Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə58/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   54   55   56   57   58   59   60   61   ...   97
Oxu təliminin metodikası 18.03.23

Ə. Cəmil. Vətən. [18, s. 22].
Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
İnsan gülüb-oynamış,
Canda müsiqi eşqi
Qayıq-qayıq qaynamış.
X.Rza Ulutürk. “Yallı rəqsi”. [19, s.192].
Qalsan belə susuz, ac,
Yavan çörəyə möhtac
Ağız açma namərdə!
Ürəyində dərd yaşa:
Sən insansan! Əyilmə!
Yoxsul yaşa, mərd yaşa!
X.Rza Ulutürk, “Əyilmə”.
Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı. Müəllim öz nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə dəvət edir. Bunun üçün isə müəllimin özü şeiri ifadəli oxumağa ciddi hazırlaşmalı, onun əsas ideyasını tonunu, sürətini, ritmini müəyyənləşdirməli və məşq etməlidir. Əgər müəllim çətinlik çəkirsə, söz ustalarının, aktyorların ifasında şeirlərin oxunma qaydasını şagirdlərə çatdırmalıdır. Şagirdlərdə şeirin oxusuna şüurlu münasibət yaranarsa, onlar düzgün oxumağa alışarlar. Şagirdlər şeirin məzmununa uyğun sözlə “şəkil çəkməyi” bacarmalıdırlar. Şeirlərin oxusunda bütöv oxudan, həmçinin şeiri bənd-bənd paylayıb oxutmaqdan da istifadə etmək mümkündür.
Dərs nümunəsi:
Standart:2.1.1; 2.2.1; 3.1.4.
Mövzu:H.Arifin “Ana” şeiri
Təlim nəticəsi:
1. “Ana” şeirindəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2. “Ana” şeirini intonasiya ilə oxuyur.
3.Ana haqqında mühakimə xarakterli kiçik həcmli esse yazır.
İnteqrasiya: ədəbiyyat və həyatla əlaqə
İş forması: böyük və kiçik qruplar
İş üsulu: əqli hücum, klaster, suallar,Venn diaqramı
Resurslar: iş vərəqləri, flamasterlər, şəkillər,
Dərsin gedişi
Motivasiya, problemin qoyulması.
Müəllim sinfə müraciətlə soruşur:
-Ondan min dəfə yazılıb, amma yenə az olub, ondan milyon dəfə də yazılacaq, amma yenə az olacaq. Kimdir o?
Şagirdlər açar sözü tapırlar:
ANA!

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin