Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə39/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   35   36   37   38   39   40   41   42   ...   97
Oxu təliminin metodikası 18.03.23

Layihələrin hazırlanması. Bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf et­dirilməsi üçün vacibdir. Müəllim oxu materialına aid problemi müəyyən edir və şagirdlərə layihə ha­zırlamağı tapşırır. Bu zaman müəllim şagirdlərə layihə üzə­rin­də işin başlanma və başa çatma müddətini, istifadə olunacaq əya­ni vasitələri, bunları əl­də etmək yollarını, iş formalarını müəy­yən edir. İş prosesində müəllim suallara ca­vab verir və yol göstərir.
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər for­masında ifadə oluna bilər.
Akvarium. Akvarium - diskussiya vərdişlərini inkişaf etdirmək üçün tətbiq edilən üsuldur. Oxu materialının müzakirəsini keçirmək üçün maraqlı üsuldur. Bu­­­rada vahid fikrə gəlmək vacib deyil. Əsas odur ki, diskussiya düzgün istiqamətdə apa­­­rılsın.
I variant: Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Burada şagird­lər iki qrupa ayrılaraq bir-birinin daxilində olan iki dairə ya­ra­dır­­lar. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirirlər. Sonra qruplar yerlərini dəyişir və prob­le­min həlli üzrə aparılan işlər davam etdirilir.
II variant: “Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar[12, s.114].

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin