Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə60/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   56   57   58   59   60   61   62   63   ...   97
Oxu təliminin metodikası 18.03.23

TƏMSİLLƏRİN OXUSU ÜZRƏ İŞİN METODİKASI


Təmsil uşaqları çox maraqlandıran janrlardan biridir. Təmsillər nəzm və nəsr şəklində yazılan kiçik həcmli hekayə­lərdir. Təmsillərdə paxıllıq, hiyləgərlik, tənbəllik, lovğalıq, yalançılıq, xəbərçilik, xainlik və s. bu kimi pis cəhətlər tənqid olunur. Xeyirxahlıq, zəhmətsevərlik, sadəlik, təvazökarlıq, düzlük, doğruluq, səmimiyyət və s. bu kimi xüsusiyyətlər alqışlanır. Təmsillərdə təsvir olunan hadisə və əhvalatlarda, əsasən, heyvan, quş və bitkilər iştirak edir. Yazıçı onları insan kimi canlandırır, danışdırır, kimə isə rəğbət bəsləyir, kimi isə ifşa edir. Hiyləgər və acgözləri tənqid atəşinə tutur, igidləri düş­mənlərə qarşı mübarizəyə çağırır. Epik növün ibtidai forma­larından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında (Ro­ma­da “Fadr”, Yunanıstanda “Ezop” (e.ə.VI-Vəsrlər) mövcud idi. Hin­distanda  təmsillər toplusunun-"Pançatantra"(III əsr) olduğu məlumdur.
Yeni dövrün ən məşhur təmsil yazanlarından biri fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur. Rusiyada təmsil janrının kulminasiyası İ.A.Krılovun yaradıcılığı hesab olunur.
Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələrinə N.Gəncəvinin "Sirlər xəzinəsi" əsərində rast gəlinir. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin təmsilləri məşhurdur.
Təmsillər məzmununa görə iki yerə bölünür:

  1. Alleqorik əsərlər.

  2. Təmsillər.

Alleqorik əsərlərdə fikir və əhvalatlar konkret olaraq bir əşya tərəfindən söylənilir.
Təmsillərdə fikir və əhvalatlar “oxşama, bənzətmə, əvəzetmə” və s. kimi təsvirlə verilir. Təmsillər satirik, gülüş və nəsihətamiz məzmunda yazılır.
“Ümumiyyətlə, təmsillər şagirdlərdə bədii dili öyrənməyə maraq oyadır və bədii zövq almağı tərbiyə edir. Təmsillərin tədrisində iki məqsəd qarşıya çıxır:

  • şagirddə əsərin məzmununu öyrənməyə maraq oyatmaq;

  • şagirdin diqqətini əsərin ideyasına yönəltmək” [32, s.203].

Təmsillərin əsasında alleqoriya durur. Təmsil yazanlar hey­van, quş, həşərat, bitki və başqa əşyaların obrazlarında insanların tipik mənfi xasiyyətlərinə(yalançılıq, oğurluq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd-nəsihət verirlər. Bütün bunlar müəl­limdən aktyorluq məharəti tələb edir.
Epik növə daxil olan bu əsərlərin öz quruluş xüsusiyyətləri vardır. Burada insanlara məxsus keyfiyyətlər cansız varlıqlar üzərinə köçürülür. Adətən, nəzmlə yazılır və üç hissədən ibarət olur. Giriş, əsas hissə, nəticə. Təmsillər öyüd, nəsihət xarakterli olur və tərbiyəvi, hikmətli fikirlər əsas hadisələrdən sonra verilir. Deməli, oxu prosesində onun bu keyfiyyətinə diqqət yetirilməli, səhnələşdirmə ünsüründən istifadə etməklə ifadəli oxunu həyata keçirmək lazımdır.
Təmsillərin dili sadə, zəngin və rəngarəngdir. Təmsillərin oxu xüsusiyyətlərinə nəzər salsaq, onun oxusu kiçik bir pyesin oxusunu xatırladır. Oxu zamanı təmsilin dili üzərində iş aparmaq lazımdır. Məsələn, A.Səhhətin “Ayı və şir” təmsilində tülkünün hiyləgərliyindən söz açılır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin