Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində



Yüklə 33,13 Kb.
səhifə2/4
tarix05.12.2022
ölçüsü33,13 Kb.
#72367
1   2   3   4
yanacaq və yağlar istehsalının texnologiyası

Plan 1: Parafinsizləşmə haqqında
1930-cu illərdə iki tip, naftenli və parafinli xammal mühərrik yağlarının alınması üçün istifadə olunurdu. Yağların keyfiyyətinin yaxşılaşdırılması üçün hər iki tip yağ həlledici ilə ekstraksiyaya məruz qoyulurdu, lakin istismar zamanı rast gəlinən yüksək temperaturlarda naften əsaslı yağlar parafin əsaslı yağlar kimi davamlı olmurdu. Bununla belə, aşağı temperaturlarda axıcılığını saxladığı üçün, xüsusilə, soyuq havalarda naften tipli yağlar daha üstün hesab edilirdi. 1938-ci ilə qədər ən yüksək keyfiyyətli sürtkü yağları naften tipli idi və yağın özlülüyündən asılı olaraq, -40 С-dən -7оС-yə qədər (-40оF-dən -20оF-ə qədər) axıcılıq həddinin alınması üçün fenolla emal edilirdi. Parafinli yağlar da mövcud idi və daha yüksək keyfiyyətli yağların alınması üçün fenolla emal oluna bilərdi. Lakin belə yağlarda bərk parafinlərin miqdarı o qədər yüksək olurdu ki, bu yağlar hətta otaq temperaturunda belə bərk idi. Ən aşağı özlülüyü olan parafinli yağlar 2оС (35оF) bərkimə temperaturundan yağların alınması üçün soyuq presləmə metodu ilə parafinsizləşdirilirdi. Yüngül parafinli distillat yağlarının tərkibində soyudulma zamanı böyük kristallara çevrilərək kristallaşan bərk parafin qatışıqları vardır və buna gərə də onlar soyuq presləmə zamanı filtrasiya üsulu ilə yağdan asanlıqla ayrıla bilirdilər.Özlülüyü daha çox olan parafinli yağların (orta və ağır parafinli distillatlar) tərkibində kiçik kristallar kimi formalaşmış, soyuq presləmə zamanı filtrin məsamələrini tıxayan və filtrasiya prosesinə mane olan amorf və ya mikrokristallik parafin qatışıqları vardır. Bir halda ki, bərk parafinlərdən orta və ağır parafinli distillyatları təmizləmək mümkün olmurdu, bu distillyatlardan alınmış yüksək keyfiyyətli, yüksək özlülüyü olan sürtkü yağları tətbiq üçün yararlı olmurdu və yalnız krekinq üçün xammal kimi istifadə oluna bilərdi. Buna görə də yüksək özlülüyü olan parafinli yağların parafinsizləşdirilmə metodu işlənib hazırlandı. Bu metodlar mahiyyətcə onunla bir-birinə oxşayırdı ki, parafinli yağlar məhlulda yağı saxlayan həlledicidə həll olunurdu; aşağı temperaturda parafin kristallar formasında ayrılırdı. Bu proseslər bir-birindən, əsasən, istifadə edilən həlledicinin tipinə görə fərqlənirdi. Nafta, propan, kükürd dioksid, aseton-benzol qarışığı, trixloretilen, dixloretilen-benzol qarışığı (Barisol), metiletilketon-benzol qarışığı, metil-n-butilketon və metil-n-propilketon kimi həlledicilər sənaye miqyasında istifadə olunurdu. Həlledici ilə ilk parafinsizləşdirmə prosesində (1924-cü ildə hazırlanmış) parafinli yağ nafta və filtrasiya sürətləndiricisi (Fuller torpağı və ya kizelqur) ilə qarışdırılmışdır. Qarışıq soyudulub süzülmüşdü. Filtrasiya sürətləndiricisi süzgəc parçasında parafinli təbəqənin yaranmasına səbəb olurdu. Hazırda bu proses köhnəlmişdir və müasir parafinsizləşdirmə proseslərinin əksəriyyətində metiletilketon və benzol qarışığından istifadə olunur. Parafinsizləşdirmə prosesində digər ketonlardan da istifadə oluna bilər. İstifadə edilən ketondan asılı olmayaraq, bu proses ümumiyyətlə ketonlarla parafinsizləşdirmə adı ilə məlumdur.


Yüklə 33,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin