Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində



Yüklə 33,13 Kb.
səhifə1/4
tarix05.12.2022
ölçüsü33,13 Kb.
#72367
  1   2   3   4
yanacaq və yağlar istehsalının texnologiyası


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

“ Yanacaq və yağlar istehsalının texnologiyası ” fənnindən

T Ə Q D İ M A T
“ Parafinsizləşmə prosesləri”

İxtisas: 040507” Neft və qaz emalı”


Qrup: 179
Tələbə: Məmmədov Allahverən
Müəllim: Mirzəliyeva Ülviyyə

Bakı 2022


MÜNDƏRİCAT

Giriş
1. Parafinsizləşmə prosesləri səh.1


2. Plan
Plan 1: Parafinsizləşmə haqqında səh.2
Plan 2: Parafinsizləşmə prosesləri səh.3
Plan 3: Son nəsil parafinsizləşdirmə prosesləri səh.5
3. Ədəbiyyat: səh.7

GİRİŞ
Parafin — sərhəd karbohidrogenlərinin (alkanlar), əsasən C18H18-dən (oktadekan) C35H72-dək normal tərkibinin balmumukimilərə bənzər qarışığıdır. Ərimə temperaturu-45-65 C Sıxlıq-0,880-0,915 q/sm3 (15 C) Əsasən neftdən alınır. Ağır və yüngül karbohidrogenlərin sıxlıqlarının tənasüblüyündən asılı olaraq maye, bərk, kiçikkristallik (serezin) şəklində olur. Alman kimyaçı Karl fon Rayhenbax tərəfindən kəşf olunmuşdur.
Parafinlər metan sırasından əsasən normal quruluşa malik bərk karbohidrogenlərin molekulda 18-35 karbon atomları və ərimə temperaturu 45-65 °C olan maddələrin qarışığıdır. Parafinlərin tərkibində adətən izoparafinli karbohidrogenlərə, həmçinin aromatik və ya nüvəli naften nüvəli molekula malik karbohidrogenlərə rast gəlinə bilər.
Parafinli xam neftlərin tərkibində çox vaxt mikrokristallik və ya parafinşəkilli mum qatışıqları olur. Bu cür qatışıqları kənar etmək üçün parafinli nefti emal etməzdən əvvəl metiletilketon (MEK) kimi həlledicilərlə təmizləmək tövsiyə olunur. Lakin bu, ümumi bir xarakter daşımır. Həlledici ilə parafinsizləşdirmə üsulu aşağı temperaturlarda (məsələn, aşağı bərkimə temperaturlarında) axıcılığın lazımi həddə alınması məqsədi ilə xam neftdən deyil, məhz sürtkü yağlarından bərk parafinin təmizlənməsi üçün işlənib hazırlanmışdır. Həlledici ilə parafinsizləşdirmə mexanizmi ya aşağı temperaturda yağ məhlulundan parafinin bərk hissəcik kimi kristallaşdırma yolu ilə ayrılmasını, ya da parafinin ərimə temperaturundan yüksək temperaturda maye kimi selektiv həlledici ilə ekstraksiya yolu ilə ayrılmasını nəzərdə tutur. Lakin birinci mexanizm parafinsizləşdirmənin sənaye proseslərinin əsasını təşkil edir.



Yüklə 33,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin