Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində


Plan 2: Parafinsizləşmə prosesləri



Yüklə 33,13 Kb.
səhifə3/4
tarix05.12.2022
ölçüsü33,13 Kb.
#72367
1   2   3   4
yanacaq və yağlar istehsalının texnologiyası

Plan 2: Parafinsizləşmə prosesləri
Filtratın parafinsizləşdirilmiş yağa və ketona ayrılması üçün demək olar ki, eyni distillə sistemindən istifadə edilir. Həm filtrat, həm də parafin şlamından ayrılmış ketondan təkrarən istifadə olunur. Əvvəllər qeyd olunduğu kimi, gillə emal və hid¬rokrekinq yağın parafinsizləşdirilməsi prosesini başa çatdırır. Tərkibində prak¬ti¬ki olaraq yağın olmamasına (halbuki soyuq presləmə üsulu ilə alınan xam parafində 50 % yağ olur) baxmayaraq, alınan parafin (parafinli qaç) xam material olub ya parafinin tərləmə yolu ilə təmizlənməsinə, ya da parafinin yenidən kristallaşması prosesinə göndərilir. Hər iki prosesin nəticəsində parafin müxtəlif ərimə temperaturlu fraksiyalara bölünür. Həlledicilə parafinsizləşdirmə prosesi yüngül, orta və ağır yağ distillat-larına tətbiq edilə bilər, ancaq distillatlardan hər biri parafinin müxtəlif növlərini verir. Parafinin bu tiplərindən hər biri, faktiki müxtəlif parafinlərin qarışığını təşkil edir. Məsələn, yüngül parafin distillatlarından alınmış parafin 30сС-dən 70оС-dək (90сF-dən 160сF-dək) intervalda ərimə temperaturlu və böyük kristalların əmələ gəlmə tendensiyası ilə səciyyələnən bir sıra parafinlərdən ibarətdir. Lakin ağır parafinli distillatlar ərimə temperaturu 60сС-dən 90оС-dək (140сF-dən 200сF-dək) intervalda olan, xırda kristallar formasında bərkiyən və mikro kristallı parafin və ya mikroparafin adlanan parafin qarışığı əmələ gətirir. Digər tərəfdən, orta parafin distillatlarının tərkibində parafin mumları və parafinlə mikroparafin arasında aralıq xüsusiyyətlərə malik olan birləşmələr vardır. Beləliklə, həlledici ilə parafinsizləşdirmə prosesi ilə distillatın növündən, yəni yüngül, orta və ya ağır parafin distillatının emal edilməsindən asılı olaraq, parafinin (həmçinin xam və ya emal olumamış parafinlər kimi məlum olan) üç müxtəlif növü istehsal olunur. Ağır parafinli distillatlardan alınan xam parafin tünd emal edilməmiş parafin kimi, orta parafinli distillatlardan alınan parafin isə solğun, emal edilməmiş xam parafin kimi satışa çıxarıla bilər. Sonuncu qoxunun aradan qaldırılması və rəngin yaxşılaşdırılması üçün qatı qələvi məhlulu və gillə emal edilir. Həlledicilə parafinsizləşdirmədən istifadə edilən müxtəlif proseslər mövcuddur, lakin onlar eyni əsas mərhələlərə malikdir:

  1. Həlledicilə xammal arasında kontaktın yaradılması

  2. Soyudulma ilə qarışıqdan parafinin çökdürülməsi

  3. Təkrar istifadə üçün parafin və parafinsizləşdirilmiş yağdan həlledicinin regenerasiyası

Bu proseslərdə benzin-aseton (həlledicilə parafinsizləşdirmə), propan (propanla parafinsizləşdirmə), trixloretilen (Separatorda Nobel üsulu ilə parafinsizləşdirmə), etilendixlorid-benzol ("Barisol" parafinsiz¬ləşdirilməsi üsulu) və karbamidlə (karbamidlə parafinsizləşdirmə), həmçinin maye kükürd dioksid və benzolun qarışığından istifadə olunur.
Karbamidlə parafinsizləşdirmə (Scholten, 1992) prosesi yüksək dərəcədə selektiv olmasına və parafinsizləşdirmənin başqa metodlarından fərqli olaraq soyudulma əməliyyatından istifadə edilmədiyinə görə xüsusi diqqətə layiqdir. Bununla belə, bu proses daha ağır sürtkü yağlarının emalı zamanı iqtisadi göstəricilərə görə həlledicilə parafinsizləşdirmə prosesi ilə rəqabət apara bilmir. Lakin bu proses həlledicilə parafinsizləşdirmə prosesinə artıq məruz qalmış daha yüngül yağlara tətbiq edildikdə, soyuducu yağları, transformator yağları və yağların analoji növləri kimi xüsusilə faydalı məhsullar alınır. Bu prosesin təsviri, mahiyyətcə, həlledici ilə parafinsizləşdirmə prosesininkiilə eynidir, lakin soyutma mərhələsi yoxdur və kontaktordaxil edilmişdir.Bu kontaktorda xammal və karbamid (həlledici ilə) filtrasiyadan əvvəlyaxşıca qarışdırılır. Buxarlandırma yolu ilə həlledici parafinsizləşdirilmiş yağdan regenerasiya olunur və karbamid kompleksi karbamidin regenerasiyası sistemində parçalanır. Silindr yağları və braytstoklar (yüksək özlülüyü olan silindr yağları) kimi qalıq sürtkü yağları parafinli xam neftlərdən və ya benzinsizləşdirilmiş qarışıq xam neftlərdən alınır. Bu yağların tərkibində mikrokristallik növlü parafin olur. Belə parafinlərin benzinsizləşdirilmiş xam neftdən kənar edilməsi özlü material olan petrolatumun alınmasına gətirib çıxarır. Onun təmizlənmiş forması isə neft vazelini kimi məlumdur. Bu material benzindən təmizlənmiş xam neftdən müxtəlif yollarla ayrıla bilər. Soyuq çökdürülmə metodu ən ilkin metod olmuşdur. Bu üsulda benzindən təmizlənmiş neft müəyyən miqdarda naftada həll olunaraq mikroparafinin çökməsinə qədər qış şəraitində (soyuq temperaturlarda) saxlanılırdı. Bu metoddan hələ də istifadə olunur, lakin benzindən ayrılmış neftin naftada məhlulu petrolatumun çökməsinə qədər soyuducucihazlarda saxlanılır. Nafta-neft layı distillə aparatına nasosla vurulur və burada nafta kənar edilir. Qalan silindr yağı xammalının sonrakı emalı braytstokun (yüksək özlülüyü olan silindr yağı) alınması ilə nəticələnir. Naftanın kənar edilməsi üçün petrolatum layı da həmçinin distillə olunur və rəngin yaxşılaşdırılması üçün gil ilə və ya həm gil, həm də turşu ilə emala məruz qoyula bilər. Benzindən təmizlənmiş neftdən petrolatumun ayrılması üçün mövcud olan digər metod sentrifuqa vasitəsi ilə parafinsizləşdirilmədir. Bu prosesdə benzindən təmizlənmiş neft naftada həll olunur və 18оС-də (0оF) və ya daha aşağı temperaturlara qədər soyudulur ki, bu da bərk parafinin ayrılmasına səbəb olur. Sonra qarışıq parafinin maye hissədən ayrıldığı sentrifuqalar batareyasına verilir. Lakin hal-hazırda sentrifuqa metodu əsasən həlledici ilə parafinsizləşdirmə və parafinin kənar edilməsinin daha müasir metodları ilə əvəz edilmişdir. 

Yüklə 33,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin