Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə97/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   92   93   94   95   96   97   98   99   100
yeni kitab Oxu təl. metodikası 8.02.23


ƏQRƏB VƏ QURBAĞA


(təmsil)
Əqrəb çayı keçmək istəyirdi. Ancaq üzə bilmədiyinə görə suya girməyə qorxurdu. Birdən yaxında bir qurbağa gördü. Onu çağırıb de di:
Qurbağa qardaş, kömək elə, çayı keçim.
Qurbağa tullana-tullana yaxın gəldi. Əqrəbi belinə mindirib çayın o biri tərəfinə üzməyə başladı. Çayın ortasına çatanda əqrəb dilləndi:
– Qurbağa qardaş, mən gərək səni sancım.
Qurbağa başladı yalvarmağa:
– Ay əqrəb, axı mən sənə kömək elədim. Məgər yaxşılığın əvəzini belə çıxarlar?
Əqrəb cavabında dedi:
– Bağışla, qurbağa qardaş. Ancaq bu mənim adətimdir. Kimin ki boynuna mindim, gərək onu sancım.
Qurbağa nə qədər yalvardısa, xeyri olmadı. Axırda dedi:
– Yaxşı, sən deyən olsun. Ancaq bil ki, mənim də bir adətim var. Hərdən suyun altı ilə də üzürəm.
Bunu deyib qurbağa suya baş vurdu. Əqrəb üzə bilməyib çayda boğuldu.
(Azərbaycan dili. 2-ci sinif, 2018, səh. 155)


CIĞAL SƏRÇƏ


(nağıl)
Biri var idi, biri yox idi, Cik-cik xanım adında bir cığal sərçə vardı. Bir gün bu Cik-cik xanım qaratikan çəpərinin üstə qonub tikandan-tikana atılırdı. Qarı nənə də həyətdə təndir qalamışdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı, başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə. Az keçmiş Cik-cik xanım bir o yana, bir bu yana uçub dedi:
– Qarı nənə, mənim tikanımı qaytar özümə.
– Haradan alım? Atdım təndirə, yandı.
– Bilmirəm, tikanımı verməsən, çörəyini götürüb qaçacağam.
Qarı qaldı mat-məəttəl. Cik-cik xanım da o yana uçdu, bu yana uçdu, qarının bir çörəyini götürüb aradan çıxdı.
Göylə uçurdu, gördü bir çoban qoyun sağır. Qondu yerə, çobana yaxınlaşıb dedi:
– Çoban qardaş! Sənə isti çörək gətirmişəm, doğra südə, ye.
Çoban sevincək çörəyi aldı. Elə ki çörəyi yeyib qurtardı, Cik-cik xanım ona dedi:
– Hə, çoban qardaş, indi çörəyimi ver, mən gedim.
– Çörəyi haradan alım, yedim, qurtardı.
– Mənə nə! Çörəyimi ver, yoxsa qoyununu aparacağam.
Cik-cik xanım qanad çalıb havaya qalxdı, kök bir qoyunu caynağına vurub apardı. Çoban onun dalınca düşdü, amma çata bilmədi.
Cik-cik xanım caynağında qoyun özünü yetirdi padşahın sarayına. Gördü burda toydur. Qoyunu verdi qulluqçulara. Qulluqçular qoyunu kəsib yaxşı bozbaş bişirdilər, gətirib qonaqlara payladılar. Cik-cik xanıma yemək çatmadı. O da acığa düşüb padşaha dedi:
– Qoyunumu yediniz. Mən də əvəzində gəlini götürüb qaçacağam. Bunu deyib Cik-cik xanım gəlinin üstünə şığıdı. Onu caynağına alıb havaya qalxdı.
Cik-cik xanım caynağında gəlin uçurdu. Bir ağaclıqdan saz səsi eşidib yerə endi. Gördü bir aşıq ağac kölgəsində oturub saz çalır. Dedi:
– Salam, aşıq qardaş! Gəl mən gəlinimi sənə verim, sən də sazını ver mənə.
Aşıq gəlini götürüb getdi.
Cik-cik xanım da sazı alıb oturdu ağacın kölgəsində, başladı yavaş-yavaş dınqıldatmağa:
Tikan verdim, çörək aldım,
Sazım dınqır, dınqır, dınqır.
Çörək verdim, qoyun aldım,
Sazım dınqır, dınqır, dınqır.
Qoyun verdim, gəlin aldım,
Sazım dınqır, dınqır, dınqır.
Gəlin verdim, bir saz aldım,
Sazım dınqır, dınqır, dınqır.
(Azərbaycan dili. 2-ci sinif, 2018, səh. 188)

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin