Plan 3: Son nəsil parafinsizləşdirmə prosesləri Müxtəlif neft emal edən müəssisələrdə istismar üçün təklif edilmiş son nəsil parafinsizləşdirmə prosesləri də mövcuddur (Hargrove, 1992; Genis, 1997). Məsələn, British Petroleum həlledici ilə parafinsizləşdirmə prosesinin bəzi nöqsanlarının aradan qaldırılması ilə digər proseslərdən fərqlənən hidrokatalitik parafinsizləşdirmə prosesini işləyib hazırlamışdır. Bu parafinsizləşdirmə prosesində parafinin molekulları ağır distillat yanacağı fraksiyalarından və sürtkü yağı distillatlarından kənar edilir. Katalitik parafinsizləşdirmə elə hidrokrekinq prosesidir və ona görə bu prosesyüksək temperatur (280 оС-dən 400 оС-yə qədər, 550 оF-dən 750 оF-dək) və təzyiq (300-dən 1500 Psi-yə qədər) altında həyata keçirilir. Lakin, ayrıca, konkret halda parafinsizləşdirmənin həyata keçirilməsi şəraiti xammalın təbiətindən və məhsulun tələb edilən bərkimə temperaturundan asılıdır. Bu prosesdə dəqiq məsaməli struktura malik olmaqla n-parafinin krekinqi üçün selektivliyi olan mordenit tipli katalizatordan istifadə olunur. Bu katalizatorun səthində platinin olması reaksiyaya girmə qabiliyyətinə malik olan intermediatların (aralıq məhsulların) hidrogenləşdirməsinə xidmət edir. Buna görə parafinin sonrakı parçalanması yalnız başlanğıc termik reaksiyalarla kifayətlənir. Proses naften xammalının müxtəlif tiplərinin parafinsizləşdirməsi üçün uğurla tətbiq olunmuşdur (Hargrove və başqaları, 1979). Lakin o heç də bütün hallarda həlledici ilə parafinsizləşdirmə prosesini əvəz etməyə yaramır. Bu proses neft emal edən zavodlarda adi əməliyyatların tələblərinə uyğun olan zəruri çevikliyə malikdir və bu proses uzunmüddətli istismara uyğunlaşdırıla bilər. Digər proseslərə Exxon Mobil (Smith və başqaları, 1980; Safre, 2003) distillatının parafinsizləşdirməsi aiddir ki, burada parafinsizləşmə selektiv krekinq yolu ilə baş verir. Karbohidrogen strukturuna selektiv olan seolit katalizatorunun təsirindən uzun parafin molekullara krekinqə uğrayaraq, daha qısa zəncirlər əmələ gətirir, lakin tsiklik birləşmələr və izoparafinlər heç bir təsirə məruz qalmır. Digər əlaqədar prosesdə parafinlər aşağı təzyiq altında (Smith və başqaları, 1980; Safre, 2003) selektiv olaraq izomerləşir. Bu prosesdə də aşağı keyfiyyətli qazoylu dizel yanacağına çevirən seolit katalizatordan istifadə olunur. Bu prosesdə patentləşdirilmiş katalizator mülayim qeyri-oksidləşdiricili emal üsulu ilə yenidən aktivləşdirilə bilər.
ƏDƏBİYYAT 1. Səfərov Q.İ., Məmmədov A.S. «Neft və qaz emalinin texnologiyası» Bakı, Maarif, 2000 2. V.M.Abbasov, E.Ş.Abdullayev, S.Ə.Məmmədxanova, M.M.Abbasov, C.İ.Musayev, Y.C.Ağazadə, Z.Z.Ağamalıyev, F.Ə.Əmirov "Neft məhsullarının təmizləmə texnologiyası". 3. Товарные нефтепродукты пд ред. Школьникова. М. 1978 г. 4. Гуревич И.Л. Технология переработки нефти и газа. Ч. 1, М. 1972 г.