Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə59/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   55   56   57   58   59   60   61   62   ...   97
Oxu təliminin metodikası 18.03.23

Tədqiqat sualı: Ananı hansı varlıqla əvəz etmək olar?
Tədqiqatın aparılması: Şeir müəllim və bir neçə şagird tərəfindən ifadəli oxunur və çətin sözlər izah olunur.
Ana
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb-biçir analar.
Mahnı da oxuyur, şeir də deyir,
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə -bilə,


Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb acını belə,
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,


Həyatda dincliyi, evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Özüm də bilmirəm Hüseyn, niyə?


Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.

Şeirin təhlili aparılır. Sonra qruplar yaradılır və ad verilir: “Körpə”, “Layla”, “Övlad”, “Ana”


İş vərəqi 1
1.Şeirin birinci bəndini nəsrə çevirin.
2.Məktəbdən qayıdarkən səni kim qarşılayır?
(Şəklini çək)
İş vərəqi 2
1.Ana haqqında aforizmlər söyləyin.
2.Dünyanın ən nadir simfoniyası …
(Körpə qığıltısı,uşaq gülüşü).


İş vərəqi 3
1.Analar haqqında atalar sözü söyləyin!
2.Bənzəri olmayan, ən ülvi hiss ... (oxumaq eşqi, ana sevgisi).
İş vərəqi 4
1.Ana haqqında rəvayət söyləyin.
2.Yer üzündə insanlığın ilk təranəsi...
(Anaya aid mahnı).
İnformasiya mübadiləsi və müzakirəsi. Qruplar işlərini təqdim edirlər. Təqdimatdan sonra qrupların işi müzakirə olunur.
Ümumiləşdirmə və nəticə. Ana müqəddəs, əvəzolunmaz, zəhmətkeş, böyük varlıqdır. Klaster vasitəsi ilə ümumiləşdirmə aparılır. Yaradıcı tətbiqetmə. Ana və vətən anlayışlarını müqayisə edin.



Qiymətləndirmə. Müəllimin nəzarəti altında şagirdlər özləri qrup üzvləri arasında qiymətləndirmə aparırlar.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin