AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi


 Tullantı sularının sərf və tərkibinin ortalaşdırılmasına ehtiyacın olması texniki-iqtisadi hesablamalarla təyin edilməlidir. 8.2.3.2



Yüklə 4,24 Mb.
səhifə40/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

8.2.3.1. Tullantı sularının sərf və tərkibinin ortalaşdırılmasına ehtiyacın olması texniki-iqtisadi hesablamalarla təyin edilməlidir.

8.2.3.2. Ortalaşdırıcının növü (barbotaj, mexaniki qarışdırıcılı, çoxkanallı) tullantı sularındakı çirkləndirici maddələrin qatılığının dəyişmə xarakterindən (dövrlü, sərbəst enib qalxma və qəfil atılmalar), həmçinin asılı maddələrin növündən və miqdarından asılı olaraq seçilməlidir.

8.2.3.3. Ortalaşdırıcı hər ikisi işləyən olmaqla ən azı iki bölmədən ibarət qəbul edilməlidir. Boşaltmadan ondakı çöküntünü mexaniki üsulla təmizləmək mümkün olan hallarda bir bölməli ortalaşdırıcılardan istifadəyə yol verilir.

8.2.3.4. Tullantı sularında asılı maddələr olduqda onların ortalaşdırıcılarda çökməsinin qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

8.2.3.5. Tullantı sularında asanlıqla sudan ayrılıb uçan zəhərli maddələr olduqda barbotajlı, yaxud mexaniki qarışdırıcılı ortalaşdırıcılar örtülməli və ventilyasiya sistemi ilə təmin olunmalıdırlar.

8.2.3.6. Barbotaj növlü ortalaşdırıcılar tərkibində hidravlik iriliyi 10 mm/s-yə və miqdarı 500 mq/l-ə qədər asılı maddələr olan və istənilən rejimdə daxil olan tullantı sularını ortalaşdırmaq üçün tətbiq edilməlidir.

8.2.3.7. Qəfil atılmalar zamanı ortalaşdırıcının həcmi Kav<5 olduqda (33) və Kav5 olduqda (34) düsturları ilə hesablanmalıdır.

burada qt- qəfil atılma sularının sərfi, m3/st;



tq- qəfil atılmanın davam etmə müddəti, st;

Kav- ortalaşdırmanın tələb edilən əmsalı olub (35) düsturu ilə hesablanmalıdır.

burada Cmax- qəfil atılma sularında çirkləndiricilərin qatılığı;



Cor- atılma suyunda çirkləndiricilərin orta qatılığı;

Cy.v-sonrakı qurğuların normal işləmə şərtlərinə görə çirkləndiricilərin yol verilən qatılığıdır.

8.2.3.8. Tullantı sularındakı çirkləndiricilərin dövrlü dəyişməsində ortalaşdırıcının həcmi Kav<5 olduqda (36) və Kav5 olduqda (37) düsturları ilə hesablanmalıdır.

burada td- dəyişmə dövrünün davam etmə müddəti, st;



Kav- ortalaşdırma əmsalı olub (35) düsturu ilə hesablanmalıdır.

8.2.3.9. Tullantı sularındakı çirkləndiricilərin sərbəst enib qalxma dəyişməsində ortalaşdırıcının həcmi tədriclə yanaşma üsulu istifadə olunmaqla (38) düsturu ilə hesablanmalıdır.

burada - hesablamanın müvəqqəti addımı olub 1 st-dan artıq qəbul edilmir;



- hesablamanın cari addımında ortalaşdırıcının çıxışında qatılığın artmasıdır (müsbət və mənfi ola bilər), qr/m3.

Hesablamanı saatlar üzrə dəyişmə qrafikinin əlverişsiz sahələrindən başlamaq lazımdır. Hesablama nəticəsində sırasının texnoloji tələbi ödəmədiyi aşkar olunduqda (məsələn, -in maksimal qiymətində), hesabatı Wö-nün artırılmış qiymətində təkrar etmək lazımdır. Wö-nün başlanğıc qiyməti dəyişmənin ümumi xarakterinin qiymətləndirilməsi əsasında təqribi təyin olunmalıdır.

Ortalaşdırıcının girişində dəyişmə qrafiki faktiki (bu, yaxud oxşar istehsalat üzrə), yaxud texnoloji tapşırığa əsasən qəbul edilməlidir.

8.2.3.10. Tullantı sularının barbotaj növlü ortalaşdırıcının sahəsi boyu mümkün qədər bərabər paylanması dibində deşiklər, yaxud üçbucaq suaşıranları olan novlar və verici kanallar vasitəsilə təmin edilməlidir. Tullantı suyunun novda axım sürəti 0,4 m/s-dən az olmamalıdır.

8.2.3.11. Tullantı suyunun havalandırılması rezervuar boyu üfüqi vəziyyətdə döşənmiş deşikli borular vasitəsilə yerinə yetirilməlidir. Havalandırma boruları divara yaxın döşəndikdə onlardan qarşıdakı divara qədər olan məsafə 1-1,5h, borular arasındakı məsafə 2-3h, borular aralıqda döşən-dikdə onlardan divara qədər olan məsafə 1-1,5(h-borunun suya batırılma dərinliyidir) qəbul edilməlidir. Ortalaşdırıcıda suyun dərinliyi dəyişdikdə h maksimal səviyyəyə görə qəbul edilməlidir.

8.2.3.12. Hesablamada aşağıdakı parametrlər qəbul edilməlidir:

borular divara yaxın döşəndikdə (bir dövretdirici axım yaradan) havalandırma intensivliyi - 6 m3/st 1 m uzunluğa;

aralıqda döşəndikdə (iki dövretdirici axım yaradan) - 12 m3/st 1 m uzunluğa;

borular divara yaxın döşəndikdə asılı maddələrin çökməsinin qarşısını alan havalandırma intensivliyi - 12 m3/st 1 m uzunluğa;

aralıqda döşəndikdə - 24 m3/st 1 m uzunluğa;

boruların deşiklərində basqı itkisi –0,01-0,04 bar.



8.2.3.13. Mexaniki qarışdırıcılı ortalaşdırıcı tərkibində asılı maddələrin miqdarı 500 mq/l-dən çox olan tullantı sularının istənilən daxil olma rejimində ortalaşdırılması üçün tətbiq edilməlidir. Suyun verilməsi müntəzəm olaraq ortalaşdırıcının perimetri boyu novla yerinə yetirilməlidir.

8.2.3.14. Mexaniki qarışdırıcılı ortalaşdırıcının həcmi barbotaj növlü ortalaşdırıcının həcmi kimi hesablanmalıdır.

8.2.3.15. Tərkibində hidravlik iriliyi 5 mm/s-dən kiçik 500 mq/l-ə qədər asılı maddə olan qəfil axıdılan tullantı sularını tarazlaşdırmaq üçün tullantı suları kanallarında təyin edilmiş miqdarda

paylanan çoxkanallı ortalaşdırıcılardan istifadə edilməlidir.



8.2.3.16.Qəfil atılan yuksək qatılıqlı tullantı suları üçün çoxkanallı ortalaşdırıcıların həcmi (39) düsturu ilə hesablanmalıdır.

burada qt- tullantı sularının sərfi, m3/st;



tq- qəfil axıdılmanın davam etmə müddəti, st;

Kav- ortalaşdırma əmsalıdır.

8.2.3.17. Təmizləyici qurğulara daxil olan tullantı sularının hesabi sərflərini azaltmaq üçün tənzimləyici rezervuarların tətbiqinə yol verilir.

8.2.3.18. Tənzimləyici rezervuarlar barmaqlıqlardan və qumtutanlardan sonra yerləşdirilməli, tullantı suları onlara ortalaşdırılmışdan artıq sərfi ayıran bölüşdürücü kameralar vasitəsilə verilməlidir.

8.2.3.19. Tənzimləyici rezervuarların konstruksiyası birinci pillə durulduculara oxşar qəbul edilir.

Rezervuarlar çöküntünü kənarlaşdıran və minimal axım zamanı şəffaflanmış suyu təmizləmək üçün sonrakı qurğulara nəql etdirən avadanlıqlarla təmin edilməlidir.



8.2.3.20. Tənzimləyici rezervuarın həcmlərinin və tullantı sularını təmizləmək üçün əsas və köməkçi qurğuların (hava üfürücü və nasos stansiyaları və s.) həcmlərinintənzimlənməsindən sonra qeyri-müntəzəmlik əmsallarının Ktənz bir sıra qiymətləri ardıcıl seçilərək tarazlaşdırılan hesabi sərfin optimal miqdarı texniki-iqtisadi hesablamalarla təyin edilməlidir.

8.2.3.21. Tənzimləyici rezervuarın həcmlərinin tənzimlənməsindən sonra qeyri-müntəzəmlik əmsallarının Ktənz qiymətlərinin seçilməsi aşağıdakı nisbətlərlə yerinə yetirilməlidir:

burada Kü- tullantı sularının daxil olmasının ümumi qeyri-müntəzəmlik əmsalı;



qor- tullantı sularının orta saatlıq sərfidir.

və  arasında asılılığın cədvəl 34-ə əsasən qəbul edilməsinə yol verilir.

8.2.3.22. Sərfin və tullantı sularının qatılığını tarazlaşdırmağa ehtiyac olduqda ortalaşdırıcının həcmi və çirkləndirici maddələrin qatılığı tədriclə yanaşma üsulu ilə təyin edilməlidir.

Cədvəl 34.





1

0,95

0,9

0,85

0,8

0,75

0,67

0,65



0

0,24

0,5

0,9

1,5

2,15

3,3

4,4

Cari yanaşmada su kütləsinin həcminin, və qatılığın, artması (42) və (43) düsturları ilə hesablanmalıdır.

burada qen,qex,Cen,Cex-əvvəlki yanaşmada tullantı sularının sərfi və çirkləndirici maddələrin qatılığı;



Wav - hesablama anı üçün ortalaşdırıcının həcmidir, m3.

8.2.4. Durulducular

8.2.4.1. Durulducular tullantı sularını şəffaflandırmaq üçün məhsuldarlığı 1000 m3/sut-dan çox olan təmizləyici komplekslərdə qəbul edilməsi tövsiyə edilir. Bu məqsədlə birinci pillə durulducuları, mexaniki süzgəclər, həmçinin istehsalat tullantı suları və onların məişət tullantı suları ilə qarışığı üçün yağ-, piy-, nefttutanlar, hidrosiklonlar, flotasiya qurğuları və s. istifadə edilə bilər.

Müvafiq əsaslandırma olduqda məişət tullantı sularının şəffaflandırılma mərhələsindən imtina etməyə yol verilir. Belə hallarda süzücü barmaqlıqların milləri arasındakı məsafə 6 mm-dən çox, suyun qumtutanlarda qalma müddəti isə 10 dəq-dən az olmamalıdır.



8.2.4.2. Durulducuların növü (şaquli, fırlanan yığıcı-paylaşdırıcı tərtibatı olan radial, üfüqi, iki yaruslu və d.) tullantı sularının təmizlənməsinin və onlarda yaranan çöküntünün emalının qəbul edilmiş texnoloji sxemi, qurğuların məhsuldarlığı, tikintinin növbəliliyi, istismar edilən vahidlərin sayı, ərazinin konfiqurasiyası və relyefi, geoloji şərait, qrunt sularının səviyyəsi və s. nəzərə alınmaqla seçilməlidir.

8.2.4.3. Birinci pillə durulducuların sayı - ikidən az olmayaraq, ikinci pillə - üçdən az olmayaraq qəbul edilməlidir, bu şərtlə ki, bütün durulducular işləyən olmalıdır. Minimum sayda onların hesabi həcmini 1,2-1,3 dəfə artırmaq lazımdır.

8.2.4.4. Bioloji təmizləmədən sonra ikinci pillə durulducular istisna olmaqla durulducular tələb olunan şəffaflanma səmərəsi nəzərə alınmaqla asılı maddələrin çökmə kinetikasına əsasən hesablanmalıdır.

İki yaruslu durulducuların novları çökmənin 1,5 st davametmə müddətinə hesablanmalıdır. İkinci pillə durulducular 9.3.3-9.3.6 maddələrinin göstərişlərinə əsasən hesablanmalıdır.



8.2.4.5. Hidravlik iriliyin hesabi qiyməti, təcrübə yolu ilə qurulmuş E=f(t) çökmə kinetikası əyrisinə əsasən laboratoriya şəraitində alınan qiyməti durulducunun axım hissəsinin dərinliyinə uyğunlaşdırmaqla (44) düsturu ilə təyin edilməlidir.

burada Ha.h- durulducunun axım hissəsinin dərinliyi, m;



Ka.h- durulducunun axım hissəsinin həcmindən istifadə əmsalı;

ta.h- içərisindəki su layının hündürlüyü h1 olan laboratoriya silindrində alınmış təmizləmə səmərəsinə müvafiq çökmə müddəti olub, şəhər tullantı suları üçün cədvəl 35-ə əsasən təyin edilməsinə yol verilir;

n2- çökmə prosesində asılı maddələrin aqlomerasiyasından asılı dərəcə göstəricisi olub şəhər tullantı suları üçün şək.3-ə əsasən təyin edilməsinə yol verilir.

Q e y d:

1. Tərkibində sudan yüngül çirkləndirici maddələr olan (neft məhsulları, yağlar, piylər və s.) tullantı suları üçün durulducular üzüb su səthinə çıxan hissəciklərin hidravlik iriliyinə hesablanmalıdır.

2. Suda ondan ağır və yüngül maddələr olduqda hidravlik iriliyin kiçik qiyməti qəbul edilməlidir.

3. İstehsalat şəraitində tullantı sularının temperaturu çökmə kinetikası təyin ediləndən fərqlənən hallarda (45) düsturu ilə hesablanan düzəliş daxil edilməlidir.



burada - laboratoriya və istehsalat şəraitlərində müvafiq temperaturlarda suyun özlülüyü;

u0 - hidravlik iriliyin (33) düsturu ilə hesablanmış qiymətidir, mm/s.

 



 

Şək.3. Aşağıdakı durulma effektivliyində n2 dərəcə göstəricisinin şəhər tullantı sularındakı asılı maddələrin ilkin qatılığından asılılığı: 1-E=50%; 2-E=60%; 3-E=70%

Cədvəl 35.


Şəffaflanma səmərəsi,

%


h1=500 mm hündürlüyü olah su layında qatılığı (mq/l) olan asılı maddələrin çökməsinin davam etmə müddəti ta.h (saniyə).







200

300

400

20

30

40



50

60

70



600

960


1440

2160


7200

-


540

900


1200

1800


3600

-


480

840


1080

1500


2700

7200


8.2.4.6. Durulducunun əsas hesabi parametrləri cədvəl 36-a əsasən təyin edilməlidir.

Cədvəl 36. Durulducuların texnoloji parametrləri



Durulducu

Həcmdən istifadə əmsalı Ka.h

İşçi dərinlikHa.hm

Eni Ba.h,m

İşçi axımın sürətivmm/s

Lil çökəkliyi istiqamətində dibin mailliyi

Üfüqi....................................................

Radial...................................................

Şaquli...................................................

Fırlanan yığıcı-paylaşdırıcı elementli.

Aşağıdan və yuxarıdan daxil olan axımlı...................................................

Nazik laylı bloklarla:

əks axımlı (düz axımlı) iş sxemli....

çarpaz iş sxemli..............................



0,5

0,45


0,35

0,85


 

0,65


 

0,5 - 0,7

0,8


1,5 – 4

1,5 – 5


2,7 – 3,8

0,8 – 1,2

 

2,7 – 3,8



 

0,025 – 0,2

0,025 – 0.2


2Ha.h- 5Ha.h

-

-



-

 

-



2 – 6

1,5


5 – 10

5 – 10


-

-

 



2u0 – 3u0

 

-



-

0,005 – 0,05

0,005 – 0,05

-

0,05


 

-

 



-

0,005


Q e y d:

1. Ka.h əmsalı durulducunun hidravlik səmərəsini təyin edir və qiyməti supaylaşdırıcı və suyığıcı elementlərin konstruksiyasından asılıdır.

2. Sürətin turbulentlik yaradan qiyməti vtb, mm/s, işçi axımın sürətindən v, mm/s, asılı olaraq cədvəl 37-yə əsasən təyin edilməlidir.




8.2.4.7. Bir durulducunun məhsuldarlığı qurğunun verilmiş həndəsi ölçülərindən və tullantı sularının tələb olunan şəffaflanma səmərəsindən asılı olaraq aşağıdakı düsturlarla hesablanmalıdır:

a) üfüqi durulducular üçün



b) radial, şaquli və fırlanan yığıcı-paylaşdırıcı tərtibatlı durulducular üçün



с) aşağıdan və yuxarıdan daxil olan axımlıdurulducular üçün



 

ç) çarpaz sxemlə işləyən nazik laylı blokları olan durulducular üçün



d) əks axımlı sxemlə işləyən nazik laylı blokları olan durulducular üçün



düsturlarda Ka.h - həcmdən istifadə əmsalı (cədvəl 36-a əsasən təyin edilir);



La.h - bölmənin, şöbənin uzunluğu, m;

Lbl - nazik laylı blokun (modulun) uzunluğu, m;

Ba.h- bölmənin, şöbənin eni, m;

Bbl- nazik laylı blokun eni, m;

Da.h- durulducunun diametri, m;

den- giriş elementinin diametri, m;

u0- tutulan hissəciklərin hidravlik iriliyi, mm/s (düstur 44 ilə hesablanmalıdır);

vtb- sürətin turbulentlik yaradan qiyməti (durulducuda axımın sürətindən asılı olaraq cədvəl 37-ə əsasən təyin edilir);

Hbl - nazik laylı blokun hündürlüyü, m;

hti- nazik laylı blokun (modulun) yarusunun hündürlüyü, m;

Kdis- ayrılmış hissəciklərin sürüşmə əmsalıdır (dalğalı lövhələr üçün 1, müstəvi lövhələr üçün 1,2 qəbul edilməlidir).

Cədvəl 37.



v, mm/s

5

10

15

vtb.mm/s

0

0,05

0,1

 

8.2.4.8. Aşağıda göstərilən əsas konstruktiv parametrlər qəbul edilməlidir:

a) üfüqi və radial durulducular üçün:

xam suyun girişi və şəffaflanmış suyun toplanması - durulducunun giriş və toplayıcı elementlərinin bütün eni (perimetri) boyu müntəzəm;

birinci pillə durulducular üçün neytral layın hündürlüyü - durulducunun dibindən 0,3 m yuxarı (durulducunun çıxışında),ikinci pillə durulducular üçün - 0,3 m və lil layının qalınlığı - 0,3-0,5 m;

lil toplanan çuxur divarlarının maillik bucağı - 50-550;

b) şaquli durulducular üçün:

mərkəzi borunun uzunluğu - çökmə zonasının dərinliyi qədər;

mərkəzi boruda işçi axımın hərəkət sürəti - ≤ 30 mm/s;

geniş ağızın diametri - borunun diametrinin 1,35-i qədər;

əksetdirici lövhənin diametri - geniş ağızın diametrinin 1,3-ü qədər;

əksetdirici lövhənin konusluq bucağı - 1460;

geniş ağızla əksetdirici lövhə arasında işçi axımın sürəti - birinci pillə durulducular üçün 20 mm/s - dən, ikinci pillə durulducular üçün 15 mm/s - dən çox olmayaraq;

əksetdirici lövhənin aşağısı ilə lil səviyyəsi arasında neytral layın hündürlüyü - 0,3 m;

konus şəkilli dibin maillik bucağı - 50-600;

c) aşağıdan və yuxarıdan daxil olan axımlıdurulducular üçün:

aşağı enən axım zonasının sahəsi - yuxarı qalxan axım zonasının sahəsinə bərabər;

zonaları ayıran arakəsmənin hündürlüyü - 2/3Ha.h;

arakəsmənin yuxarı tilinin səviyyəsi - su səviyyəsindən 0,3 m yuxarı (durulducunun divarından yuxarı olmamaq şərtilə);

dəyişən en kəsikli paylaşdırıcı nov - ayırıcı arakəsmənin daxilində. Novun başlanğıc en kəsik sahəsi hesabi sərfin 0,5 m/s-dən az olmayan sürətlə nəqlinə, axırıncı en kəsik isə 0,1 m/s-dən az olmayan sürətlə nəqlinə hesablanmalıdır.

Suyu bərabər paylamaq üçün paylayıcı novun üçbucaq şəkilli suaşıranları hər 0,5 m-dən bir qoyulmalıdır;



ç) nazik laylı bloklu durulducular üçün - lövhələrin maillik bucağı 450-dən 600-yə qədər.

8.2.4.9. İstismar edilən təmizləyici komplekslərdəki mövcud durulducuların (üfüqi, radial, şaquli) təmizləmə dərəcəsini, yaxud məhsuldarlığını artırmaq üçün onlara nazik laylı elementlərdən ibarət blokların yerləşdirilməsinə yol verilir. Bloklar suyun durulduculardan çıxan hissəsində su toplayan nov qarşısında yerləşdirilməlidirlər.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin