Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Plan 2. Neftin fiziki emalı prosesləri və alınan məhsullar



Yüklə 40,76 Kb.
səhifə3/4
tarix14.12.2023
ölçüsü40,76 Kb.
#179111
1   2   3   4
Neftin İlkin və Deskruktiv emalı

Plan 2. Neftin fiziki emalı prosesləri və alınan məhsullar.
Neft eləcədə maye neft məhsullarının emalı üçün müxtəlif fiziki və kimyəvi metodlar tətbiq olunur. Neft və neft məhsullarının fiziki emalı onların qaynama temperaturu, həll olma, kristallaşma, eləcə də digər fiziki xassələrinə görə ayrılmalarına əsaslanır. Neftin fiziki emalı xüsusi qurğularda ,atmosfer,vakuum qurğularında aparılır. Nefti fiziki emal etmək üçün əvvəlcə onu qızdırırlar. Qızdırma radiont borulu sobalarda aparılır.Borulu soba metal gövdədən hazırlanmışdır.Gövdə özülə möhkəm bərkidilir.Sobanın divarları içdən odadavamlı kərpiclə hörülmüşdür. Onun daxilində iki kamerada yerləşdirilmiş radiont borular ardıcıl birləşdirlmişdir. Bu borularda neft və neft məhsulları sürətlə hərəkət edərək yanacaqdan alınan tüstü qazlarının temperaturu hesabına qızır. Sonra tüstü qazları tüstü borularına daxil olur.
Emal məhsulları kamerlarda yerləşən borulara daxil olur və orada közərən saxsı plitələrin istiliyindən radiont borular qızır və beləliklə də neft buxara çevrilir. Sobada buxara çevrilən neft distillə olunmaq üçün rektifikasiya kalonuna verilir. Kalonda gedən distillə prosesi birbaşa distillə adlanır.
Xam neft əvvəlcə istilik dəyişdiriciləri keçərək, neft məhsullarının istiliyi hesabına 170-175ºC -yə qədər qızır. Sonra borulu sobaya daxil olan neft burada 300-350ºC -yə qədər öz temperaturunu artırır və yarımbuxar-yarımmaye halda aşağıdan rektifikasiya kalonuna verilir. Kalonda neft fraksiyalara ayrılmağa başlayır. Rektifikasiya prosesini effektli aparmaq üçün kalonun içərisində üfüqi vəziyyətdə 32-yə qədər nimçə yerləşdirilir. Bir nimçədən digərinə yol olur. Neft buxarları aşağıdan yuxarıya hərəkət edərək müxtəlif nimçələri keçir. Yüngül fraksiya buxarları kalonun yuxarısından xaric olaraq kondensatorlarda soyuyur və mayeləşir və kolonun aşağı hissəsinə axaraq orada yenidən buxara çevrilir. Ən yüngül fraksiya benzin fraksiyasıdır. Benzin buxarları kolonun yuxarısından xaric olur və kondensatorlarda kondensləşir. Əsas hissəsi istifadə üçün göndərilir. Bir qismi isə geri qaytarılır və kalonu suvarmaq üçün işlədilir. Bundan məqsəd benzin buxarlarını ağır fraksiyalardan təmizləməkdir.
Mazut neftin distilləsində son məhsul deyil. Ona görə də o yenidən distillə prosesinə daxil edilərək ondan müxtəlif yağ fraksiyaları alınır. Lakin, mazutun distilləsi adi şəraitdə deyil,vakuumda aparılır.Bundan məqsəd mazutun parçalanmasının qarşısını almaqdır. Mazut yüksək molekullu karbohidrogenlər qarışığından ibarət olduğu üçün qaynama temperaturundan aşağı temperaturda parçalanmağa başlayır. Ona görə də onu vakuumda (aşağı təzyiqdə) distillə etmək lazım gəlir. Kolonun aşağısından xaric olan mazut ikinci borulu sobaya (6), oradan da vakuum rektifikasiya kolonuna verilir. Borulu sobada mazut 400- 420ºC –yə qədər qızdırılır. Rektifikasiya kolonunun aşağısından qudron və digər hissələrindən isə yeni fraksiyalar ayrılır. Benzinin çıxımı 3-15% olur. Belə benzinin oktan ədədi 50−78-dən çox olmur. Etil mayesi əlavə etməklə benzinin oktan ədədini 87−95-ə çatdırmaq mümkündür.
Hazırda neftin ilk distilləsi borulu qurğularda aparılır.Açıq rəngli yüngül məhsullar almaq üçün neft atmosfer təzyiqi altında su buxarının iştirakı ilə distillə edilir.Yağ fraksiyaları alanda isə mazutun emalı (distilləsi), eyni zamanda su buxarının iştirakı və vakkum altında aparılır. Odur ki, neftin emalı adətən iki pillədə başa çatdırılır:
- Birinci pillədə atmosfer (borulu) qurğularında açıq rəngli yüngül məhsullar (benzin, reaktiv və dizel yanacaqlar);
- İkinci pillədə isə mazutdan vakkum qurğularında yağ distillatları və yaxud katalitik krekinq qurğuları üçün xammal geniş vakkum distillatı alınır.

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin