Gözlənilən şagird nailiyyətləri
|
Məzmun standartı
|
Danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.
|
1.2.4
|
Mətndə qarşılaşdığı yeni sözlərdən nitqində istifadə edir.
|
2.1.3
|
İş forması
|
Üsullar
|
Resurslar
|
İnteqrasiya
|
böyük qrup
|
əqli hücum, rollu oyun, müzakirə
|
Maqnitofon, qələm, pozan, marker, yapışqan, qayçı və s.
|
Mus.:2.1.4
|
Motivasiya. Problemin qoyuluşu. Xalq mahnısından bir parça səsləndirilir. Müəllim:
- “Mən arifəm, işarədən qanaram”- ifadəsini necə başa düşürsünüz? (Fərziyyələr dinlənilir).
Oyun aparılır. Uşaqlar bir-birinə verəcəkləri hədiyyənin adını him-cimlə izah edirlər. Hədiyyənin adını tapan öz növbəsində başqa birisinə vermək istədiyi hədiyyəni jest və mimika ilə təsvir edir.
Tədqiqat sualı: Hansı hallarda işarə etmək, jestlə danışmaq lazım ola bilər?
Tədqiqatın aparılması: Mətn oxunur. Təhlil olunur. “Dilarə”, “Ağa və nökər” əsərləri müqayisə edilir.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Nəticə: Hər hansı bir iradı hamının yanında demək etik qaydalara ziddir.
Ev tapşırığı: Dərslik, səh.65, tap.2.
Dostları ilə paylaş: |