıdakı qiymətlərində:

 

 

20 ha-a qədər

0,5-1

1-2

20-dən 50 ha-a qədər

1-2

2-3

50- dən 75 ha-a qədər

2-3

3-5

75- dən 100 ha-a qədər

3-5

5

100- dən 150 ha-a qədər

5

5-10

150 ha-dan yuxarı

 

10

Q e y d :

1. P-nin daha kiçik qiymətləri yerli əhəmiyyətli yollara, daha böyük qiymətləri magistral küçələrə aid edilməlidir;

2. P-nin qiymətləri cədvəl 7-də verilənlərdən kiçik olmamalıdır;



3. Axım hövzəsi hər tərəfdən yüksəkliklərlə əhatə olunmuş çökək ərazilərdə (çalada) yerləşdiyi hallarda P-nin qiyməti cədvəl 7-ə əsasən qəbul edilməlidir.

4. Yağışın hesabi intensivliyinin müasir tikililəri olan zonalar üçün cədvəl 7 və 10-da göstərilən bir dəfə həddi aşma dövrü P, 5 mərtəbədən az tikilisi olan ərazilər üçün yerli şəraitə uyğun olaraq azaldılmasına yol verilir.




4.2.4.6. Şəbəkənin hesablanan məntəqəsində axının maksimum sərfini yaradan hesabi axım sahəsi hövzənin ümumi sahəsinə və yaxud onun bir hissəsinə bərabər qəbul edilməlidir.

Böyük axım sahələri üçün (500 ha və daha çox) (9,10 və 18) düsturlarına yağışın sahə üzrə qeyri-müntəzəm düşməsini nəzərə alan düzəliş əmsalı (K) daxil edilməli və əmsalın qiyməti cədvəl 11-ə əsasən qəbul edilməlidir.



4.2.4.7. Müxtəlif xarakterli tikintilərə malik, yaxud torpaq səthinin müxtəlif sərt mailliyi olan, sahəsi 50 ha-dan böyük hövzələrdən axım hesablanan zaman hövzənin müxtəlif hissələrində yaranan yağış sularının sərfi təyin edilməli və onlardan ən böyüyü hesabi sərf kimi qəbul edilməlidir. Əgər yağış suyunun hövzənin bu hissəsindəki hesabi sərfi ondan yuxarıdakı sahənin kollektorunun hesablandığı sərfdən az olarsa kollektorun bu sahəsi üçün hesabi sərf yuxarı sahədəki sərfə bərabər qəbul edilməlidir.

 

 



 

 

 



 

Cədvəl 11. Yağışın sahə üzrə qeyri-müntəzəm düşməsini nəzərə alan düzəliş əmsalı K-nın qiymətləri



Axım sahəsi Fha

500

1000

2000

4000

6000

8000

10000

əmsalı

0,95

0,90

0,85

0,80

0,70

0,60

0,55

 

Bağlı, yaxud açıq tipli yağış kanalizasiyası ilə təchiz edilməmiş bağ və parkların əraziləri axım sahəsinin hesabi qiymətində və z əmsalının təyinində hesaba alınmır. Ərazinin səthi küçə yolları istiqamətində ≥ 0,008-0,01 maillik olan hallarda axımın hesabi sahəsinə yola söykənən və eni 50-100 m-ə bərabər sahə də daxil edilməlidir.

Məhəllədaxili yaşıllıq sahələri (bulvar sahələri, qazonlar və s.) axımın hesabi sahəsinə daxil edilməli, axım və səth əmsalları təyin edilərkən nəzərə alınmalıdır.


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin