Kitabla tanışlığa dair tövsiyələr
səhifə 92/100 tarix 01.05.2023 ölçüsü 453,07 Kb. #105397 növü Dərslik
yeni kitab Oxu təl. metodikası 8.02.23
Kitabla tanışlığa dair tövsiyələr
Kitabın üz qabığına və titul vərəqinə bax.
Müəllifin soyadını, adını və əsərin sərlövhəsini oxu.
Kitabı vərəqləyərkən illüstrasiya və şəkillərə diqqət yetir.
Kitabın təxmini məzmununu müəyyənləşdir.
Kitabı müstəqil surətdə mütaliə et.
Kitabla işin təşkili
Əgər yaxşı oxumaq istəyirsənsə gün ərzində ən azı 15 dəqiqə mütaliə etməlisən ;
Oxu üçün uyğun vəziyyəti seç, uzanaraq oxumaq sağlam-lığa ziyandır;
Mütaliə edərkən kitab gözdən ən az 30 sm məsafədə yer-ləşməlidir ;
Kitab oxuyarkən düzgün işıqlandırılmalıdır. Yaxşı olar ki, işıq yuxarıdan və ya soldan düşsün. Zəif işıqda oxumaq gözləri tez yorur, görmə qabiliyyətini zəiflədir. Unutmayın ki, hər saat-dan bir gözlərə 10 dəqiqə istirahət vermək lazımdır;
Kitab oxuyarkən fikrini yayındıran əşyalardan uzaq dur-maq , televizoru söndürmək lazımdır. Əgər bunu etməzsən zəhmə-tin hədər gedəcək;
Tələsmədən, ucadan oxu , tez-tez saata baxma, yoxsa oxu-duğun mətnin məzmununu unudacaqsan ;
Əgər oxuduğun kitab səni cəlb etmişsə və davamını da oxumaq istəyirsənsə mütləq qısamüddətli fasilə etməlisən;
Qəhrəmanların hərəkətlərinə diqqət yetir , onları təhlil et, özün üçün nəticə çıxar;
Nümunəvi davranış qaydaları və xeyirxah əməlləri olan əsər qəhrəmanlarını örnək götür;
Çox maraqlı və cəlbedici kitablar haqqında informasiyala-rı dostlarınla paylaş;
Oxuduğun kitabda maraqlı faktlar və ya ifadələrə , afo-rizmlərə rast gəldikdə mütləq özünə qeydlər götür, gələcəkdə gərəyin ola bilər ;
Şüurlu, düzgün və səlis oxu vərdişlərini qazanmağa cəhd göstər (dəqiqədə 90-100 söz oxumaqla);
Əsərdə hadisələrin ardıcıllığını müəyyənləşdirməyi bacar;
Sinifdənxaric oxu ilə məşğul ol , kitab seçərkən müəllimlə-rin tövsiyə etdiyi siyahıdan və kitabxanaçının tövsiyələrindən istifadə et.
Dostları ilə paylaş: