Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə38/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   34   35   36   37   38   39   40   41   ...   97
Oxu təliminin metodikası 18.03.23

İşgüzar səs-küy. Bu üsul müəllimin şifahi şərhindən sonra tətbiq edilir. Bu za­man şagirdlər 3-4 nəfərlik qruplara bölü­nürlər. Müəllimin təklif etdiyi oxu mətnləri üzrə 4-5 dəqiqə ərzində qrup­lar üzrə işgüzar müzakirələr gedir. Sonra isə təkliflər, nəti­cələr əsa­sında bütün siniflə fikir mübadiləsi aparılır. Bu isə mətnin aydın, düzgün dərk edilməsinə kömək edir.
Eyler Venn diaqramı (Mətnlərin müqayisəsi). Bu üsulun qrafik təsviri bir-biri ilə kəsişən iki və bir neçə dairədən iba­rət­dir. Bunun mahiyyəti odur ki, dairələrin kəsişdiyi yerdə hər hansı iki anlayışın oxşar, dairə­lərin özlərində isə anlayışların hər birinə məxsus fərqli cəhətlər yazılır. Venn diaqramı oxu materiallarını müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəy­yənləş­dirmək üçün istifadə olunan üsuldur. Azərbaycan dili dərslə­rində oxu materialı təqdim olunur, şagirdlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yazdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəlmiş tapşırıq verilir: Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Seçərkən aşağıdakı məsələlərə diqqət yetirin:
● sizin mətninizdə verilmiş məsələlər;
● dərslikdəki mətndə olan məsələlər;
● hər iki mətndə təqdim edilən məsələlər;
● fikirlərinizi Venn diaqramında verin;
● bir də bu mövzuda mətn qursaydınız nələr əlavə edərdiniz?
Məsələn, Azərbaycan və Türkiyə bayrağının müqayisəsi savad təlimi dövründə belə verilə bilər:



Azərbaycanın
bayrağı
üçrənglidir

Türkiyənin bayrağı
qırmızıdır



Oxşar cəhəti müəllim qeyd edir:- Bu bayraqların rəngi fərqli olsa da, hər ikisi dövlət simvoludur.


Sinkveyn. “Sinkveyn” (fransızca “beş” deməkdir) beş sətirdən ibarət şeir mənasını verir. Sinkveyn xüsusi qaydalara əsasən yazılan qeyri-adi şeirdir. Qaydalar belədir:
1. Birinci sətir-şeirin həsr olunduğu məfhum, adətən, isimlə ifadə olunur.
2. İkinci sətir-həmin məfhumu təyin edən iki söz, adətən sifətlə ifadə olunur.
3. Üçüncü sətir-məfhumun nə etdiyini yaxud onunla nə baş verdiyini göstərən üç söz, adətən feillə ifadə olunur.
4. Dördüncü sətir - sizin məfhuma münasibətinizi göstərən dörd sözdən ibarət cümlə (cümlə sual və ya xitab formasında ola bilər).
5. Beşinci sətir - verilmiş məfhumla bağlı şagirdin əhvalını, hisslərini təsvir edən bir, yaxud iki söz.
Məsələn:
Qızılgül
Ətirli, tikanlı,
Dəririk, qoxlayırıq, sevirik.
Qızılgüldən ətirli mürəbbə hazırlanır.
Gözəllik
***
Alma
Şirin, dadlı,
Əkirik, becəririk, yeyirik.
Mən almanı çox xoşlayıram.
Vitamin
Sinkveyn oxunmuş kitab (hekayə, şeir, nağıl, təmsil və s.) və ya tədqiq edilmiş problem haqqında qısa və bədii formada xülasədir. Şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqlarını formalaşdırır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin