Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Plan 3. Neftin kimyəvi emalı prosesləri və alınan məhsullar



Yüklə 40,76 Kb.
səhifə4/4
tarix14.12.2023
ölçüsü40,76 Kb.
#179111
1   2   3   4
Neftin İlkin və Deskruktiv emalı

Plan 3. Neftin kimyəvi emalı prosesləri və alınan məhsullar.
Neftin fiziki emalı zamanı alınan benzinin nə keyfiyyəti, nə də miqdarı sənayenin indiki inkişafını təmin etmir.Ona görə də nefti və neft məhsullarını kimyəvi yolla emal etməklə həm yeni neft məhsulları alınır,həm də alınan benzinin oktan ədədi yüksəlir.Digər tərəfdən benzinin çıxımı kimyəvi emal üsulunda 50−78 %-ə çatır. Kimyəvi emalın digər üstün cəhətlərindən biri də odur ki, bu prosesdə benzinlə yanaşı qaz halında olan karbohidrogenlərdə alınır ki,onlarda üzvi sintez sənayesi üçün xammal hesab edilir.Neftin kimyəvi emalı əsasən yüksək temperaturda aparıldığı üçün onun distillə məhsulları (liqroin, mazut fraksiyaları) parçalanaraq daha kiçik molekullara çevrilir.Ona görə neftin kimyəvi emal üsulu krekinq adlanır.Krekinq üsulu 3 qrupa bölünür:
1. Termiki krekinq;
2. Termiki-katalitik krekinq;
3. Aşağı temperaturlu katalitik krekinq;
Termiki krekinq katalizatorsuz və yüksək temperaturda aparılan krekinq prosesidir. Bu proses 700−900ºC-də aparıldıqda piroliz adlanır. Termiki krekinq məhsullarının tərkibində doymamış birləşmələr çox olur və benzin fraksiyasını təşkil edən karbohidrogenlər az şaxəli olur.Ona görə də belə birləşmələrin həm oktan ədədi yüksək olmur,həm də saxlanan benzində ikiqat rabitəli birləşmələr polimerləşir.Bu da mühərrik karbüratorlarının müntəzəm iş rejimini pozur. Katalitik krekinq 450−500ºC-də katalizator tətbiq etməklə aparılan prosesdir.Bu üsulla alınan neft məhsulları doymamış birləşmələrdən azad olur. Karbohidrogenlərin izomerləşməsi hesabına yüksək oktan ədədli benzin alınır. Aşağı temperaturlu krekinq prosesi isə yalnız katalizator iştirakında aparılır. Krekinqin başqa bir növü riforminq adlanır. Riforminq prosesində məqsəd, yuxarı oktan ədədinə malik olan benzinlər almaqdır.Bu prosesdə həmçinin üzvi sintezdə istifadə olunan doymuş karbohidrogenlər və aromatik karbohidrogenlər də alınır. Krekinq prosesi mürəkkəb prosesdir.Buna baxmayaraq bu prosesin də müəyyən qanunauyğunluqları vardır.Termiki krekinq prosesi katalizator iştirakı ilə aparıldıqda ona termokatalitik, yaxud katalitik krekinq prosesi deyilir.Proses aromatik karbohidrogenlərin alınması ilə getdikdə riforminq adlanır.Ümumiyyətlə, krekinq mürəkkəb prosesdir. Bu zaman izomerləşmə, polimerləşmə, parçalanma və.s reaksiyalar baş verir. Yüksək temperaturlarda böyük molekul çəkili neft karbohidrogenlərindən daha kiçik molekul çəkili birləşmlər əmələ gəlir.
Nasos vasitəsilə mazut rektifikasiya kolonunun aşağısından verilir.Bu zaman onun içərisindən borbotaj (quruldamaq) metodu ilə krekinq zamanı alınan isti buxar mazutun içərisindən keçən zaman kondensləşərək ağır karbohidrogenlər yüngül fraksiyadan ayrılır.Ağır fraksiya rektifikasiya kolonunun aşağısından keçərək birinci borulu sobaya, yüngül fraksiya isə kolonun ortasından çıxaraq ikinci borulu sobaya daxil olur. Birinci borulu sobada temperatur 470−480ºC, ikinci borulu sobada 500-510ºC, hər iki sobada təzyiq isə 60−70 atmosfer olur. Hər iki sobadan alınan krekinq məhsulları ventildən keçərək buxarlandırıcıya daxil olur. Burada krekinq qalığı buxardan ayrılaraq buxarlandırıcının aşağısından xaric edilir. Krekinq məhsullarının buxarları buxarlandırıcıdan çıxaraq rektifikasiya kolonuna göndərilir. Benzin fraksiyasının buxarları və krekinq qazları kondensatordan keçərək seperatora daxil olur və burada onların ayrılması həyata keçirilir. Mazutun termiki krekinqi zamanı aşağıdakı məhsullar əmələ gəlir;
- Krekinq benzini 30-35%
- Krekinq qazları 15-20%
- Krekinq qalığı 50-55%
İstifadə olunan ədəbiyyatların siyahısı


  1. B.Şıxəlizadə,M.Atakişiyev "Neft kimyasının təcrübə məşğələləri", 1965

  2. R.S.Mirzəyev, R.R.Xankişiyev, K.Y.Əcəmov "Karbohidrogen qazlarının emalının texnologiyası" , 2000

  3. Səfərov Q.İ,Məmmədov A.S «Neft və qaz emalının texnologiyası» Bakı,Maarif, 2000

  4. Q.İ.Səfərov, A.S.Məmmədov "Neft və qaz emalının texnologiyası" ,2000

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin