Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Plan 1. Neftin emala hazırlanması və çeşidlənməsi



Yüklə 40,76 Kb.
səhifə2/4
tarix14.12.2023
ölçüsü40,76 Kb.
#179111
1   2   3   4
Neftin İlkin və Deskruktiv emalı

Plan 1. Neftin emala hazırlanması və çeşidlənməsi

Çıxarılma dərinliyindən, yerindən asılı olmayaraq neft yataqlarından çıxarılan istənilən neftin bir tonunda 50-100m3 qaz, 200-300 kq su, 10-15 kq mineral duzlar və mexaniki qarışıqlar olur. Mədənlərdə neftdən suyu ayırmaq üçün müxtəlif sistemlərdən istifadə olunur.Yeni neft mədənlərində təzyiq altında işləyən sistemlərdən istifadə olunur.Belə sistemdə quyudan çıxarılan xam neft fərdi ölçü qurğusuna verilir.Burada qaz maye məhlullardan ayrılır və ayrılan məhsulların miqdarı təyin olunur.Ayrılmış qaz yenidən neft və su ilə qarışdırılaraq, qazın neftdən təkrar ayrılması üçün nasos stansiyasındakı seperatora verilir. Seperatorda ayrılan qaz, qaz emalı zavodlarına, qismən qazsızlaşdırılmış neft isə neftin emala hazırlanma qurğusuna nəql edilir. neftin emala hazırlanması aşağıdakı ardıcıllıqla aparılır: neftin emala hazırlanma qurğusunda əvvəlcə qazın neftdən ayrılmasının ikinci və üçüncü seperasiyası, sonra isə neftin sudan və duzlardan təmizlənməsi prosesləri aparılır. Proseslərdən ayrılmış qaz emala, su isə təmizləndikdən sonra yenidən neft laylarına verilir. Təmizlənmiş neft isə xüsusi çənlərə verilərək onun miqdarı və keyfiyyəti təyin olunur. Əgər neft keyfiyyətcə standarta uyğun gəlmirsə, onda onu yenidən təkrar emala qaytarırlar. Neftin bir neçə pilləli seperasiyasından sonra belə onun tərkibində müəyyən miqdarda həll olmuş şəkildə C1-C4 qaz karbohidrogenləri qalır. Həmin qazlar, eyni zamanda neftin tərkibində olan yüngül fransiyalar neft saxlandığı çəndə və bir çəndən başqa çənə verildiyi müddətdə neftdən ayrıla bilər. Bu isə öz növbəsində neftin və qazın itkisinə, ətraf mühitin çirklənməsinə səbəb olar. Buna görə də mədənlərin çoxunda neft rektifikasiya edilərək stabilləşdirilir. Stabilləşdirilmiş neftlərdə C1-C4 qaz karbohidrogenlərinin miqdarı 1%-ə qədər, stabilləşdirilməmiş neftlərdə isə həmin qazların miqdarı 2-3% olur. Neftdə həll olmuş qazların miqdarı hazırda qaz-maye xromotoqrafiya vasitəsilə təyin olunur.


Su neftin tərkibində sərbəst, həll olmuş və emulsiya şəklində olur.Sərbəst su əvvəldə qeyd olunduğu kimi neft mədənlərində çökdürücülərdə ayrılır.Həll olmuş suyun miqdarı neftin kimyəvi tərkibindən və temperaturundan asılıdır.Aromatik əsaslı neftlərin tərkibində həll olmuş suyun miqdarı daha çox olur, çünki aromatik karbohidrogenlər başqa sinif karbohidrogenlərə nisbətən daha çox hidroskopikdirlər.Lakin temperaturun artması ilə suyun bütün sinif karbohidrogenlərində həll olması artır.Temperaturun azalması ilə neftdə həll olmuş su ola bilər ki, dispers (kiçik hissəciklər) şəklində ayrılaraq neft-su emulsiyasını əmələ gətirsin. Belə emulsiyalar adətən çox davamlı olur və uzun müddət, hətta bir neçə ay dağılmır. Neft-su emulsiyasının davamlığına bir neçə amillərin, o cümlədən neftin tərkibində olan bəzi maddələrin, məsələn emulqatorların təsiri böyük olur. Neftin tərkibində olan paften turşuları, onların duzları, qətranlı birləşmələr səthi-aktiv maddələr sinfinə aid edilir.
Neftin tərkibində olan və emulsiya əmələ gətirə bilən maddə molekulları su hissəciklərinin üzərində toplanır və neft-su emulsiyası stabilləşməyə başlayır. Prosesin ilk mərhələsi çox sürətlə gedir. Belə ki emulsiyanı yaradan maddələrin molekulları əvvəlcə su hissəciklərinin səthində asanlıqla arientasiya olunurlar, lakin səth tutuiduqca molekulların səthə yaxınlaşması çətinləşir və proses sona çatır. Bu müddət ərzində su hissəciklərinin səthində əmələ gələn təbəqənin tərkibi və quruluşu stabilləşir. Belə proses iki-üç saatdan on saata qədər davam edə bilir. Neft emulsiyasının əmələ gəlməsində və onun stabilləşməsində səthi aktiv maddələrlə yanaşı, neftdə kolloud hissəciklər şəklində həll olmayan çox dispers halında olan bərk maddələrin də yüksək dərəcədə təsiri vardır.

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin