Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə96/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   92   93   94   95   96   97   98   99   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

ÜZEYİR HACIBƏYLİ


Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Onun valideynləri o dövrün savadlı, ziyalı şəxslərindən sayılırdılar.
Üzeyir ilk təhsilini Şuşada rus-türk məktəbində almış, daha sonra Gürcüstanda, Qori Müəllimlər Seminariyasında oxumuşdur. Seminariyada Üzeyir müəllimlərini öz dərin və hərtərəfli biliyi, musiqi istedadı ilə valeh edirdi.
Seminariyanı bitirən Hacıbəyli Bakıya gəlmiş, məktəblərdə dərs demiş, qəzetlərdə tərcüməçi, jurnalist kimi çalışmışdır.
1911-ci ildə Üzeyir Hacıbəyli musiqi təhsili almaq üçün Moskvaya getmişdir.
Bu vaxtlar o artıq “Leyli və Məcnun” operasının müəllifi kimi tanınmışdı. Bu əsərlə o, Şərqdə opera sənətinin əsasını qoymuşdu. Üzeyir bəy 300-dən çox xalq mahnısını nota salmış, marşkantatamahnı və romanslarkamera və xor əsərləri yazmışdır. O, Azərbaycan Respublikası himninin müəllifi ol­muşdur. Hacıbəyli eyni zamanda Azərbaycan operettasının banisi sayılır.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında böyük bəstəkarın "Koroğlu" operası ilk dəfə tamaşaya qoyulmuşdur. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsini təşkil edir.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də vəfat etmişdir.
Nigar Həbibova
(Azərbaycan dili. 3-cü sinif, 2018, səh. 121)


GÜLÜŞ GÜNÜ


1 aprel bütün dünyada Beynəlxalq Gülüş günü kimi qeyd olunur. Bu ənənə 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.
Aradan illər keçdi. Xalq yavaş-yavaş yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmin günkü zarafatları yada salıb 1 apreli Gülüş günü kimi qeyd etməyi qərara aldılar.
Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Axırda gəlib bizim ölkəmizə də çatdı. Bizdə də həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.
“Bayramlar və tarixi günlər” kitabından
(Azərbaycan dili. 3-cü sinif, 2018, səh. 157)

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin