Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə53/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   49   50   51   52   53   54   55   56   ...   97
Oxu təliminin metodikası 18.03.23

Gözlənilən şagird nailiyyətləri

Məzmun standartı

Mətni düzgün və şüurlu oxuyur.

2.2.4

Mətndəki əsas fikrə münasibətini bildirir.

1.2.3




İş forması

Üsullar

Resurslar

İnteqrasiya

böyük qrupla iş

beyin həmləsi, müzakirə, suallar

Şəkillər, iş vərəqləri, flamaster, marker, qələm, pozan və s.

H-b.:3.2.1



Motivasiya. Yalanın və yalançılığın nəticəsi nə ola bilər? (Dostu olmaz, heç kəs ona inanmaz, sözünü sayan, dinləyən olmaz, hörməti olmaz).
Dərsliklə iş: Mətn abzas-abzas oxunur(15, s.174-175).
I abzas:
Ucqar dağ kəndlərinin birində bir çoban yaşayırdı. O hər səhər kənd camaatının qoyun-quzusunu yığıb otarmağa aparar, bütün gününü qoyunlarla keçirərdi.
Müəllim:

  • Çoban harada yaşayırdı?

  • O, nə işlə məşğul olurdu?

II abzas:
Bir gün çoban həmişəki kimi sürünü otarırdı. O, çox darı­xırdı. Ətrafda kəlmə kəsməyə bir adam yox, qoyunların da dili yox idi ki, onlarla söhbət etsin. Axırda çoban qərara gəldi ki, kənd camaatı ilə zarafat etsin. O, kəndin yaxınlığındakı təpənin üstünə çıxıb var gücü ilə qışqırdı:

  • Ay camaat, köməyə gəlin. Sürüyə canavar girib.

Müəllim:
- Bir gün çoban nə qərara gəldi?

  • Çobanın kəndliləri aldatmağının səbəbi nə idi?

III abzas:
Kəndlilər onun səsini eşitdilər. Kimisi əlinə yaba, kimisi bal­ta alıb otlağa tərəf qaçdı. Çoban çomağını əlinə alıb “Aldatdım, aldatdım”,– deyə-deyə oynamağa başladı.
Müəllim:
- Kəndlilər nə etdilər?
- Çoban onlara nə dedi?
IV abzas:
Adamlar başlarını bulayıb narazı halda kəndə qayıtdılar. Aradan bir neçə gün keçdi. Bir gün axşamüstü yenə təpənin başından çobanın səsi gəldi:

  • Ay aman, imdad! Canavar qoyunu apardı!

Müəllim:

  • Bir neçə gün sonra nə hadisə baş verdi?

V abzas:
Adamlar yenə də əllərinə keçəni götürüb təpənin o tayına qaçdılar. Çoban yenə də gülə-gülə onları lağa qoydu.
Müəllim:
- Kəndlilər nə etdilər?
- Çobanın cavabı necə oldu?
- Çobanın zarafatı kəndlilərin xoşuna gəldimi?
VI abzas:
Bir müddət də keçdi. Günlərin bir günü çoban qoyunları otardığı yerdə meşədən üç canavar çıxıb sürüyə hücum etdi. Başladılar əllərinə keçən qoyunu parçalamağa. Çoban gördü ki, canavarlarla bacarmayacaq, kəndə tərəf qaçıb qışqırmağa başladı:

  • Ay camaat, qoymayın! Sürüyə canavar daraşıb!

Müəllim:
- Bir müddətdən sonra nə hadisə baş verdi?
- Çoban nə etdi?
- O, zarafat edirdi?
VII abzas:
Həyət-bacada öz işləri ilə məşğul olan kənd adamları baş­larını qaldırıb səs gələn tərəfə baxdılar. Ancaq heç kim yerindən tərpənmədi. Onlar artıq çobana inanmırdılar. Beləcə, canavarlar sürünün axırına çıxdılar.
Müəllim:
- Kəndlilər köməyə gəldilərmi?
- Niyə kəndlilər çobana kömək etmədilər?
- Onlar çobana niyə inanmadılar?
- Çobanın yalan danışmağının nəticəsi nə oldu?

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin