6.3.7. Bütün sistemlərdən olan kanalizasiya şəbəkələrindəki baxış quyularının boğazlarının diametri 700 mm qəbul edilməlidir; diametri ≥ 600 mm olan boru kəmərlərinin dönmələrində, həmçinin düzxətli sahələrində 300-500 m məsafələrdən bir quyuların işlək hissəsinin və boğazının ölçüləri şəbəkənin təmizlənməsinə lazım olan avadanlığın maneəsiz endirilməsi üçün nəzərdə tutulmalıdır.
6.3.8. Quyuların qapaqları təkmilləşdirilmiş örtüyə malik yollarda yolun gediş hissəsi ilə eyni səviyyədə, yaşıllıq zonasında torpaq səviyyəsindən 50-70 mm və tikinti olmayan ərazidə 200 mm hündür qoyulmalıdır. Ehtiyac olduqda qapaqlar kilidlə qoyulur. Qapağın konstruksiyası nəqliyyat vasitələrinin yükünə davamlı olmalı, istismar heyətinin quyuya təhlükəsiz enməsi və oradan çıxmasını təmin etməlidir.
6.3.9. Qrunt sularının hesabi səviyyəsi quyunun dibindən yüksək olduqda quyunun dibi və divarları qrunt suları səviyyəsindən 0,5 m yuxarıya qədər hidroizolyasiya ilə örtülməlidir.
6.3.10. Lövhəli, yaxud mədən qazma üsulu ilə çəkilmiş kollektorlarda diametri 0,9 m-dən az olmayan baxış şaxtaları, yaxud quyuları nəzərdə tutulmalıdır. Baxış şaxta gövdələri, yaxud quyuların aralarındakı məsafə 500 m-dən çox olmamalıdır.
6.3.11. Şaxtaların avadanlığı yeraltı hidrotexniki qurğuların tikintisində təhlükəsizlik qaydaları və kömür, şist, yaxud filiz şaxtalarında təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.
Baxış quyularında hündürlük boyu aralarındakı məsafə 6 m-dən çox olmayan qapaqlı meydançalar, həmçinin metal pilləkən, yaxud dəmir çənbərlər nəzərdə tutulmalıdır. Qapağın planda ölçüsü 600x700 mm-dən az, yaxud diametri 700 mm-dən az olmamalıdır.
6.4. Enmə quyuları
6.4.1. Enmə quyuları aşağıdakı hallarda nəzərdə tutulmalıdır:
boru kəmərlərinin basdırılma dərinliyini azaltmaq üçün;
tullantı sularının maksimal yol verilən hərəkət sürətiniaşmasının, yaxud bu sürətin kəskin dəyişməsinin qarşısını almaq üçün;
yeraltı qurğularla kəsişmə hallarında;
sututardan qabaqkı axırıncı quyuda batırılmış buraxıcılar olduqda.
Q e y d. Diametri 600 mm-ə qədər olan boru kəmərlərində hündürlüyü 0,5 m-ə qədər olan düşmələrin düşmə quyusu olmadan baxış quyusuna boşaltma ilə layihələndirilməsinə yol verilir.
6.4.2. Diametri ≥ 600 mm olan boru kəmərlərində hündürlüyü 3 m-ə qədər olan düşmələr praktik profilli suaşıranlar şəklində qəbul edilməlidir.
Diametri ≤ 500 mm olan boru kəmərlərində hündürlüyü 6 m-ə qədər olan düşmələr quyularda en kəsiyi tullantı suyunu gətirən boru kəmərinin en kəsiyinə bərabər olan dik boru və ya şaquli divar şəklində olmalıdır (tullantı suyunun şaquli divarın 1 poq.m eninə və ya dik borunun diametrinin açılış uzunluğunun 1 poq.m-nə xüsusi sərfi 0,3 m3/s-dən çox olmadıqda).
Quyularda dik borunun üstündə qəbuledici qıf, dik borunun altında isə əsasına metal lövhə qoyulmuş su sipəri-çökəklik nəzərdə tutulmalıdır.
Diametri 300 mm-ə qədər olan dik borular üçün su sipəri-çökəklik əvəzinə istiqamətləndirici dirsək qoyulmasına yol verilir.
6.4.3. Yağış kanalizasiya kollektorlarında düşmənin hündürlüyü 1 m-ə qədər olduqda suaşıran tipli, düşmə hündürlüyü 1-3 m olduqda su sipəri tirlərindən (lövhələrdən) ibarət bir barmaqlıqlı su sipəri-çökəklik tipində, düşmə hündürlüyü 3-4m olduqda iki barmaqlıqlı su sipəri-çökəklik tipli düşmə quyusu nəzərdə tutulmalıdır.
6.5. Yağışqəbuledicilər
6.5.1. Yağışqəbuledicilər qoyulmalıdır:
uzununa mailliyi olan küçələrin novlarında - yol ayrıcları və piyada keçidlərində, yerüstü axım suları gələn tərəfdə;
enişlərin uzun sahələrinin sonundakı səviyyəsi aşağı olan yerlərdə;
mişarabənzər profilli küçə novlarının səviyyəsi aşağı olan yerlərində;
yerüstü axım sularının hərəkəti üçün şəraitolmayan küçə, həyət və park ərazilərində.
Səviyyəsi aşağı olan yerlərdə yolların gediş hissəsi müstəvisi ilə eyni səviyyədə üfüqi bar-maqlıqla örtülü yağışqəbuledicilərlə yanaşı səki daşı müstəvisində şaquli yarıqları olan və üfüqi və şaquli yarıqlara malik kombinə edilmiş yağışqəbuledicilərin də tətbiqinə yol verilir.
Uzununa mailliyi olan küçələrin novlarında şaquli və kombinə edilmiş yağışqəbuledicilərin tətbiqinə yol verilmir.
6.5.2. Mişarabənzər uzununa profilli novların səviyyəsi aşağı olan yerlərində və uzununa mailliyi 0,005-dən az olan sahələrdə üfüqi yarıqları olan yağışqəbuledicilər kiçik düzbucaq şəkilli barmaqlıqla təchiz edilirlər.
Uzununa mailliyi ≥ 0,005 olan küçələrin sahələrində və enişlərin uzanan sahələrinin sonunda səviyyəsi aşağı olan yerlərdə yağışqəbuledicilər böyük düzbucaq şəkilli barmaqlıqla təchiz edilməlidirlər.
6.5.3. Mişarabənzər uzununa profilli novlarda yağışqəbuledicilər arasındakı məsafə novun uzununa mailliyinin qiymətindən və uzununa mailliyin istiqamətinin dəyişdiyi yerdə novda və yağış-qəbuledicinin yanında suyun dərinliyindən asılı olaraq (12sm-dən çox olmamaq şərtilə) təyin edilir.
Bir istiqamətdə uzununa mailliyə malik küçə sahələrində yağışqəbuledici barmaqlıqlar arasındakı məsafə barmaqlıqdan əvvəl novda axımın eninin 2 m-dən çox olmayan halları üçün hesablama ilə təyin edilir.
Küçənin eni 30 m-ə qədər olduqda və məhəllə ərazilərindən yağış suyu daxil olmadıqda yağış-qəbuledicilər arasındakı məsafəni cədvəl 24-ə əsasən qəbul etməyə yol verilir.
Küçənin eni 30 m-dən çox olduqda yağışqəbuledicilər arasındakı məsafə 60 m-dən artıq qəbul edilməməlidir.
Cədvəl 24. Yağışqəbuledicilər arasındakı ən böyük məsafələr
Küçələrin mailliyi
|
Yağışqəbuledicilər arasındakı ən böyük məsafə,m
|
0,004 və daha az
|
50
|
0,004-dən çox 0,006-ya qədər
|
60
|
0,006-dən çox 0,01-ə qədər
|
70
|
0,01-dən çox 0,03-ə qədər
|
80
|
6.5.4. Yağışqəbuledici ilə kollektor üstündəki baxış quyusunu birləşdirən xəttin uzunluğu 40 m-dən çox olmamalıdır. Bu məsafədə birdən artıq aralıq yağışqəbuledicinin qoyulmasına yol verilmir. Birləşdirici xəttin diametri onun 0,02 mailliyində qəbulediciyə axan yağış suyunun hesabi sərfinə hesablanır və 200 mm-dən az olmamalıdır.
6.5.5. Yağışqəbulediciyə binaların yağış suyu borularının və drenaj boru kəmərlərinin birləşdi-rilməsi nəzərdə tutula bilər.
6.5.6. Yarımayrılmış kanalizasiya sistemlərində yağışqəbuledicilər çöküntünün toplanması üçün dərinliyi 0,5-0,7 m olan çuxurla və hündürlüyü 0,1 m-dən az olmayan hidravlik bağlayıcı ilə nəzərdə tutulmalıdır.
6.5.7. Ayrılmış kanalizasiya sistemlərində rəvan çevrə şəkilli dibə malik, çöküntü üçün çuxuru olmayan yağışqəbuledicilər nəzərdə tutulmalıdır.
6.5.8. Qanovların (novların) bağlı şəbəkə ilə birləşdirilməsi durulducu hissəsi olan quyu vasitəsilə olmalıdır.
Qanovun (novun) əvvəlində yarıqlarının eni 50 mm-dən böyük olmayan barmaqlıq nəzərdə tutulmalıdır; birləşdirici boru kəmərinin diametri hesabatla təyin edilməli və 250 mm-dən az olmamalıdır.
6.6. Dükerlər
6.6.1. Dükerlərin borularının diametri 150 mm-dən az olmamalıdır.
6.6.2. Dükerlər kollektorlar, sututarlar və suaxarlarla kəsişdikdə korroziya əleyhinə gücləndirilmiş izolyasiya materialı ilə örtülmüş və mexaniki zədələnmələrdən mühafizə olunmuş polad borulardan, ən azı iki xətdən ibarət layihələndirilməlidirlər.
Hesabi sürətləri təmin etməyən tullantı su sərflərində iki xətdən biri ehtiyat (işləməyən) nəzərdə tutulmalıdır.
Təsərrüfat-içməli su təchizatı və balıqçılıq təsərrüfatı məqsədləri üçün istifadə edilən su obyektlərindən keçən dükerlərin layihələri sanitar-epidemioloji xidmət və balıq ehtiyatlarının mühafizəsi orqanları ilə, gəmiçilik olan suaxarlardan keçdikdə isə çay gəmiçilik orqanları ilə razılaşdırılmalıdır.
Yarğanları və quru dərələri keçən dükerlərin bir xətdən ibarət layihələndirilməsinə yol verilir.
6.6.3. Dükerlər layihələndirilən zaman aşağıda göstərilənlər qəbul edilməlidir:
boru kəmərinin sualtı hissəsinin basdırılma dərinliyi layihə qiymətlərindən, yaxud suaxarın dibinin mümkün yuyulmasından borunun yuxarısına qədər - ≥ 0,5 m;
gəmiçilik su obyektlərində gəmi keçən yerlərin sərhədləri daxilində - ≥ 1 m;
dükerlərin yuxarı qalxan hissəsinin mailliyi – üfüqə görə 200-dən çox olmayaraq;
düker boruları arasındakı məsafə - təzyiqdən asılı olaraq 0,7-1,5 m-dən az olmayaraq.
6.6.4.Dükerin giriş və çıxış kameraları bağlayıcı ilə təmin edilməlidir.
6.6.5.Dükerin kameraları su obyektinin subasar hissəsində yerləşdikdə onların yanında planlaşdırma səviyyəsi 3% təminatlı yüksək su horizontundan 0,5 m yuxarı olmalıdır.
6.6.6. Dükerlərin su obyektlərindən keçdiyi yerlər sahillərdə müvafiq işarələrlə nişanlanmalıdır.
6.7. Yollardan keçidlər
6.7.1. Boru kəmərləri onların I, II və III kateqoriyalı dəmir yolları ilə iki stansiya arasındakı məsafədə, eləcə də I və II kateqoriyalı avtomobil yolları ilə kəsişdiyi yerlərdə futlyardan keçirilməlidir.
Digər kateqoriyalardan olan yolların altından boruların futlyarsız keçirilməsinə yol verilir. Belə hallarda basqılı kəmərlərdə polad, basqısız kəmərlərdə isə çuqun borular qəbul edilməlidir.
6.7.2. Dəmir yolları və avtomobil yollarından keçidlər müvafiq təşkilatlarla mövcud qaydada razılaşdırılmalıdır.
Keçidlər layihələndirilərkən əlavə yolların çəkilmə ehtimalı nəzərə alınmalıdır.
6.7.3. Kanalizasiyanın basqılı boru kəmərlərinin yolların altından keçidləri TNvəQ 2.04.02-nin göstərişlərinə uyğun layihələndirilməlidir.
Belə hallarda qəza baş verdikdə tullantı sularının futlyardan kanalizasiya şəbəkəsinə axıdılması, belə şəbəkələr olmadıqda isə bu suların su obyektinə və ya ətraf əraziyə axmasının qarşısını almaq üçün tədbirlər (qəza tutumları, nasosların işdən avtomatik ayrılması, boru kəməri armaturları ilə bağlanma və s.) nəzərdə tutulmalıdır.
6.7.4. Özüaxımlı boru kəməri çəkildikdə layihə mailliyinin qorunması üçün futlyarda istiqamətləndirici konstruksiyalı beton yastıq nəzərdə tutulmalıdır.
6.7.5. Polad futlyarın yuxarı zonasından xüsusi borulardan keçirməklə elektrik və ya rabitə kabellərinin yerləşdirilməsinə yol verilir.
6.7.6. Bəzi hallarda boruları futlyardan keçirdikdən sonra onlar arasında qalan boşluğun sement məhlulu ilə doldurulmasına yol verilir.
6.7.7. Polad futlyarın divarının qalınlığı basdırılma dərinliyi nəzərə alınmaqla hesabatla, futlyar basqı altında torpağa yeridildikdə isə domkratlar tərəfindən yaradılan güc nəzərə alınmaqla təyin edilməlidir.
6.7.8. Polad futlyarların daxili və xarici səthləri korroziya əleyhinə örtüklə, həmçinin elektro-kimyəvi korroziya əleyhinə protektor mühafizəsi ilə təmin edilməlidir.
6.8. Buraxıcılar və yağış suyu kənarlaşdırıcılar
6.8.1. Tullantı sularını su obyektlərinə buraxan qurğular axının yüksək turbulentliyi olan yerlərdə (daralmalar, çay qolları, astanalar və s.) yerləşdirilməlidir.
Təmizlənmiş tullantı sularının suaxarlara axıdılma şərtlərindən asılı olaraq sahil, məcra, yaxud səpələndirici buraxıcılar tətbiq edilməlidir. Təmizlənmiş tullantı suları dənizlərə və su anbarlarına, bir qayda olaraq, suyun dərinliyində yerləşdirilmiş buraxıcılar vasitəsilə axıdılmalıdır.
6.8.2. Buraxıcıların yerləşəcəyi sahələr sanitariya-epidemioloji nəzarət və balıq ehtiyatlarının mühafizəsi orqanları ilə, gəmiçilik olan yerlərdə isə müvafiq təşkilatlarla razılaşdırılmalıdır.
6.8.3. Məcra və dərinlik buraxıcılarının boru kəmərləri, bir qayda olaraq, gücləndirilmiş izolyasiyaya malik polad borulardan qəbul edilməli və onlar xəndəklərdə döşənməlidirlər.
Məcra, sahil və dərinlik buraxıcıların başlıqları əsasən betondan hazırlanmalıdır.
Buraxıcıların konstruksiyaları gəmiçilik, səviyyə rejimləri, dalğaların təsiri, həmçinin geoloji şərait və məcra deformasiyaları nəzərə alınaraq qəbul edilməlidir.
6.8.4. Yağış suyu kənaredicilər aşağıdakı şəkillərdə layihələndirilməlidir:
açılan hissəli divarlar formasında olan başlıqlı buraxıcılar - bərkidilməmiş sahillərdə;
dayaq divarında deşik şəklində - sahil küçələri olduqda.
Su obyektində səviyyənin fasilələrlə qalxması hallarında ərazini su basmasının qarşısını almaq üçün yerli şəraitdən asılı olaraq xüsusi bağlayıcılar nəzərdə tutulmalıdır.
6.8.5. Yağışburaxıcılar suaşıran qurğusu olan və su obyektinə axıdılan su sərfinə hesablanmış kamera şəklində qəbul edilməlidir. Suaşıran qurğunun konstruksiyası yerli şəraitdən (baş kollek-torda, yaxud çay qolunda yağış buraxıcının yerləşdiyi yer, su obyektində suyun maksimum səviyyəsi və s.) asılı olaraq təyin edilməlidir.
6.9. Sənaye müəssisələrinin kanalizasiya şəbəkələrinin layihələndirilməsinin xüsusiyyətləri
6.9.1. Sənaye sahələrində istehsalat kanalizasiya şəbəkələrinin sayı tullantı sularının tərkibi, sərfi və temperaturu, sudan təkrar istifadə edilə bilməsinin mümkünlüyü, yerli təmizləmənin vacibliyi və tullantısız su təminatı sisteminin tikintisi nəzərə alınmaqla təyin edilməlidir.
6.9.2. Tullantı sularının tərkibindən asılı olaraq sənaye sahələrində kanalizasiya boru kəmərlərinin açıq və bağlı kanallarda, novlarda, tunellərdə, həmçinin estakadalarda çəkilməsinə yol verilir.
6.9.3. Tərkibində aqressiv, uçan toksik və partlayıcı maddələr (qazların və buxarların xüsusi çəkisi havaya nisbətdə 0,8-dən az) olan tullantı sularını nəql etdirən boru kəmərlərindən keçid tunellərinin xarici divarlarına qədər məsafə 3 m-dən, zirzəmi otaqlarının divarlarına qədər isə 6 m-dən az olmamalıdır.
Aqressiv tullantı sularını nəql etdirən basqılı boru kəmərləri açıqda çəkildikdə onları ventil-yasiya ilə təmin olunmuş keçilən, yaxud yarım keçilən kanallarda yerləşdirmək lazımdır. Onları baxış kameraları olan keçilməyən kanallarda yerləşdirməyə də yol verilir.
6.9.4. Tərkibində uçan toksik və partlayıcı maddələr olan tullantı sularının boru kəmərlərindəki bağlayıcı, təftişedici və birləşdirici elementlər üçün yüksək dərəcəli kiplik təmin edilməlidir.
6.9.5. Aqressiv tullantı sularını nəql etdirmək üçün tərkibindən və qatılığından, həmçinin temperaturundan asılı olaraq, onlarla nəql etdirilən maddələrin təsirinə davamlı borulardan istifadə edilməlidir.
6.9.6. Aqressiv tullantı sularını nəql etdirmək üçün nəzərdə tutulmuş geniş ağızlı (rastrublu) boruların calaq yerləri bu mayelərin təsirinə davamlı materialla kipləşdirilməlidir.
Sərt calaqlı boru kəmərləri üçün onların çökməsinin qarşısını alan əsas nəzərdə tutulmalıdır.
6.9.7. Aqressiv tullantı su kanalizasiya şəbəkələrinin qurğuları mayelərin və onlarda yaranan buxarların təsirindən mühafizə olunmalıdır.
6.9.8. Turşuluq xassəyə malik tullantı suları üçün quyuların novları turşuya davamlı material-lardan inşa olunmalıdır; belə quyularda metal çənbər və pilləkənlərin qoyulmasına yol verilmir.
Boru kəmərlərinin diametri 500 mm-ə qədər olanda düzxətli novlar ikiyə bölünmüş saxsı boru iləüzlənməlidir.
6.9.9.Tərkibində asan alovlanan, yanan və partlayan xassəli maddələr olan tullantı sularının binalardan çıxışlarında hidravlik bağlayıcısı olan kameralar nəzərdə tutulmalıdır.
6.9.10. Yanacaq, asan alovlanan və toksik mayelər, turşular, qələvilər və s. saxlanan açıq rezervuar parklarının ərazisindən (müntəzəm axıdılan çirklənmiş tullantı suları ilə əlaqəsi olmayan) yağış sularının kənar edilməsi, normal şəraitdə suyu yağış kanalizasiyasına, rezervuarlarda sızma baş verdikdə isə anbar təsərrüfatının tərkibinə daxil olan texnoloji qəza qəbuledicilərinə yönəltməyə imkan verən siyirtmələr qoyulmuş paylaşdırıcı quyular vasitəsilə nəzərdə tutulmalıdır.
6.10.Şəbəkələrin ventilyasiyası
6.10.1. Məişət və ümumiaxımlı kanalizasiya şəbəkələrinin sorma ventilyasiyası bina daxili kanalizasiya dik boruları vasitəsilə həyata keçirilir. Müvafiq əsaslandırma olduqda, şəbəkədə sorucu mexaniki ventilyasiyasıyanın nəzərdə tutulmasına yol verilir.
6.10.2. Dükerlərin giriş kameralarında, baxış quyularında (diametri 400 mm-dən böyük olan borularda su axımının sürətinin kəskin azaldığı yerlərdə) və enmə hündürlüyü 1 m-dən və tullantı suyunun sərfi 50 l/s-dən çox olan enmə quyularında xüsusi sorma qurğuları nəzərdə tutulmalıdır.
6.10.3. Ventilyasiya hava atılmaları sanitariya-mühafizə və yaşayış tikintiləri olan zonalarda və çox sayda insanların toplandığı ərazidə yerləşdikdə onların təmizlənməsi nəzərdə tutulmalıdır.
6.10.4.Tərkibində uçan toksik və partlayan maddələr olan tullantı sularını nəql etdirən xarici şəbəkələrin təbii ventilyasiyası üçün binanın hər bir çıxışında diametri 200mm-dən az olmayan, binanın isidilən hissəsində yerləşdirilən sorma dik boruları nəzərdə tutulmalı, borular hidravlik bağ-layıcının xarici kamerası ilə əlaqələndirilməli və damın üst səviyyəsindən ən azı 0,7 m yuxarı qaldırılmalıdır.
Bina çıxışları birləşdirilməyən şəbəkə sahələrində sorma dik boruları ən azı 250 m-dən bir qoyulmalıdır. Binalar olmadıqda dik boruların diametri 300 mm, hündürlüyü isə 5 m-dən az olmamalıdır.
6.10.5. Lövhə, yaxud mədən üsulu ilə çəkilən kanalizasiya kollektorlarının ventilyasiyası, bir qayda olaraq, şaxta lülələri üstündə quraşdırılmış ventilyasiya köşkləri vasitəsilə təmin edilir.
Ventilyasiya köşklərini baxış quyularının üstündə yerləşdirməyə yol verilir.
6.11. Boşaltma stansiyaları
6.11.1. Kanalizasiyalaşdırılmamış rayonlardan tullantı suları boşaltma stansiyalarında qəbul edilir.
6.11.2. Boşaltma stansiyası diametri 400 mm-dən az olmayan kanalizasiya kollektoru yaxınlığında yerləşdirilməlidir. Boşaltma stansiyasından daxil olan tullantı sularının miqdarı kollektorun hesabi sərfinin 20%-dən artıq olmamalıdır.
Boşaltma stansiyalarının təmizləyici qurğuların ərazisində yerləşdirilməsinə yol verilmir.
6.11.3. Boşaltma stansiyasından daxil olan tullantı suyunun tərkibində iri mexaniki qarışıqlar, qum olmamalı, OBTtam ≤ 1000 mq/l olmalıdır.
6.11.4. Maye tullantıların miqdarı ilə əlavə edilən suyun miqdarı 1:1 nisbətində olmalı, ümumi sərfin 30%-i -nəqliyyat vasitələrinin brandspoytla yuyulmasına, 25% -i qəbuledici qıflar qarşısında kanalda tullantıların duruldulması və 45%-i barmaqlıq şöbəsində tullantıların duruldulması və su pərdəsinin yaradılması üçün nəzərdə tutulmalıdır.
Su, su kəmərindən şırnaq kəsilməsilə verilməlidir.
7. Nasos və hava üfürücü stansiyaları
7.1. Ümumi müddəalar
7.1.1. Nasos və hava üfürücü stansiyalar işlərinin etibarlılığına görə üç kateqoriyaya bölünürlər (cədvəl 25).
Cədvəl 25. Nasos stansiyalarının işinin etibarlılıq dərəcəsinə görə kateqoriyaları
İşinin etibarlılıq dərəcəsi
|
Nasos stansiyalarının iş rejiminin səciyyəvi xüsusiyyətləri
|
Birinci
|
Tullantı sularının verilməsində fasiləyə, yaxud azalmaya yol verilmir
|
İkinci
|
Tullantı sularının verilməsində 6 st-dan çox olmayan fasiləyə, yaxud yaşayış məntəqəsi və ya sənaye müəssisəsinin su təchizatı sisteminin etibarlılığına görə yol verilən həddə azalmasına yol verilir.
|
Üçüncü
|
Tullantı sularının verilməsində 1 sutkadan çox olmayan fasiləyə yol verilir
|
Q e y d: İkinci və üçüncü kateqoriya nasos stansiyalarının işində fasiləyə 1.17 maddəsinin tələbləri,istehsalatın texnoloji şərtləri nəzərə alındıqda, yaxud əhalisi 5000 nəfərdən çox olmayan yaşayış məntəqələrinin su təchizatının bir sutkadan çox olmayaraq kəsilməsi zaman yol verilir.
|
|
7.1.2. Nasos və hava üfürücü stansiyaların tərtibinə, maşın zallarının ölçülərinin təyininə, qaldırıcı-nəqletdirici avadanlıqlara, nasos aqreqatlarının, armaturun və boru kəmərlərinin yerləşdirilməsinə, maşın zallarını su basmasının qarşısını almaq üçün tədbirlərə irəli sürülən tələblər TNvəQ 2.04.02-nin göstərişlərinə əsasən qəbul edilməlidir.
Batırılmış nasoslara malik kanalizasiya nasos stansiyalarının avadanlıqla təchizatı və tərtibatına tələblər quraşdırılmış nasosların məxsusi xüsusiyyətləri nəzərə alınmaqla bu qaydalara əsasən (məsələn, təmirə ehtiyacı olan nasosların 2-4 st müddətində yenisi ilə əvəz edilməsi mümkün olan hallarda ehtiyat nasosların quraşdırılmadan anbarda saxlanmasına yol verilir) qəbul edilməlidir.
7.1.3. Tərkibində yanan, asan alovlanan, partlama xassəli və toksik maddələr olan istehsalat tullantı sularını nəql etdirən nasos stansiyaları layihələndirilən zaman bu normalardan əlavə müvafiq sahə normaları, göstərişləri, təlimatları, həmçinin ölkədə qüvvədə olan elektrik qurğularının qurulma qaydaları nəzərə alınmalıdır.
7.2. Nasos stansiyaları
7.2.1. Nasoslar, avadanlıq və boru kəmərləri hesabi axımdan və tullantı suları və çöküntülərin fiziki-kimyəvi xassələrindən, suyun qaldırılma hündürlüyü və nasosların və basqılı boru kəmərlərinin səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla, həmçinin obyektin istismara verilmə növbəliliyindən asılı olaraq seçilməlidirlər.
Avadanlığın qarşılıqlı yerləşdirilməsi və kommunikasiya xətləri ilə əlaqələndirilməsi stansiyanın fəaliyyətini dayandırmadan aqreqatların, armaturun və ayrı-ayrı qovşaqların dəyişdirilməsinin mümkünlüyünü təmin etməlidir. Ehtiyat nasosların sayı cədvəl 26-a əsasən qəbul edilməlidir.
Q e y d:
1. Yağış sularını vurmaq üçün nasosların məhsuldarlığı şəbəkənin bir dəfə dolmasının təyin edilmiş müddətində və axım tənzimlənəndə səviyyəsi aşağı olan ərazilərin su ilə basılmaması nəzərə alınaraq təyin edilməlidir.
2. Kanalizasiya lili, çöküntüsü və qumunun vurulması üçün hidroelevator və erlift qurğularından istifadə edilməsinə yol verilir.
3. İstehsalat sularını nəql etdirmək üçün birinci kateqoriya nasos stansiyalarında elektrik cərəyanı ilə qidalandırma iki mənbədən mümkün olmadıqda onlar istilik, daxili yanma və s. mühərrikləri olan ehtiyat nasosların, həmçinin avtonom elektrik enerjisi mənbəyi(dizel elektrik stansiyası və s.) ilə təmin olunmalıdır.
4. Dərində yerləşən nasos stansiyalarının məhsuldarlığının perspektivdə artırılma ehtiyacı olduqda nasosların daha böyük məhsuldarlıqlı nasoslarla əvəz edilməsinin mümkünlüyü, yaxud əlavə nasoslar quraşdırmaq üçün ehtiyat özüllərin nəzərdə tutulmasına yol verilir.
Cədvəl 26. Müxtəlif kateqoriyalı nasos stansiyalarında ehtiyat nasos aqreqatlarının tələb olunan sayı
Məişət və tərkibinə görə ona yaxın olan istehsalat tullantı suları
|
Aqressiv tullantı sular
|
|
İşləyən nasoslar
|
Nasosların sayı
|
|
|
Aşağıdakı etibarlılıq kateqoriyasından asılı olaraq ehtiyat
|
İşçi
|
Bütün kateqoriyalardan olan nasos stansiyaları üçün ehtiyat nasosların sayı
|
|
|
birinci
|
ikinci
|
üçüncü
|
|
|
1
|
1 və 1-i anbarda
|
1
|
1
|
1
|
1 və 1-i anbarda
|
2
|
1 və 1-i anbarda
|
1
|
1
|
2 – 3
|
2
|
3 və çox
|
2
|
2
|
1 və 1 anbarda
|
4
|
3
|
-
|
-
|
-
|
-
|
5 və çox
|
Ümumi sayın 50%-dən az olmayaraq
|
Q e y d:
1. Yağış kanalizasiyasının nasos stansiyalarında ehtiyat nasoslar, yağış sularının su obyektlərinə qəza buraxılışı mümkün olmayan hallar istisna olmaqla, bir qayda olaraq, nəzərdə tutulmurlar.
2. Məhsuldarlığın artırılması ilə bağlı yenidənqurma işləri aparılarkən məişət və tərkibinə görə ona yaxın istehsalat tullantı sularını nəql etdirən üçüncü kateqoriya nasos stansiyalarında ehtiyat aqreqatlar qoyulmur və onlar anbarda saxlanılır.
3. Məişət və tərkibcə ona yaxın olan istehsalat tullantı sularını nəql etdirən və sayı 3 və daha çox olan batırılmış və (və ya) quru quraşdırılmış nasoslarla təchiz edilmiş nasos stansiyalarında ikinci ehtiyat nasos anbarda saxlanılır.
|
|
Dostları ilə paylaş: |