Bayatılar, laylalar. I sinifdə ailə, vətənə məhəbbət, dostluq və mərdlik bayatıları;
II-III siniflərdə I sinifdə öyrədilən bayatıları nəzərə alaraq, vəsfi-hallar, zəmanədən narazılıq və şikayət, qəribçilik, ailə bayatıları;
IV sinifdə öyüd-nəsihət, ağılar, oxşamalar, məişətlə bağlı bayatılar və s. öyrədilməsi məsləhətdir.
Saymacalar – şagirdlərin nitq bacarıqlarının inkişafı üçün məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, dünya xalqlarının və ayrı-ayrı yazıçılar tərəfindən yazılmış nağılların və ya digər folklor nümunələrinin dərsliklərdə öz əksini tapması şagirdlərin dünyagörüşünün formalaşması üçün tövsiyə olunur.
İbtidai siniflərdə mövzu üzrə nağıletmə.Oxu üzrə bacarıqların formalaşması üzrə işin nəticələri şagirdlərin şifahi və yazılı nitqində öz əksini tapır. Oxu vərdişlərinin inkişafı və nitqlə bağlı irəliləyişlər şagirdlərin oxunan mətnin məzmununun yığcam, geniş, yaradıcı nağıl etməsində, şeir və nəsr parçalarının, monoloqların əzbər söylənməsində, əsərlərin səhnələşdirilməsində tapır. Bundan başqa, müşahidələr əsasında nağıletmə, şəkillər üzrə nağıletmə, ekran əsərlərinə dair nağıletmə növləri də şagirdlərin şifahi nitq vərdişlərini inkişaf etdirir İbtidai siniflərdə oxu mətnləri üzrə nağıletmənin dörd növü var:
1.Sadə şəkildə (öyrəndiyi kimi) nağıletmə
2.Sual cümlələri ilə nağıletmə
3.Nəqli cümlələrlə nağıletmə
4.Qarışıq şəkildə nağıletmə
Mətn üzrə nağıletməyə nələr daxildir? Şagird:
mətndəki hadisələri ardıcıl şəkildə danışır;
mövzudakı hadisələrin inkişaf mahiyyətini açır;
mətndəki insani davranış və hərəkətləri qiymətləndirir;
fakt və hadisələri seçməyi bacarır;
mətni yığcam danışır;
mətnin məzmununu birinci və üçüncü şəxslərin dilindən danışır;
mətndə xoşuna gələn hissələri danışır;
mətnə aid verilmiş suallara cavab tapır;
mətnin məzmununa uyğun mətn qurub danışır və s.
İbtidai siniflərdə mətn üzrə müstəqil işlərin təşkilinə də ciddi fikir verilməlidir. Bura daxildir: mətnə aid plan tutmaq, mətni plan əsasında danışmaq, mətndə iştirak edən şəxslərin hrəkətlərini qiymətləndirmək, mətnə aid illüstrativ şəkillərin çəkilməsi, şəkil əsasında yeni hekayə tərtib etmək, əşya və hadisələr haqqında müstəqil fikir söyləmək, mətndəki hadisəni həyati müşahidələrlə əlaqələndirmək, mətndəki yaxınmənalı, çoxmənalı, əksmənalı, məcazi mənalı sözlərin seçilməsi, mövzunun janr baxımından (hekayə, şeir, təmsil, folklor nümunələri) müəyyənləşdirilməsi və s.