AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi


Məskunlaşma əraziləri və müəssisə sahələrində yaranmış yerüstü axımların təmizlənməsi



Yüklə 4,24 Mb.
səhifə35/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

4.5. Məskunlaşma əraziləri və müəssisə sahələrində yaranmış yerüstü axımların təmizlənməsi

4.5.1. Məskunlaşma əraziləri və müəssisə sahələrində yaranmış yerüstü axımların təmizlənmə dərəcəsi onların şəhər kanalizasiya sisteminə qəbuledilmə, yaxud su obyektlərinə axıdılma şərtləri ilə təyin edilir. İstehsalat su təchizatı sistemlərində təkrar istifadə edildikdə təmizlənmiş yerüstü axım tələbatçılar tərəfindən irəli sürülən texnoloji tələblərə cavab verməli və sanitariya-epidemioloji cəhətdən təhlükəsiz olmalıdır.

4.5.2. Yerüstü axımları təmizləmək üçün texnoloji sxem suyun keyfiyyət və kəmiyyət göstəriciləri, qarışıqların faza-dispers halı, tələb olunan təmizlənmə dərəcəsi, axımların qəbul olunmuş toplanma və tənzimlənmə sxemindən asılı olaraq işlənməlidir.

4.5.3. Yerüstü tullantı suları müxtəlif faza-dispers halında olan təbii və texnogen xarakterli çirkləndirici komponentlərə malik olurlar. Odur ki, lazım olan təmizləmə səmərəsi əldə etmək üçün bu qarışıqları sudan çıxarmağın və (və ya) parçalamağın müxtəlif metodlarını özündə birləşdirən çoxpilləli texnoloji sxemlərdən istifadə edilməlidir.

4.5.4. Yerüstü axım sularını su obyektlərinə nəql etdirdikdə və ya onlardan istehsalat su təchizatında istifadə etdikdə təmizləmənin texnoloji sxeminin seçilməsində onlarda olan asılı maddələrin və iri dispersli qarışıqlarda toplanmış yaxud sərbəst (pərdə halında), emulsiya yaxud həll olmuş neft məhsullarının miqdarı əsas amil kimi qəbul edilməlidir.

Neft məhsullarının əsas hissəsinin (90%-ə qədər) asılı maddələr tərəfindən sorbsiya olunmasını nəzərə alaraq yerüstü axımların təmizlənməsinin birinci mərhələsində asılı maddələrin və neft məhsullarının əsas kütləsinin reagentsiz durulma ilə çökdürülməsi nəzərdə tutulmalıdır.



4.5.5. İri yaşayış məntəqələrinin tikintili ərazilərində yaranan, əsasən asılı maddələr və neft məhsulları ilə (25-50 mq/dm3) çirklənmiş yerüstü axımların təmizləndiyi və məhsuldarlığı 25-1500 m3/st həddində olan komplekslər üçün qurğuların tərkibinin ilkin yaxınlaşmada cədvəl 18-ə əsasən qəbul edilməsinə yol verilir.

4.5.6.Yerüstü axımların təmizlənmə metodu, həmçinin təmizləyici qurğuların növü və konstruk siyasi (açıq, yaxud bağlı) onların məhsuldarlığından, çirkləndiricilərin üstün göstəricilərinə görə təmizlənmə dərəcəsi və hidrogeoloji şəraitdən asılı olaraq seçilməlidir.

4.5.7. Yerüstü axımları təmizləmənin texnoloji sxemlərində istənilən məhsuldarlığa malik qurğulardan çöküntünün və üzüb su səthinə çıxmış maddələrin kənar edilməsi üçün texniki qərarlar nəzərdə tutulmalıdır.

 

Cədvəl 18 . Yerüstü axımları təmizləyən komplekslərin texnoloji sxeminə daxil olan qurğular



Təmizləyici kompleksin məhsuldarlığı,m3/st

Təmizlənən suyun keyfiyyət göstəriciləri

Texnoloji sxemdəki qurğuların tərkibi







asılı maddələr,mq/dm3

neft məhsulları,mq/dm3




25-dən az

700

20

MBQTRHRT

TSSDYA


25 – 50

700

20

MBQTRDRT

TSSDYA


500 – 1000

1000

40

MTQTRDRTTSSDYAPSA

1000 – 1500

1500

50

MTQTRDRTTSSDYAPSA

Q e y d:

1. MB- mexanikləşdirilmiş barmaqlıqlar; Q-qumtutanlar; TR- toplayıcı rezervuar; H-hidrosiklonlar; RT-reagent təsərrüfatı; TSS-təmaslı sürətli süzgəc; DYA- dənəvər yüklü adsorber; TRD- toplayıcı rezervuar-durulducu; MT-mexaniki torlar (barmaqlıqlar); PSA-karbon qazlı parça süzgəcli adsorber.

2. Müvafiq əsaslandırma olduqda texnoloji sxemə süzgəclərdən əvvəl flotasiya qurğusu da daxil edilə bilər.

 





4.6. Yağış suyu axımının tənzimlənməsi

 

4.6.1. Atmosfer yağıntılarının düşməsinin ehtimal xarakteri və yağış axımının qeyri sabitliyi onun təmizlənməyə verilməzdən əvvəl sərfinin və tərkibinin tənzimlənməsini tələb edir.

Təmizləyici qurğuların ölçülərini azaltmaq və axımın ən çox çirklənmiş hissəsini təmizləyici qurğulara nəql etdirmək üçün tikintili ərazilərin və birinci qrup sənaye müəssisələrinin sukənarlaşdırıcı sxemlərində ayırıcı kameralar və tənzimləyici tutumlar nəzərdə tutulmalıdır.

 

4.6.2. Yağış axımının həcminə görə tənzimlənməsi üçün ayırıcı kameralar üzən çirkləndiricilərin (o cümlədən neft məhsulları pərdəsinin) təmizlənmədən su obyektinə axıdılan əlavə axına daxil olma mümkünlüyünün qarşısını alan hidrobağlayıcı şəklində layihələndirilməlidir.

 

4.6.3. Bilavasitə suqəbulediciyə axıdılmamaqla yerüstü axımların sərfinin tənzimlənməsi, müəyyən müddətdəki (il ərzində, ilin isti dövründə, ay ərzində) axımın və ya maksimal hesabi çöküntü layı yaranan yağışdan axımın qəbul olunmasına hesablanmış toplayıcı (tənzimləyici) rezervuarların qurulması hesabına nəzərdə tutulmalıdır.

 

4.6.4. Yağış axımını sonradan dərin təmizlənməyə nəql etdirmək üçün tənzimləyən toplayıcı rezervuarın faydalı (işçi) həcmi hesabi yağışdan yaranan axımın (6) düsturu ilə hesablanmış həcmindən Wtəm az olmamalıdır. Tullantı suyundan ayrılmış çöküntünü toplamaq və müvəqqəti saxlamaq üçün əlavə həcm nəzərdə tutulmalıdır. Yerüstü axımın qəbul edilməsi, ortalaşdırılması və çirklənmiş hissəsinin ilkin təmizlənməsi üçün toplayıcı rezervuarın tam hidravlik həcmi onun konstruktiv xüsusiyyətlərindən asılı olaraq hesabi yağışdan yaranan axımın həcmindən 10-30% artıq qəbul edilməlidir. Eyni zamanda toplayıcı rezervuarın həcmi bir gündə ərimiş qar sularının qəbuluna yoxlanılmalıdır. Layihələndirmə zamanı alınmış ən böyük qiymət qəbul edilməlidir.

 

4.6.5. Toplayıcı rezervuarın konstruksiyası onun təyinatından asılı olaraq qəbul edilməlidir.

Toplayıcı rezervuardan yalnız təmizlənməyə aparılacaq tullantı sularını tənzimləmək üçün istifadə edildikdə çökmə prosesinin getməsinin qarşısını almaq üçün xüsusi tədbirlər (hidravlik, yaxud pnevmatik qarışdırma) nəzərdə tutulmalıdır. Rezervuardan eyni zamanda suyun ilkin mexaniki təmizlənməsi üçün istifadə etdikdə çökən mexaniki qarışıqların və üzüb su səthinə çıxmış maddələrin toplanıb kənar edilməsi üçün səmərəli və etibarlı texniki tədbirlər görülməlidir.

 

4.6.6. Nohurlara su tullayan və buraxıcılar üçün yağışın hesabi intensivliyinin bir dəfə həddi aşma dövrü hər bir obyekt üçün yerli şərait və hesabi miqdardan artıq yağış düşdükdə baş verə biləcək nəticələr nəzərə alınmaqla təyin edilməlidir.

 

4.7. Kanalizasiya şəbəkələrinin hidravlik hesablanması

 

4.7.1. Özüaxımlı kanalizasiya boru kəmərlərinin (novların, kanalların) hidravlik hesabatı tullantı sularının hesabi maksimum saniyəlik sərfinə, (24) düsturuna əsasən tərtib edilmiş cədvəllər, qrafiklər və nomoqrammaların köməyi ilə aparılmalıdır.

burada v- mayenin hərəkət sürəti, m/s;

C- hidravlik radiusdan və kanalın, yaxud boru kəmərinin islanmış səthinin nahamarlığından asılı olan əmsaldır və (25) düsturu ilə hesablanmalıdır.

burada 



n1-nahamarlıq əmsalı olub dairəvi en kəsikli özüaxımlı kollektorlar üçün 0,014; basqılı boru kəmərləri üçün 0,013 qəbul edilməlidir;

R - hidravlik radius, m;

i - hidravlik maillikdir.

Özüaxımlı boru kəmərləri, novlar və kanallar üçün hidravlik mailliyini (26) düsturu ilə təyin edilməsinə yol verilir.



burada g - sərbəst düşmə təcili, m/s2;

λ - uzunluq boyu sürtünməyə müqavimət əmsalı olub axımın müxtəlif turbulentlik dərəcəsini nəzərə alan (27) düsturu ilə hesablanmalıdır.

burada  - ekvivalent nahamarlıq, sm;



R - hidravlik radius, sm;

a- boru və kanalların nahamarlıq xarakterini nəzərə alan əmsal;

Re - Reynolds ədədidir.

 və a2-nin qiymətləri cədvəl 19-a əsasən qəbul edilməlidir.

 

Cədvəl 19. Boru və kanallar üçün , (sm) və a2-nin qiymətləri



Borular və kanallar

sm

a2

 

 

 

Borular:

 

 

beton və dəmir-beton

0,2

100

saxsı

0,135

90

çuqun

0,1

83

polad

0,08

79

xrizotilsement

0,06

73

Kanallar:

 

 

butdan, yonulmuş daşdan

0,635

150

kərpic

0,315

110

beton və monolit dəmir-beton

0,3

120

həmçinin, yığma (zavod istehsalı olan)

0,08

50

 

 

 

4.7.2. Kanalizasiya şəbəkələrinin hidravlik hesabatında mayenin hərəkət sürətini v təyin etdikdə digər düsturlar (Manninq və s.) əsasında, xarici ölkələrdə istehsal olunan borular üçün onların nahamarlıq əmsalını n nəzərə alaraq hazırlanmış mövcud proqramlardan istifadə etməyə yol verilir.

4.7.3. Zərurət olduğu halda yeni layihələndirilən və yenidən qurulan fəaliyyətdə olan yağış şəbəkələrinin en kəsiklərinin təyin edilməsi və eyni zamanda qəbul edilmiş Phəddi aşma dövrünün müvafiq əsaslandırılması üçün ilkin hesabatların aparılmasında sadələşdirilmiş hidravlik hesablama metodunun tətbiqinə yol verilir.

4.7.4. Kanalizasiya basqılı boru kəmərlərinin hidravlik hesablanması TN və Q 2.04.02-nin göstərişlərinə əsasən aparılmalıdır.

4.7.5. Xam və qıcqırdılmış, həmçinin fəal lili nəql etdirən basqılı lil kəmərlərinin hidravlik hesablanması hərəkətin rejimi, çöküntülərin tərkibinin xüsusiyyəti və fiziki xassələri nəzərə alınmaqla aparılmalıdır.

Nəmliyi ≥ 99% olan çöküntü tullantı mayelərinin hərəkət qanunlarına tabe olur.



4.7.6. Diametri 150-400 mm olan basqılı lil kəmərləri hesablanan zaman hidravlik maillik (28) düsturu ilə hesablanmalıdır.

burada or - çöküntünün nəmliyi, %;



λ - uzunluq boyu sürtünməyə müqavimət əmsalı olub (29) düsturu ilə hesablanmalıdır



v - çöküntünün hərəkət sürətim/s.;

D - boru kəmərinin diametri, m;

 - boru kəmərinin diametridir, sm.

Diametri 150 mm olan lil kəmərləri üçün λ-nın qiyməti 0,01 qədər artırılmalıdır.

 

4.8. Boruların minimal diametrləri

4.8.1. Özüaximli şəbəkələrdə boruların diametrləri aşağıda göstərilənlərdən kiçik qəbul edilməməlidir:

küçə şəbəkələri üçün - 200 mm, məhəllədaxili, məişət və istehsalat kanalizasiyası -150 mm;

yağış və ümumiaxımlı küçə şəbəkəsi - 250 mm, məhəllədaxili - 200 mm.

Basqılı lil kəmərlərinin minimal diametri -150 mm.



Qeydlər: 1. Tullantı su sərfi 300 m3/sut-ya qədər olan yaşayış məntəqələrində məhəllədaxili və küçə şəbəkələrində diametri 150 mm olan borulardan istifadə olunmasına yol verilir.

2. İstehsalat kanalizasiyası üçün müvafiq əsaslandırma olduqda diametri 150 mm-dən kiçik borulardan istifadə olunmasına yol verilir.

4.9. Hesabi sürətlər, boru və kanalların dolması

4.9.1. Kanalizasiya şəbəkələrinin lillənməsinin qarşısını almaq üçün tullantı sularının hesabi hərəkət sürətləri boru və kanalların dolma dərəcəsindən və tullantı sularındakı asılı maddələrin iriliyindən asılı olaraq qəbul edilməlidir. Məişət və yağış kanalizasiya şəbəkəsində boruların maksimal hesabi dolmasında minimum hərəkət sürətləri cədvəl 20-ə əsasən qəbul edilməlidir.

Cədvəl 20. Məişət və yağış kanalizasiya şəbəkəsində boruların maksimal dolmasında minimum hesabi hərəkət sürətləri



Diametr, mm

Aşağıdakı H/D dolma dərəcələrində sürətin minimum qiymətləri, vminm/s







0,6

0,7

0,75

0,8

150 – 250

300 – 400

450 – 500

600 – 800

900

1000 – 1200



1500

1500-dən böyük



0,7

-

-



-

-

-



-

-


-

0,8


-

-

-



-

-

-



-

-

0,9



1

1,10


-

-

-



-

-

-



-

-

1,2



1,3

1,5


Q e y d:

1. İstehsalat tullantı suları üçün minimal sürətlər ayrı-ayrı sənaye sahələri üzrə müəssisələrin inşaat layihələndirilməsinə mövcud göstərişlər əsasında, yaxud istismar göstəricilərinə görə qəbul edilməlidir.

2. Tərkibindəki asılı maddələrin xarakterinə görə məişət tullantı sularına yaxın olan istehsalat tullantı suları üçün minimal sürətlər məişət tullantı suları üçün olduğu kimi qəbul edilməlidir.

3. P=0,33 ildə yağış kanalizasiyası üçün minimal sürət 0,6 m/s qəbul edilməlidir.




 

4.9.2. Şəffaflandırılmış, yaxud bioloji təmizlənmiş tullantı sularının novlarda və borularda minimal hərəkət sürətinin 0,4 m/s qəbul edilməsinə yol verilir.

Tullantı sularının hesabi maksimal hərəkət sürətləri (m/s) qəbul edilməlidir: metal və plastik kütlədən hazırlanmış borularda - 8 m/s, qeyri-metal (beton, dəmir-beton və asbestsement) borularda - 4 m/s; yağış kanalizasiyası üçün müvafiq olaraq 10 və 7 m/s.

 

4.9.3. Şəffaflandırılmamış tullantı sularının dükerlərdə hesabi hərəkət sürəti 1 m/s-dən az qəbul edilməməlidir; tullantı sularının dükerə yaxınlaşdığı yerlərdə sürətlər dükerin özündə olan sürətlərdən çox olmamalıdır.

4.9.4. Xam və qıcqırdılmış çöküntülərin, həmçinin sıxlaşdırılmış aktiv lilin basqılı lil kəmərlərində minimal hərəkət sürətləri cədvəl 21-ə əsasən qəbul edilməlidir.

Cədvəl 21. Xam və qıcqırdılmış çöküntülərin, həmçinin sıxlaşdırılmış aktiv lilin basqılı lil kəmərlərində minimal hesabi hərəkət sürətləri



Çöküntünün nəmliyi, %

Vminm/s

Çöküntünün nəmliyi, %

Vminm/s







D = 150-200 mm

D =250-400 mm




D = 150-200 mm

D =250-400 mm

98

97

96



95

94


0,8

0,9


1,0

1,1


1,2

0,9

1,0


1,1

1,2


1,3

93

92

91



90

1,3

1,4


1,7

1,9


1,4

1,5


1,8

2,1


 

4.9.5. Yağış və sututarlara axıdılmasına yol verilən istehsalat tullantı sularının kanallarda maksimal hərəkət sürətləri cədvəl 22-ə əsasən qəbul edilməlidir.

4.9.6.İstənilən en kəsiyə malik boru kəmərləri və kanalların (düzbucaq şəkilli istisna olmaqla) hesabi dolması diametrin (hündürlüyün) 0,7-dən çox olmamalıdır.

Cədvəl 22. Yağış və sututarlara axıdılmasına yol verilən istehsalat tullantı sularınınkanallarda maksimal hərəkət sürətləri



Qrunt və ya kanalın bərkidilməsinin növü

Axımın dərinliyi 0,4-1 m olduqda kanallarda maksimal sürətlər, m/s

Beton lövhələrlə bərkitmə

Əhəng daşı, orta ölçülü qum daşı

Çimlə örtülmə:

Yastısına

divar kimi

Döşənmə:


birqat

ikiqat


4

4

 



1

1,6


 

2

3 - 3,5



Q e y d. Axının dərinliyi 0,4 m-dən az olduqda tullantı sularının hərəkət sürətləri 0,85, dərinlik 1 m-dən çox olduqda isə 1,24 əmsalı ilə qəbul edilməlidir.






Düzbucaq en kəsiyə malik kanalların hesabi dolmasının hündürlüyünün 0,75-dən çox olmayaraq qəbul edilməsinə yol verilir.

Yağış və ümumiaxımlı su kənarlaşdırıcı sistemlərin boru kəmərlərində tam dolmanın qəbul edilməsinə yol verilir.

 

4.10. Boru kəmərləri, kanal və novların maillikləri



4.10.1. Boru kəmərləri və kanalların minimal maillikləri onlarda tullantı sularının yol verilən minimal hərəkət sürətlərinə əsasən qəbul edilməlidir.

Bütün kanalizasiya sistemləri üçün minimal mailliklər diametri 150 mm olan borular üçün 0,008; 200 mm olan borular üçün isə 0,007 qəbul edilməlidir.

Yerli şəraitdən asılı olaraq: qrunt suyunun səviyyəsi yüksək olan yerlərdə (≤ 1 m); eni ≤ 7 m olan küçələrdə; kommunikasiya xətlərinin sıx olduğu küçələrdə; geoloji baxımdan qrunt əlverişli olmadıqda; III kateqoriya (nəm, xırda dənəli, sıxlığı az olan qumlar; konsistensiya əmsalı İ≤ 0,5, məsaməlik əmsalı e < 0,9 olan nəmli yarımbərk gillər, gillicələr, məsaməlik əmsalı e < 0,7 olan qumluca) qruntlarda; IY kateqoriya (narın qumlar; dənələrinin ölçüsündən asılı olmayaraq su ilə doymuş qumlu qruntlar; konsistensiya əmsalı İ≤ 0,5 olan tozlu gillər; konsistensiya əmsalı İ≤ 0,5, məsaməlik əmsalı  0,9 olan gillər, gillicələr, məsaməlik əmsalı  0,7 olan qumlucalar) qruntlarda, müvafiq əsaslandırma olduqda şəbəkənin ayrı-ayrı məntəqələrində boruların aşağıda göstərilmiş minimal mailliyinin qəbul edilməsinə yol verilir: diametri 200 mm olan borular üçün - 0,004; 300 mm olan borular üçün - 0,0027;400 mm olan borular üçün - 0,00208;500 mm olan borular üçün - 0,00172;D ≥ 600mm olan boruların mailliyinin isə 1/D ifadəsindən təyin edilməsinə yol verilir.

Yağışqəbuledicilərin birləşmələrində maillik 0,02-ə bərabər qəbul edilməlidir.



4.10.2. Açıq yağış şəbəkələrində yollardakı novların, küvetlərin və suaparıcı kanalların minimal mailliyi cədvəl 23-ə əsasən qəbul edilməlidir.

Cədvəl 23. Açıq yağış şəbəkələrində yollardakı novların, küvetlərin və suaparıcı kanalların minimal mailliyi

 

Novlar, küvetlər, kanallar

Minimal maillik

Asfaltbetonla örtülmüş novlar

0,003

Dördkünc daş, yaxud qırma daşla örtülmüş novlar

0,004

Daş döşənmiş yol

0,005

Ayrı-ayrı novlar və küvetlər

0,006

Suaparıcı kanallar

0,003

Polimer, polimerbeton novlar

0,001 – 0,005


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin