Torpaq yerin ən səthi qatı olub, müxtəlif mikrobların olduğu əsas rezervuar və təbii mühitdir. Torpağın biomüxtəlifliyini təşkil edən orqanizmlər həyat dövrünün bütün və ya bir hissəsini torpaqda və ya torpaq səthindəki qatda, başqa sözlə, üzvi maddələrlə zəngin təbəqədə keçirirlər. Torpaq milyonlarla canlının yaşadığı və qarşılıqlı əlaqədə olduğu bir ekosistemdir. Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpaqlar dəniz ekosistemindən başqa bütün heyvan növlərinin həyatında müəyyən rol oynayır. Məsələn, tülkü, dovşan və köstəbək yuvalarını qurarkən, tısbağa, timsah kimi canlılar yumurtalarını torpağa qoyurlar. Bu torpaqda təkcə çoxlu canlılar deyil, bu canlılar da çox yüksək müxtəliflik nümayiş etdirirlər. Bunun səbəbi sağlam torpağın canlılar üçün müxtəlif qida qaynaqları təqdim etməsi, uyğun sığınacaq təmin etməsi, il boyu çox isti və soyuq olmayan bir mühit təmin etməsi və su saxlamaq qabiliyyətinə malik olmasıdır.
Torpaq orqanizmləri ölçülərinə, qidalanma vərdişlərinə və yaşadıqları torpağın dərinliyinə görə müxtəlif yollarla təsnif edilə bilər. Ölçülərinə görə onlar təsnif edildikdə 3 qrupa bölünürlər: Mikrofauna, mezofauna, makrofauna. Həmçinin meqafauna Torpağın meqafaunası əsasən məməlilərdən ibarət olub iri yereşənlərdir. heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsiə aid heyvan fəsiləsi. Çox xırdadan orta ölçülərə qədər müxtəlif siçanşəkilli heyvanlardır. Bədəni uzunsov, vərdənəvarı, ətrafları gödəkdir. Gözləri çox xırdadır qulaq seyvanları adətən zəif inkişaf etmişdir. Bədəninin böyürlərində və əsasında yerləşmiş dəri vəziləri növə görə spesifik iyi - maddə ifraz edir. Xəz örtüyü sıx və yumuşaqdır. Kəlləsi uzunsov formada, üz hissəsi daralmışdır. Dişləri qırmızı-qəhvəyi və ya ağ rəngdə olur. Dünya faunasında 21 cins və 271 növ, Qafqazda 4 cins və 8 növ ayırd edilmişdir. Arealı Avropa, Asiya, Afrika, Şimalı və Mərkəzi Amerika, Cənubi Amerikanın uzaq şimal-qərbini əhatə edir.
Bütün yerqazanlar üçün daimi fəallıq səciyyəvidir. Bu, fəal maddələr mübadiləsi ilə bağlı olaraq onların böyük qarınqululuğunu şərtləndirir.
Bir sıra növlər bütün həyatını torpaqda keçirir (Avrasiyada korsiçan, sokor, köstəbək; Afrikada qızılköstəbək; Avstraliyada kisəli köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. Torpağın meqafaunasına cənub yarımqütbündə tropikada məskunlaşan iri oliqoxetlər, xüsusilə Megascolecidae fəsiləsindən olan nümayəndələri aiddir. Onlardan ən böyüyü Avstaliya Megascolides australis olub uzunluğu 2,5, bəzən 3 m-ə çatır.
Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan yuvalarda yaşayan böyük ekoloji qrupu (marmot, sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.) ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda çoxalır, qışlayır, istirahət edir, təhlükədən qorunur.
Mamont. heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7-3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir. Dişi nümayəndələr hündürlükdə 2.6-2.9 m arasındadır və çəkisi 4 tona qədərdir. Yeni doğulan fil balası təxminən 90 kq ağırlığındadır. Mamont axırıncı buz dövründə soyuq mühitə yaxşı alışıb. O, uzun qoruyucu tüklərin xarici örtüyü və qısa astarla birlikdə xəzlə örtülmüşdür. Xəzin rəngiqaradanağa qədər dəyişir. Qulaqlar və quyruq donvurmanı və istilik itkisini azaltmaq üçün kiçikdir. Növün nümayəndəsinin həyatı boyu altı dəfə dəyişdiyi dörd azı dişi və uzun əyri fil dişləri var. Onun davranışı müasir fillərlə oxşardır və o, fil dişlərini və xortumunu obyektləri hərəkət etdirmək, döyüşmək və qida axtarmaq üçün istifadə. Tüklü mamontun qidası ot və cilkimilərdir. Bəzi nümayəndələri altmış yaşa qədər çatır. Yaşayış yeri Avrasiyanınşimalı və Şimali Amerika içindən uzanan mamont çölləridir.
Sünbülqıran Sincablar fəsiləsindən gəmiriçi heyvan cinsi. Bədəninin uzunluğu 20—40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Üst tərəfdən xallı, yaxud xırda ləkəli və tünd zolaqlıdır. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır. Dünyada 20 növü var. Gündüz həyatı keçirir. Qış yuxusuna gedir. Əsasən, koloniyalarla yaşayır. Təhlükə hiss etdikdə dayanır və özünə xas olan fitəbənzər səslər çıxarır. Bitki ilə qidalanır; toxum ehtiyatı toplayır. İldə 1 dəfə çoxalır; 5—8 bala doğur. Sünbülqıranlar taxılların təhlükəli zərərveriçisidir; bir sıra xəstəliklərin təbii daşıyıcısıdır. İri növləri xəz sənayesi obyektidir. Qazıntı qalıqları Miosendən məlumdur.
Bir sıra digər heyvanlar da bu yuvalardan istifadə edir, bura- da əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər.
Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit hesab olunur. Torpağı su ilə yaxınlaşdıran cəhətlər onun temperatur rejimi, oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması və suyun müxtəlif formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi maddələrin olmasıdır. Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst qatların quruma təhlükəsi və temperatur rejiminin kifayət qədər kəskin dəyişməsidir. Heyvanların yaşama mühiti kimi torpağın aralıq ekoloji xassələrinə əsasən ehtimal etmək olar ki, torpaq, heyvanat aləminin təkamülündə mühüm rol oynamışdır.