Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ a zrəbaycan döVLƏt pedaqoji universiteti


Populyasiyanın ayrılması dərəcəsi



Yüklə 92,2 Kb.
səhifə6/6
tarix07.01.2024
ölçüsü92,2 Kb.
#205420
1   2   3   4   5   6
Ekologiya

Populyasiyanın ayrılması dərəcəsi

Populyasiya (lat. populus – xalq, əhali) - müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının (cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də Populyasiyası vardır. Populyasiyanın mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. Populyasiya daxilində ərazi və qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması Populyasiyada davamlı struktur yaradır. Populyasiyaya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də Populyasiyanın tutduğu sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə Populyasiyanın ən çox əlverişli sayına onun homeostazı deyilir. Populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. Populyasiyalar sayına və strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə çevrilir. Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə nisbətən populyasıyanın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu populyasiya birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur.
Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri populyasiyalara malik olur. Böyük miqrasiya qabiliyyəti ilə fərqlənən növlərdə şimal maralını və şimal tülküsünü misal göstərmək olar. Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü mövsüm ərzində çoxaldığı (nəsil verdiyi) yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək zamanı yüz kilometrə qədər məsafəni qət edir. Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi maneələrdən enli çaylardan, boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən böyük olmayan arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola bilər, məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir. Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox kiçik populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı mühitin müxtəlifliyindən birbaşa asılı olur. Dağlıq rayonlarında belə növlərin ərazi differensasiyası düzən əraziyə nisbətən daha mürəkkəb olur. Növün qonşu populyasiyalarının ayrılma dərəcəsi olduqca müxtəlif olur. Bəzi hallarda onlar ərazicə bir- birindən kəskin kin ayrılır. Xanı və tinga balıqlarının bir-birindən ayrı yerləşən göllərdə populyasiyaları və yaxud ağbığlı silviya quşunun və Hindistan qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və çay vadilərindəki populyasiyalarını buna misal göstərmək olar. Geniş ərazilərdə növün başdan-başa məskunlaşması bunun əks variantıdır. Belə yayılma xarakteri, məsələn, quru bozqırlarda və yarımsəhralardakı kiçik sünbülqırana xasdır. Bu landşaftlarda onların sıxlıq dərəcəsi hər yerdə yüksəkdir.
Populyasiyalar arasında əlaqə növün vahid bütövlüyünü saxlayır. Populyasiyaların bir-birindən uzun müddət ayrı düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur.
Ayrı-ayrı populyasiyalar arasındakı fərqlər müxtəlif dərəcədə təzahür olunur. Onlar yalnız onların qrup xarakterinə deyil, həm də fizioloji, morfoloji keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışıma toxuna bilər. Bu fərq əsasən təbii seçmənin təsirilə yaranaraq har bir populyasiyaya konkret şəraitdə yaşamağa uyğunlaşmağa imkan verir Masalan, ağ dovşan arealının müxtəlif hissələrində müxtəlif rəngdə, müxtəlif ölçüdə, müxtəlif həzm sisteminə malik olur.
Ətraf mühiti dərk etməyə çalışan hər kəs populyasiya anlayışının prinsipial əhəmiyyətini dərk etməlidir.Unutmaq olmaz ki, populyasiya bioloji növün yaşamaq formasıdır.
Bioloji növü təşkil edən fərdlər onun arealı daxilində müxtəlif qaydada yerləşirlər. Ona görə müəyyən sahə vahidinə düşən fərdlərin sayı, yəni populyasiyanın sıxlığı fərqli olur. Populyasiyanın sıxlığı yüksək olan yerlər ilə onun sıxlığı aşağı olan yerlər növbələşirlər. Eyni populyasiyanın sıxlığı eyni bir yerdə bir il yeksək, o biri il isə aşağı ola bilər. Bütün bunlara görə populyasiyaya belə tərif verilir: Bioloji növün arealı daxilində konkret ərazidə yerləşən, uzun müddət (çoxlu nəsillər boyunca) real imkanlar əsasında bir-biri ilə sərbəst cütləşib öz sayını tənzim edə bilən və müəyyən mexanizimlərlə (coğrafi, ekoloji və etoloji mexanizimlərlə) az-çox təcrid olunmuş fərdlər qrupuna populyasiya deyilir. Deməli populyasiyanı müəyyn etmək üçün əsas şərtlər aşağıdakılardır:

  1. Konkret sahədə uzun illər yaşayıb öz sayını tənzim edə bilmək. Stabil olmayan qısa müddətli fərdlər qrupuna populyasiya deyilir.

  2. Müəyyən dərəcədə sərbəst cütləşmək üçün imkanın olması, özü də real imkan-real gen mübadiləsi. Bu baxımdan növün ümumi imkanı populyasiyaya nisbətən daha genişdir. Növün fərdləri arasında sərbəst cütləşmək üçün potensial imkan da vardır. Bu imkanlar növün nisbi stabilliyini gücləndirir. Populyasiyanın sərbəst cütləşmək imkanı onun quruluşunun təkamülünü təmin edir.

  3. Populyasiyalar az-çox təcrid olunmuş halda yaşayırlar. Onları coğrafi, ekoloji və etoloji mexanizimlər təcrid edir.

ƏDƏBİYYAT


Qərib Məmmədov, Mahmud Xəlilov- Ekologiya və ətraf mühitin mühafizəsi
Qərib Məmmədov- Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları
https://az.wikipedia.org/wiki/Yere%C5%9F%C9%99nl%C9%99r
https://topraktema.org/toprak-canli-cesitlili%C4%9Fi
https://az.wikipedia.org/wiki/S%C3%BCnb%C3%BClq%C4%B1ran
https://www.wikimedia.az-az.nina.az/T%C3%BCkl%C3%BC_mamont.html



Yüklə 92,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin