AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi


 Ayrı yerləşmiş nasos stansiyasında xırda təmirlərin aparılması üçün çilingər dəzgahı (verstak) qoyulmalıdır. 10.23



Yüklə 4,24 Mb.
səhifə13/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

10.22. Ayrı yerləşmiş nasos stansiyasında xırda təmirlərin aparılması üçün çilingər dəzgahı (verstak) qoyulmalıdır.

10.23. Daxili yanma mühərrikləri ilə işləyən nasos stansiyalarında maşın zallarından odadavamlılığı 2 st-dan az olmayan yanmayan konstruksiyalarla ayrılmış otaqlarda maye yanacaq həcmlərinin (benzin üçün - 250 l, dizel yanacağı üçün - 500 l) yerləşdirilməsinə yol verilir.

10.24. Nasos stansiyalarında 16-cı bölmənin göstərişlərinə əsasən nəzarət-ölçü aparatlarının yerləşdirilməsi nəzərdə tutulmalıdır.

10.25. Yanğın əleyhinə su təchizatı nasos stansiyalarının istehsalat binalarında yerləşdirilməsinə yol verilir; onlar yanğın əleyhinə arakəsmələrlə bir-birindən ayrılmalıdır.

 

11. Sudaşıyıcı borular, su kəməri şəbəkələri və onların üstündəki qurğular



11.1. Sudaşıyıcı boru xətlərinin sayı su təchizatı sisteminin kateqoriyası və tikintinin növbəliliyi nəzərə alınaraq qəbul edilməlidir.

11.2. Sudaşıyıcı borular iki və daha çox xətdən ibarət olduqda onlar arasında bağlanmaların olmasının vacibliyi istehlakçıya su verən müstəqil suqəbuledici qurğuların, yaxud sudaşıyıcı boru xətlərinin sayından asılı olaraq təyin edilir, bu zaman bir sudaşıyıcının, yaxud onun bir hissəsinin işdən ayrılması, təsərrüfat-içməli ehtiyaclarının ödənilməsinə verilən su miqdarını hesabi sərfin 30%-dən çox azaltmamalı, istehsalat ehtiyacını qəza qrafiki ilə, yanğın söndürməyə lazım olan su miqdarını Yanğın təhlükəsizliyi reqlamentinin tələblərinə əsasən təmin etməlidir.

11.3. Sudaşıyıcı borular bir xətdən ibarət olduqda və su bir mənbədən verildikdə sudaşıyıcıda baş verən qəzanın ləğvi müddəti üçün maddə 12.1.6-ya uyğun olaraq ehtiyat su həcmi nəzərdə tutulmalıdır. Su bir neçə mənbədən verildikdə və 11.2 maddəsinin tələbləri ödənildikdə qəza həcminin azaldılmasına yol verilir.

11.4. Boru kəmərlərində baş verən qəzanın ləğv edilməsinin hesabi vaxtı I kateqoriya su təchizatı sistemləri üçün cədvəl 35-ə əsasən təyin edilə bilər. II və III kateqoriya su təchizatı sistemləri üçün cədvəldə verilən vaxt uyğun olaraq 1,25 və 1,5 dəfə artırılmalıdır.

C ə d v ə l 35. Müxtəlif diametrə və basdırılma dərinliyinə malik boru kəmərlərində qəzanın aradan qaldırılmasının hesabi müddətləri



Boruların diametri, mm

Boruların aşağıdakı basdırılma dərinliklərində (m) qəzanın ləğvi üçün hesabi vaxt







2m-ə qədər

2m-dən çox

400mm-ə qədər

400mm-dən çox və 1000mm-ə qədər

1000mm-dən çox


8

12

18



12

18

24



Q ey d:

1. Boruların materialı və diametrindən, sudaşıyıcıların trassalarının xüsusiyyətindən, boruların döşənmə şəraitindən, yolların və nəqliyyat vasitələrinin olmasından və qəzanın ləğvi vasitələrindən asılı olaraq göstərilən vaxtın 6 st-dan az olmamaq şərtilə dəyişdirilməsinə yol verilir.

2. Suyun verilməsində fasilə və miqdarının azalması 7.4 maddəsində göstərilən hədləri aşmayan hallarda qəzanın ləğvinə sərf edilən vaxtın artırılmasına yol verilir.

3. Borularda qəza aradan qaldırıldıqdan sonra onların dezinfeksiyasına ehtiyac olduqda cədvəldə göstərilən vaxtın 12 st artırılmasına yol verilir.

 





 

11.5. Su kəməri şəbəkələri halqavarı olmalıdır. Dalanlı su kəməri şəbəkələrinin aşağıdakı hallarda qəbul edilməsinə yol verilir:

istehsalat ehtiyaclarına su verdikdə - qəza ləğv edilən müddətdə su təchizatında fasiləyə yol verilərsə;

təsərrüfat-içməli ehtiyaclarına su verdikdə - boruların diametri 100 mm-dən çox olmadıqda;

yanğının söndürülməsinə su sərfindən asılı olmayaraq yanğın əleyhinə, yaxud təsərrüfat-yanğın əleyhinə su verdikdə - xətlərin uzunluğu 200 m-dən çox olmadıqda.

Xarici su kəməri şəbəkələrinin bina və qurğuların şəbəkəsi hesabına halqalandırılmasına yol verilmir.

Q e y d. Əhalisinin sayı 5000 nəfərə qədər və xarici yanğın söndürməyə su sərfi 10 l/s-yə qədər, yaxud binalarda daxili yanğın kranlarının sayı 12-yə qədərolan hallarda, yanğın su rezervuarı, yaxud sututar, su-basqı qülləsi, yaxud budağın sonunda əks rezervuar nəzərdə tutulması şərtilə uzunluğu 200 m-dən çox olan budaqlanmış şəbəkənin olmasına yol verilir.

11.6. Hesabi qovşaqlar arasındakı sahələrdən biri işdən ayrıldıqda qalan xətlərlə təsərrüfat-içməli ehtiyaclarına verilən suyun ümumi miqdarı hesabi sərfin 70%-dən az olmamalıdır; əlverişsiz yerlərdə yerləşən istehlakçılara verilən su hesabi sərfin 25%-dən və sərbəst basqı 1bar-dan az olmamalıdır.

11.7. Diametri 800 mm və daha böyük olan, eləcə də tranzit sərfləri ümumi sərfin 80%-dən az olmayan magistral xətlər və sudaşıyıcı borulardayolüstü istehlakçıları birləşdirmək üçün müşaiyət edici xətlərin çəkilişinə yol verilir; diametr 800 mm-dən kiçik olduqda müşaiyətedici xətlərin çəkilişi əsaslandırılmalıdır.

Yolların eni 20 m-dən çox olduqda onları kəsən istehlakçı birləşmələrinin olmaması üçün əvəzedici xətlərin çəkilişinə yol verilir. Belə hallarda yanğın hidrantları müşaiyət və əvəzedici xətlərin üstündə quraşdırılmalıdır.

Qırmızı xətlər arasında küçələrin eni 60 m və daha çox olduqda küçənin hər iki tərəfində boru düzülüşü variantı nəzərdən keçirilməlidir.

11.8. Təsərrüfat-içməli su kəmərlərinin bu keyfiyyətdə su nəql etdirməyən digərləri ilə birləşdirilməsinə yol verilmir.

Q e y d. Müstəsna hallarda, sanitar-epidemioloji xidmət orqanlarının razılığı ilə təsərrüfat-içməli su kəməri içməli su keyfiyyətində su nəql etdirməyən su kəmərləri üçün ehtiyat variantı kimi qəbul edilə bilər.Bu kəmərləri əlaqələndirən boruların konstruksiyası şəbəkələr arasında hava kəsilməsini təmin etməli və suyun əks istiqamətdə axmasının qarşısını almalıdır.

11.9. Sudaşıyıcı borularda və su kəməri şəbəkəsində ehtiyac olduqda aşağıdakıların quraşdırılması nəzərə alınmalıdır:

təmir sahələrini təcrid etmək üçün döngəli bağlayıcılar (siyirtmələr);

borukəmərlərini doldurduqda və boşaltdıqda havanı boruya daxil etmək, yaxud borudan çıxarmaq üçün klapanlar;

boru kəmərinin işləmə prosesində yaranan havanı çıxarmaq üçün vantuzlar;

boru kəmərinin boşaldılması üçün suburaxıcılar;

kompensatorlar;

quraşdırma taxmaları;

təmir sahələrini işdən ayırmaq üçün avtomatik hərəkətli əks klapanlar, yaxud digər növdən olan klapanlar;

təzyiq tənzimləyiciləri;

təzyiq tənzimləyiciləri nasaz olduqda, yaxud hidravlik zərbələr yarandıqda təzyiqin artmasının qarşısını almaq üçün aparatlar.

Diametri 800 mm və daha böyük olan boru kəmərlərində boruları yoxlamaq və təmizləmək, bağlayıcı-tənzimləyici armaturu təmir etmək üçün bacaların qoyulmasına yol verilir.

Özüaxımlı-basqılı sudaşıyıcı borularda yük azaldıcı kameralar, yaxud sudaşıyıcıları bütün mümkün iş rejimlərində təzyiqin qəbul edilmiş boru üçün yol verilən həddən çöx artmasının qarşısını alan aparatlar qoyulmalıdır.



Q e y d:

1. Boruların daxili səthinin sistematik olaraq çöküntülərdən xüsusi aqreqatlarla təmizlənməsinə ehtiyac olan hallarda döngəli bağlayıcıların əvəzinə siyirtmələrin qəbul edilməsinə yol verilir.

2. Əməliyyat məqsədləri üçün boru kəmərləri üstündə quraşdırılmış armatur məsafədən idarə olunan elektrik intiqalı ilə təchiz edilməlidir.

11.10. Sudaşıyıcı boruların təmir hissələrinin uzunluğu: sudaşıyıcı borular iki və daha çox xətdən ibarət olduqda və aralarında bağlantı olmadıqda ≤ 5 km; bağlantılar olduqda onlar arasındakı məsafə qədər, lakin 5 km-dən artıq olmamaq şərtilə; sudaşıyıcı borular bir xətdən ibarət olduqda 3 km-dən çox olmayaraq qəbul edilməlidir.

Q e y d. Su kəməri şəbəkəsinin təmir sahələrinə bölünməsi sahələrdən biri işdən ayrıldıqda beşdən artıq yanğın hidrantının susuz qalmamasını və suyun bunu tələb edən istehlakçılara fasiləsiz verilməsini təmin etməlidir. Əsaslandırma olduqda təmir sahələrinin uzunluğunu artırmağa yol verilir.

11.11. Profilin yuxarı sınma nöqtələrində, sudaşıyıcı borular və şəbəkənin təmir sahələrinin yuxarı sərhəd nöqtələrində qəbul edilmiş boru üçün yol verilən həddi ötən vakuumun yaranmasının qarşısını almaq və doldurularkən borudan havanı çıxarmaq üçün avtomatik hərəkətli klapanlar qoyulmalıdır.

Vakuum yol verilən həddi keçmədikdə əllə hərəkətə gətirilən klapanlardan istifadəyə yol verilir.

Havanı boruya buraxmaq və borudan çıxarmaq üçün avtomatik hərəkətli klapanlar əvəzinə havanı boruya buraxmaq üçün avtomatik hərəkətli klapanlar və kənar edilən hava sərfindən asılı olaraq sıxmaq üçün əl ilə hərəkətə gətirilən klapanlar (siyirtmələrlə,sürgü ilə vəs.), yaxud vantuzların qəbul edilməsinə yol verilir.

11.12. Vantuzlar profilin yuxarı sınma nöqtələrindəki hava toplayıcılarda qoyulmalıdır. Hava toplayıcının diametri borunun diametrinə bərabər, hündürlüyü boru kəmərinin diametrindən asılı olaraq 200-500 mm qəbul edilməlidir.

Əsaslandırma olduqda digər ölçüləri olan hava toplayıcıların qəbuluna yol verilir.

Vantuzu hava toplayıcıdan ayıran bağlayıcı armaturun diametri vantuzun birləşdirici qol borusunun diametrinə bərabər qəbul edilməlidir.

Vantuzların keçirmə qabiliyyəti hesabatla təyin edilir, yaxud normal atmosfer təzyiqində havanın həcmi hesabı ilə boru kəmərindən keçən maksimal hesabi su sərfinin 4%-ə bərabər qəbul edilir.

Sudaşıyıcı boruların profilində bir neçə yuxarı sınma nöqtəsi olduqda, suyun hərəkəti istiqamətdə ikinci və sonrakı nöqtələrdə vantuzların tələb olunan keçirmə qabiliyyətinin maksimal hesabi su sərfinin 1%-i qədər qəbul edilməsinə yol verilir, bu şərtlə ki, verilmiş sınma nöqtəsi birincidən aşağı, yaxud 20 m-dən çox olmayaraq yuxarıda və özündən əvvəlkindən ən çoxu 1 km məsafədə yerləşsin.

Q e y d. Profilin sınma nöqtəsindən sonra enən hissənin mailliyi 0,005 və bundan az olduqda vantuzlar qoyulmur; profilin sınma nöqtəsində maillik 0,005-0,01 həddində olduqda vantuzun hava toplayıcıda kranla (ventillə) əvəz edilməsinə yol verilir.

11.13. Sudaşıyıcı borular və su kəməri şəbəkəsi suburaxıcı istiqamətində ən azı 0,001 mailliklə layihələndirilməlidir; müstəvi relyefə malik ərazilərdə mailliyi 0,0005-ə qədər azaltmağa yol verilir.

11.14. Hər bir təmir sahəsinin aşağı nöqtələrində, həmçinin borular yuyulduğu zaman suyun buraxıldığı yerlərdə suburaxıcılar nəzərdə tutulmalıdır.

Suburaxıcıların və boruya hava buraxan qurğuların diametrləri sudaşıyıcı boruların, yaxud şəbəkə sahələrinin ən çox 2 st müddətində boşalmasını təmin etməlidir.

Boruların yuyulması üçün suburaxıcıların konstruksiyaları boru kəmərində suyun maksimal hesabi sürətinin ən azı 1,1-i qədər sürətlə axmasını təmin etməlidir.

Suburaxıcılarda bağlayıcı armatur kimi döngəli bağlayıcılardan istifadə edilməlidir.



Q e y d. Hidropnevmatik yuma zamanı qarışığın minimal hərəkət sürəti (ən böyük təzyiq olan yerlərdə) suyun maksimal hərəkət sürətinin 1,2 mislindən az olmamalı, su sərfi qarışığın həcmi sərfinin 10-25%-i qədər olmalıdır.

11.15. Suburaxıcılardan axan su yaxınlıqdakı su novlarına, kanala, dərəyə və s. axıdılmalıdır. Bütün suyun, yaxud onun bir hissəsinin öz axını ilə kənarlaşdırılması mümkün olmadıqda bu miqdarın əvvəlcədən hazırlanmış quyuya, oradan da nasosla mümkün kənarlaşdırma şəbəkəsinə axıdılması nəzərdə tutulmalıdır.

11.16. Yanğın hidrantları avtomobil yolları boyu hərəkət hissəsinin kənarından ən çoxu 2,5 m, binaların divarından isə 5 m-dən az olmayan məsafədə yerləşdirilməlidirlər; yanğın hidrantlarının yolun hərəkət hissəsində yerləşdirilməsinə yol verilir.Belə hallarda hidrantların su kəmərindən ayrılmış qollarda yerləşdirilməsinə yol verilmir.

Yanğın hidrantlarının su kəməri şəbəkəsində yerləşdirilməsi bu şəbəkə tərəfindən xidmət göstərilən istənilən binada, qurğuda, yaxud onun bir hissəsində baş verə biləcək yanğının ən azı iki hidrantdan (bunun üçün xarici yanğın söndürməyə su sərfi 15 l/s və daha çox olduqda), yaxud bir hidrantdan (su sərfi 15 l/s-dən az olduqda) söndürülməsini təmin etməlidir; uzunluğu maddə 12.5.4-də göstəriləndən çox olmayan və möhkəm örtüklü yolda çəkilmiş yanğın şlanqları nəzərdə tutulmaqla.

Hidrantlar arasındakı məsafə yanğın söndürülməsinə su sərflərinin cəmi və DÜİST 8220 (dəyişikliklərlə), DÜİST 13816 standartlarına əsasən seçilmiş hidrantların keçiricilik qabiliyyətlərinə görə hesablama ilə təyin edilir.

Yanğın şlanqının 1 m uzunluğunda basqı itkisi (42) düsturu ilə hesablanmalıdır.



bar                                                     (42)

burada qy- yanğın şırnağının məhsuldarlığıdır, l/s.



Q e y d. Əhalisinin sayı 500 nəfərə qədər olan yaşayış məntəqələrində yanğın hidrantları əvəzinə diametri 80 mm olan və yanğın kranları ilə təchiz edilmiş dik boruların qoyulmasına yol verilir.

11.17. Aşağıdakı hallarda boru kəmərlərində kompensatorlar nəzərdə tutulmalıdır:

suyun, havanın və torpağın temperaturu dəyişdikdə calaq yerlərinin ox boyu yerdəyişməni təmin etmədiyi boru kəmərlərində;

tunellərdə, kanallarda və ya estakadalarda (dayaqlar üzərində) çəkilmiş polad boru kəmərlərində;

torpağın mümkün çökməsi şəraitində işləyən boru kəmərlərində.

Kompensatorlar və hərəkətsiz dayaqlar arasındakı məsafə onların konstruksiyaları nəzərə alın-maqla hesablama ilə təyin edilməlidir. Sudaşıyıcı, əsas və şəbəkə polad boruları torpaq altında çəkildikdə kompensatorlar çuqundan hazırlanmış flanslı armaturun qoyulduğu yerlərdə nəzərdə tutulmalıdır. Çuqundan hazırlanmış flanslı armatur ox boyu dartıcı qüvvələrin təsirindən polad boruların quyunun divarlarına sərt bərkidilməsi, xüsusi dirəklərin quraşdırılması və ya sıxlaşdırılmış qruntla sıxılması yolu ilə müdafiə edildikdə kompensatorlar nəzərdə tutulmaya bilər.

Borular qruntla sıxıldıqda flanslı armatur qarşısında hərəkətli calaq birləşmələri tətbiq edilməlidir (mufta, uzun genişləndirilmiş boru ağızları və s.). Boru kəmərlərinin yeraltı çəkilişində kompensatorlar və hərəkətli calaq birləşmələri quyularda nəzərdə tutulmalıdır.



11.18. Flanslı bağlayıcı, qoruyucu və tənzimləyici armaturu müayinə və təmir etmək, həmçinin söküb çıxarmaq üçün quraşdırma taxmaları qoyulmalıdır.

11.19. Sudaşıyıcı borularda və su kəməri şəbəkəsi xətlərindəki bağlayıcı armatur əl ilə, yaxud səyyar vasitələrlə mexaniki hərəkətə gətirilən olmalıdır.

Sudaşıyıcı borularda elektrik, yaxud hidravlik enerji ilə hərəkətə gətirilən siyirtmələrin tətbiq edilməsinə onları məsafədən, yaxud avtomatik idarə etdikdə yol verilir.



11.20. Suarıcı kolonkanın xidmət radiusu 100 m-dən çox olmamalıdır. Suayrıcı kolonka ətrafında eni 1 m, kolonkadan mailliyi 0,1 olan səki düzəldilməlidir.

11.21. Sudaşıyıcı borular və su kəməri şəbəkəsi üçün material və möhkəmlik sinfi statik hesablamalar, qruntun və suyun aqressivliyi, həmçinin boru kəmərlərinin iş şəraiti və suyun keyfiyyətinə verilən tələblər nəzərə alınmaqla seçilməlidir.

Basqılı sudaşıyıcı borular və şəbəkələr üçün, bir qayda olaraq, qeyri metal borular (basqılı dəmir-beton, plastmas və s.) qəbul edilməlidir. Belə borulardan imtina edilməsi əsaslandırılmalıdır.

Yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələrinin ərazilərində basqılı çuqun borulardan istifadə edilməsinə yol verilir.

Polad boruların tətbiqinə aşağıdakı hallarda yol verilir:

daxili hesabi təzyiqi 15 bar-dan çox olan sahələrdə;

avtomobil və dəmir yollarının altından, su maneələrindən, dərələrdən keçidlərdə;

təsərrüfat-içməli su kəmərinin kanalizasiya şəbəkəsi ilə kəsişdiyi yerlərdə;

boru kəmərləri avtomobil və şəhər körpülərində, estakada dayaqlarında və tunellərdə çəkildikdə.

Polad boruların, divarlarının qalınlığı boru kəmərinin iş şəraiti nəzərə alınmaqla hesabatla təyin olunmuş (2 mm-dən az olmamaq şərtilə) iqtisadi cəhətdən əlverişli növləri qəbul edilməlidir.

Dəmir-beton və xrizotilsement borular üçün metaldan hazırlanmış fasonlu hissələrin qəbuluna yol verilir.

Təsərrüfat-içməli su təchizatı sistemlərindəki boruların materialı 4.3 bəndinin tələblərinə cavab verməlidir.

11.22. Daxili hesabi təzyiqin qiyməti istismar şərtlərinə görə boru kəmərinin uzunluğu boyu (ən əlverişsiz iş rejimində) hidravlik zərbədən təzyiqin artması nəzərə alınmadan, yaxud zərbəyə qarşı armaturun olduğu yerlərdə, hidravlik zərbədən təzyiqin artması nəzərə alınmaqla, müxtəlif sahələrdə mümkün olan maksimum təzyiqə bərabər qəbul edilməlidir, bu şərtlə ki, sonuncu halda təzyiq digər yüklərlə (maddə 11.26) birlikdə boru kəmərinə böyük təsir göstərə bilər.

Statik hesablama hesabi daxili təzyiqin, qruntun təzyiqinin, müvəqqəti yüklərin, borunun öz kütləsinin və nəql etdirilən mayenin kütləsinin, seçilmiş boru materialına birlikdə təhlükəli təsir göstərən vakuum yarandıqda atmosfer təzyiqinin və xarici qrunt sularının hidrostatik təzyiqinin təsiri nəzərə alınmaqla aparılmalıdır.

Boru kəmərləri, yaxud onların ayrı-ayrı sahələri məsuliyyət dərəcəsinə görə aşağıdakı siniflərə ayrılır:

1 - I kateqoriya təminatlı su verilən obyektlərin boru kəmərləri, həmçinin boru kəmərlərinin su maneələri və dərələrdən, I və II kateqoriya avtomobil və dəmir yollarından, mümkün zədələnmələrin aradan qaldırılması üçün çətin keçilən, II və III kateqoriya təminatlı su verilən zonalarından keçən hissələri;

2 - II kateqoriya təminatlı su verilən obyektlərin boru kəmərləri (I sinif sahələr istisna olmaqla), həmçinin avtomobil yollarının təkmilləşdirilmiş örtükləri altında çəkilmiş boru kəmərləri, III kateqoriya təminatlı su verilən obyektlərin boru kəmərləri;

3 - III kateqoriya təminatlı su verilən obyektlərin boru kəmərlərinin bütün qalan sahələri.

Boruların hesablanmasında (43) düsturu ilə təyin edilən iş şəraiti əmsalı mc nəzərə alınmalıdır.

burada m1- hazırlandıqdan sonra boruların qısa zamanlı sınağını nəzərə alan əmsal;



m- istismar prosesində boru materialının köhnəlməsi, korroziyasıvə abraziv yeyilməsi nəticəsində boruların möhkəmliyinin azalmasını nəzərəalan əmsal;

-məsuliyyət dərəcəsinə görə borukəməri sahəsinin sinfini nəzərəalan etibarlılıq əmsalıdır.

məmsalının qiyməti müvafiq dövlət standartı, yaxud bu növ borunun istehsalının texniki şərtlərinə uyğun qəbul edilməlidir.

Calaq birləşmələrinin möhkəmliyi borunun öz möhkəmliyinə bərabər boru kəmərləri üçün məmsalının qiyməti:

çuqun, polad, beton, dəmir-beton və saxsı borular üçün 0,9;

polietilen borular üçün 1 qəbul edilir.



məmsalının qiyməti:

saxsı, həmçinin müvafiq dövlət standartı, yaxud bu növ borunun istehsalının texniki şərtlərinə uyğun korroziya, yaxud abraziv dağılma təhlükəsi olmayan plastmas, çuqun, polad, beton və dəmir-beton borular üçün 1 qəbul edilir.



 əmsalının qiyməti birinci sinif boru kəmərləri üçün 1; ikinci sinif üçün 0,95; üçüncü sinif üçün 0,9 qəbul edilir.

11.23. İstismara verilməzdən əvvəl boru kəmərlərinin sınaqdan çıxarıldığı sahələrdə sınaq təzyiqi hər bir boru sahəsi üçün materialın qəbul edilmiş möhkəmlik göstəricilərindən və boruların sinfindən, suyun hesabi daxili təzyiqi və sınaq müddətində boru kəmərinə təsir göstərən xarici yüklərin qiymətindən asılı olaraq tikintinin təşkili layihələrində göstərilməlidir.

Sınaq təzyiqinin hesabi qiyməti aşağıda göstərilənlərdən artıq olmamalıdır:

çuqun borular üçün-zavod sınaq təzyiqindən 0,5 əmsalla;

dəmir-beton borular üçün - xarici yük olmadıqda müvafiq dövlət standartı, yaxud boruların uyğun sinifləri üçün texniki şərtlərdə nəzərdə tutulmuş hidrostatik təzyiqdən;

polad və plastik kütlədən istehsal olunmuş borular üçün - 1,25 əmsalla daxili hesabi təzyiqdən.

11.24. Çuqun, beton, dəmir-beton və saxsı borular daxili hesabi təzyiq və xarici hesabi qəbul edilmiş yüklərin birgə təsirinə hesablanmalıdırlar.

Polad və plastmas boru kəmərləri 11.23 maddəsinə uyğun olaraq daxili təzyiqə və xarici hesabi qəbul edilmiş yük, atmosfer təzyiqi, həmçinin borunun dairəvi şəkilli en kəsiyinin dayanıqlığına hesablanmalıdır.

Daxili mühafizə örtüyü olmayan polad boruların şaquli diametrinin qısalması 3%-dən çox olmamalı, daxili mühafizə örtüyü olan polad və plastik kütlədən istehsal olunmuş borular üçün isə standartlara, yaxud bu borular üçün olan texniki şərtlərin göstərişlərinə əsasən qəbul edilməlidir.

Vakuumun qiyməti təyin edildikdə boru kəmərində nəzərdə tutulmuş vakuum əleyhinə qurğuların hərəkəti nəzərə alınmalıdır.



11.25. Müvəqqəti yüklər kimi aşağıdakılar qəbul edilməlidir:

dəmir yolları altından keçən boru kəmərləri üçün - baxılan dəmir yolu xəttinin sinfinə uyğun gələn yük;

avtomobil yolları altından keçən boru kəmərləri üçün - H-30 avtomobil dəstəsindən, yaxud HK-80 təkərli nəqliyyatdan (boru kəmərinə böyük güc təsirinə görə);

avtomobil nəqliyyatının hərəkəti mümkün olan yerlərdə çəkilmiş boru kəmərləri üçün - H-18 avtomobil dəstələrindən, yaxud HQ-60 tırtıllı nəqliyyatdan (boru kəmərinə böyük güc təsirinə görə);

avtomobil nəqliyyatının hərəkəti mümkün olmayan yerlərdə çəkilmiş boru kəmərləri üçün – 0,05 bar-a (5 kPa) qədər müntəzəm paylanmış yük.

11.26. Boru kəmərləri hidravlik zərbədən (zərbəyə qarşı armatur, yaxud vakuumun yaranması nəzərə alınmaqla təyin edilmiş) təzyiqin artmasına hesablandıqda xarici yük H-18 avtomobil dəstəsinin yükündən artıq qəbul edilməməlidir.

11.27. Hidravlik zərbə zamanı təzyiqin artması hesablama ilə təyin edilməli və onun əsasında qoruyucu tədbirlər görülməlidir.

Su təchizatı sistemlərinin hidravlik zərbədən müdafiəsi aşağıdakı hallar üçün nəzərdə tutulmalıdır:

elektrik cərəyanının verilməsinin pozulması nəticəsində birgə işləyən nasosların hamısının, yaxud bir qrupunun qəflətən dayanması;

birgə işləyən nasoslardan birinin onun basqılı xəttində olan siyirtmənin bağlanmasından əvvəl işdən ayrılması;

nasosun əks klapanla təchiz edilmiş basqılı xətdəki siyirtmənin açıq vəziyyətində işə salınması;

sudaşıyıcı boru kəməri bütövlükdə, yaxud onun ayrı-ayrı sahələri işdən ayrıldıqda siyirtmənin mexaniki bağlanması;

sürətlə işləyən suayrıcı armatur açıldıqda, yaxud bağlandıqda.

11.28. Nasosların qəfildən işə salınması, yaxud işdən ayrılması nəticəsində yaranan hidravlik zərbələrdən müdafiə tədbiri kimi aşağıdakılar qəbul edilməlidir:

sudaşıyıcı boruya hava buraxılması və havanı sıxmaq üçün klapanların qoyulması;

nasosların basqılı xətlərində açılıb-bağlanması tənzimlənən əks klapanların qoyulması;

sudaşıyıcı boruda onu çox da böyük olmayan statik basqılı ayrı-ayrı sahələrə ayıran əks klapanların qoyulması;

suyun əks istiqamətdə nasoslardan, onlar sərbəst fırlandıqda, yaxud tam tormozlandıqda geri atılması;

sudaşıyıcı borunun əvvəlində (nasosunbasqılı xəttində) hidravlik zərbə prosesini yumşaldan hava-su kamerasının qoyulması.



Q e y d. Hidravlik zərbədən qorunmaq üçün qəbul edilməsinə yol verilir: qoruyucu və söndürücü klapanların qoyulması, suyun basqılı xətdən sorma borusuna atılması, sudaşıyıcı boruda axının tamlığının pozulması mümkün olan yerlərdən suyun buraxılması, təzyiq yol verilən həddən yuxarı qalxdıqda dağılan bütöv diafraqmaların qoyulması, su-basqı sütunlarının qoyulması, böyük inersiyalı fırlanan kütləli nasoslardan istifadə edilməsi.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin