Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


OXU MƏTNLƏRİNDƏ BƏDİİ TƏSVİR VASİTƏLƏRİ ÜZRƏ İŞİN TƏŞKİLİ METODİKASI



Yüklə 0,51 Mb.
səhifə82/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   78   79   80   81   82   83   84   85   ...   97
Oxu təliminin metodikası 18.03.23

OXU MƏTNLƏRİNDƏ BƏDİİ TƏSVİR VASİTƏLƏRİ ÜZRƏ İŞİN TƏŞKİLİ METODİKASI

İbtidai siniflərdə oxunun tədrisi prosesində şagirdlərin öz fikrini rabitəli şəkildə ifadəetmə bacarığı ilə kifayətlənmək olmaz. Eyni zamanda mətnin məzmunu dedikdə yalnız rabitəli fikir nəzərdə tutulmamalıdır. Çünki mətn rabitəli oxuna bilər, lakin qarşı tərəfdə heç bir hiss doğurmaz, onu həyəcanlandırmaz. Deməli, oxu prosesində rabitəliliklə yanaşı, ekspressivlik də olmalıdır.


Ekspressivlik latınca ifadə etmək, yüksək ifadəlilik, ifadənin gücü deməkdir. Dilçilik lüğətində isə ekspressivlik danışanın nitqin adresatına, yaxud məzmununa münasibətinin subyektiv ifadə vasitəsi kimi kommunikativ aktda çıxış etmək qabiliyyətini təmin edən dil vahidlərinin semantik-üslubi əlamətlərinin cəmidir. K.A.Dolininin fikrincə isə ekspressivlik dil işarəsinin elə bir xassəsidir ki, buna görə o, mexaniki qəbul edilir, adresatın təsəvvürünə və ya onun emosional sferasına birbaşa təsir göstərir[11, s.120]. A.İ.Yefimov ekspressivlik dedikdə məcazın növlərini nəzərdə tutur. V.V.Vinoqradova görə isə ekspressivlik özündə nitqin təsir qüvvəsini artıran emosionallıq və obrazlılığı birləşdirir. Ekspressivlik dedikdə oxunu və nitqi ifadəli, təsirli edən vasitələr başa düşülür. Ekspressivlik oxunan bədii mətni, o cümlədən nitqi daha qabarıq, daha təsirli etmək məqsədilə dildə mövcud olan fonetik, leksik, morfoloji və sintaktik vasitələrdən istifadə etməklə söylənilən fikrin təsir qüvvəsinin artırılmasına və bu fikrin dinləyiciyə təsir göstərməsinə xidmət edir.
Emosionallıq (emosional fransız sözü olub hiss-həyəcan deməkdir) isə hiss-həyacan bildirmək üçün istifadə olunur. Bu xüsusiyyətə malik olan sözlər insanın məhz hisslərini ifadə edən nitq vahidləridir. Belə vahidlər (nidalar) müstəqil mənaya malik olmur və cümlədə digər sözlərə qoşularaq ekspressivlik yaradır. Prof.Y.Kərimov qeyd edir ki, dilimizdə elə sözlər var ki, məsələn, anacan, əzizim, körpəciyəz və s. leksik mənalarında emosional çalarlıq özünü göstərir[5]. Əlbəttə, dilimizin emosionallıq imkanlarını nidalarla məhdudlaşdırmaq olmaz. Çünki emosiya insanın real aləmdə, onu əhatə edən mühitdə baş verən hadisələrə olan münasibəti nəticəsində keçirdiyi hiss və həyəcandan yaranır və onun ifadə vasitələri müxtəlifdir. Emosionallıq danışanın nitq obyektinə münasibətini, hisslərini əks etdirən sözlər vasitəsilə yaranır.
İfadəlilik nitqin elə bir keyfiyyətidir ki, öz qeyri-adiliyi ilə həmişə diqqəti cəlb edə bilir, təsvirilik (əyanilik) elə nitqə deyilir ki, məzmunu təxəyyüldə canlandırmaq imkanına malik olsun[66]. Məhz bu baxımdan təsvirilik (əyanilik) keyfiyyətinə malik olan sözlər estetik funksiya daşıyır və obrazlılıqla birləşir.
Ekspressivliyi yaradan, başqa sözlə desək, oxunu təsirli edən vasitələrdən biri obrazlılıqdır. Danışanın öz nitqində nitqə verilən düzgünlük, aydınlıq, dəqiqlik, rabitəlilik və s. tələblərlə yanaşı, obrazlılığı da gözləməsi nitq inkişafı üzrə aparılan işlərdə başlıca məqsədlərdən biri olmalıdır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin