Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ a zrəbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 92,2 Kb.
səhifə5/6
tarix07.01.2024
ölçüsü92,2 Kb.
#205420
1   2   3   4   5   6
Ekologiya

Yanğınlar ekoloji faktorlar kimi

Y.Odum (1975, 1986) yanğınları (meşə, bozqır, torf bataqlığı və b.) iqlimin ayrılmaz hissəsi kimi yerüstü- hava şəraitində ekosistemə özünəməxsus kompleks fiziki və kimyəvi təsir etdiyini göstərir və onu temperatur, yağıntı və torpaq kimi mühüm ekoloji faktor hesab edir. Buna uyğun olaraq biotik qruplaşmalar bu faktora da temperatur və suya olduğu kimi adaptasiya olunur. Əksəriyyət hallarda insan yanğın faktorunu həm gücləndira, həm də zəiflədə bilir.
Yanğınlar mülayim zonanın meşə və bozqır rayonlarında və tropika rayonlarının quraqlıq mövsümündə xüsusilə böyük rol oynayır. Y.Odum (1975) qeyd edir ki, ABŞ-ın qərb və cənubi-şərq rayonlarının əksəriyyətində son 50 ildə yanğın hadisəsi baş verməyən böyük sahə tapmaq çətindir. Sibir və Uzaq Şərq regionlarında da qaraşam meşələrində gövdəsi yanmayan ağaca təsadüf edilmir. Yanğının təbii başvermə səbəbi çox vaxt ildırımın vurması olur. Şimali Amerika induları meşə və preriləri qəsdən (məqsədlə) yandırmışlar. Deməli, insan hələ ətraf mühiti güclü dəyişməzdən çox-çox əvvəllər yanğınlar limitləşdirici faktor olmuşdur. Təəssüf ki, hazırkı dövrdə də insanın ehtiyatsız davranışı nəticəsində məhsuldar meşə və bozqır əraziləri yanğınlara məruz qalaraq pozulur və ya məhv edilir. Ekoloji təsirinə görə «üst» va «alt» yanğınlar ayrılır. Üst yanğınlar zamanı çox vaxt bitki örtüyü və heyvanat aləmi tamamilə məhv edilərək əksəriyyət orqanizmlərə limitləşdirici təsir göstərir. Biotik qruplaşmaların öz ilkin vəziyyətinə qayıtması üçün bərpa işləri yenidən başlanır və buna çox illər tələb olunur.
Alt yanğınlar, əksinə, seçici təsir göstərir, orqanizmlərdə oda qarşı adaptasiyanın inkişafına köməklik göstərir, bakteriyaların parçalanma fəaliyyətinə təkan verərək mineral maddələrin yeni yaranacaq ekosistem nəslinin qidalanması üçün əlverişli formaya çevirir, üst yanğınların başvermə təhlükəsini zəiflədir, qruplaşımaların (biosenozların) bioloji müxtəlifliyinin çoxalmasına şərait yaradır. Alt yanğınlar azot fiksə edən. paxlalı bitkilər üçün faydalıdır. Yanğından bəzən mühiti idarə edən faktor kimi də istifadə edilir. Bataqlıq şam meşələrinin məhsuldarlığını yüksəltmək, süpürgə kollu bataqlıqlarda ov heyvanlarını çoxaltmaq üçün yanğından zolaqlarla istifadə olunur. Pirogen (yanğın) faktoruna ekologiyada və bir sıra ekosistemlərin təkamülündə aparıcı faktor kimi baxmaq lazımdır. Yer kürəsinin bir çox regionlarında bitki örtüyü və heyvanat aləminin formalaşması bilavasitə təbii baş verən yanğınların (ildırım, vulkan püskürməsi) nəzarəti altında gedir. Biotaya təsir göstərən pirogen faktorların qədimliyini Q. Valter (1974) pirofit bitki qruplaşmalarının nisbətən çox olması ilə izah edir. Təbii faktorlardan başqa insan tərəfindən uzaq keçmişdən törədilən yanğınların bitki örtüyünə böyük təsiri olmuşdur. Əkinçilik dövründən əvvəl yanğınlar insanlar tərəfindən kütləvi ovçuluq zamanı törədilmişdir. Av straliyada bu üsuldan indi də istifadə olunur. Maldarlığa keçdikdən sonra xam torpaqlar və kənd təsərrüfatı sahələri əldə etmək məqsədilə bu üsul (yanğın) universal silaha çevrildi.
Yanğın (od) mühit faktoru kimi ekosistemə yüksək intensivlikdə eliminasiya qəflətən baş verməsi və qısamüddətli olması ilə fərqlənir. Bununla belə çox vaxt biotonun (flora və faunanın) məhvinə səbəb olmur (qalın quru torfluğun yanması müstəsna olmaqla). Məs., tayqa ekosistemlərində yanğından sonra biotonun bərpa olması növlər hesabına gedir: 1) yanğına davamlı növlər (şam, qaraşam, torpaq faunasının bir hissəsi); 2) Vege- tativ yolla bərpa oluna bilən bitki növlərinin (qaragilə, mərcangila və digər kollar, titrək qovaq, tozağac və b.); 3) torpaqda toxum kimi qalan növlər (erika, ayıqulağı, moruq və b.); spor vasitəsilə (yosun, göbələk va b. yumurtacıq, pup halında (bəzi həşəratlar)); 4) çoxlu miqdarda toxum və spor verərək təzə yanğın yerlərini zəbt edən növlər (yağıotu, müvəqqəti mamırlar), 5) bərpa olunan yanğın yerində passiv (aeroplankton) və ya aktiv halda əlverişli şərait tapan növlər (məs., sığın, may böcəyi, tetra quru va b.).
Yanğın hadisəsi ekosistemin bütün komponentlərinə (canlı, cansız) təsir göstərərək katastrofik diqressiyaya səbəb olmaqla bərabər, həm də ardıcıl diqressiya-demutasiya zənciri yaradır. Tayqa ekosistemlərində müəyyən edilmişdir ki, quru sahələrdə təxminən har 50-100 ildən bir, rütubətli sahələrdə isə hər 150-300 ildən bir yanğın təkrar olunur (Korçagin, 1954). Yanğınlar xüsusilə açıqiynəli meşə ekosistemlərinə (qaraşam və şam) güclü təsir göstərir. Odur ki, bu meşələr yayılan regionlarda geniş sahələr ilkın meşələrin daim pirogen-diqressiv variantlarından ibarətdir. Bu meşələrin quru sahələrində yanğınlar hər 20-25 ildən, rütubətli sahələrdə isə 40-50 ildən bir təkrar olunur (Utkin, 1965). Şərqi Sibirin qaraşam meşələrində yanğınlar müntəzəm baş verir, burada hətta güclü yanğından sonra da suksessiya prosesi cins dəyişmədən gedir. Yəqin ki, bu hal suksessiyanın xüsusiyyəti olub qaraşam meşə ekosistemlərinin və onların demudasiya komplekslərinin qədimliyindən xəbər verir. Yarpaqlı (enliyarpaqlı) meşələr zonasında yanğından sonra biotanın (ekosistemin) müvəqqəti qruplaşmaları əvvəl çəmən, sonra isə törəmə tipli meşə mərhələləri keçirir. Y.Odum (1975) enliyarpaqlı meşələrin arealı daxilində palıd meşələrinin yerində pirogen subklimaks tipli qruplaşmalar müşahidə olunur (törəmə çəmən, bozqır, yaxud şam meşəsi). Bozqır zonanın ekosistemlərinin müasir görünüşü və təşkili əsasən antropogen faktorların təsiri altında təşəkkül tapmışdır, Yarımsəhra kompleksləri bozqırlarla müqayisədə yanğınların təsirinə qarşı az davamlıdır. Bu qruplaşmaların strukturuna pirogen tasir çox vaxt dönməyən və ya uzun müddət bərpa olunmayan dəyişikliyə səbəb olur. Arid rayonlarında pirogen diqressiya çox vaxt qumların sovrulma mənbəyinə çevrilir, burada yanğınlar səhralaşmaya səbəb ola bilər. Güclü diqressiya zamanı ayrı-ayrı sahələrdə barxanlar əmələ gətirir. Yanğınların və intensiv mal-qara otarılmasının yarımsəhra ekosistemlərinə mahvedici təsiri və Həştərxan qum massivinin (2,2 mln. ha) yaranmasını buna misal göstərmək olar. Bunun başlanğıcı XIX əsrin ilk onilliklərində bir neçə Kiçik Orda nəslinin bura köçməsi dövrünə təsadüf edir. XX əsrin sonunda döyənəkli və sovrulan qumların sahəsi 30 dəfəyə qədər artdı. Pirogen suksessiyalar geniş yayılmışdır. Onların mövcudluğu ekosistem sıralarının müasir paylanmasında və təkamülündə yanğınların rolunu təsdiqləyir (Sannikov, 1981).


  1. Yüklə 92,2 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin