Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə91/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Kitabla rəftar qaydaları

  • Kitablar uzun müddət istifadəyə yararlı qalmaq üçün ondan düzgün istifadə etmək çox vacibdir.

  • Kitabı əlinizə götürərkən əllərinizin təmiz olmasına diqqət yetirin.

  • Kitabları tozdan qoruyaraq, rütubətdən və su ilə təmasdan uzaq tutun.

  • Kitabları günəş şüalarından mühafizə edin.

  • Kitabları çirkdən və yağ ləkələrindən qoruyun, kitab oxuyarkən qida qəbul etməyin. Bu həzm prosesini ləngidir və qida qəbulu zamanı oxunan informasiya çətin qavranılır.

  • Kitabları həşəratlardan, gəmiricilərdən mühafizə edin. Bu məqsədlə xüsusi mühafizə qaydalarından istifadə edilir.

  • Kitabı fiziki zədələrdən qoruyun: onun səhifələrini qatlamaq, kitabın arasına qalın və ya kobud əşya qoymaq, vərəqləri çevirərkən barmağı nəm etmək olmaz.

  • Kitabın səhifələrini yuxarı sağ küncündən çevirin, səhifələri aşağı sağ küncdən çevirdikdə kitabın səhifələri qeyd edilən rəqəmlər silinə bilər.

  • Oxuyarkən kitabın küncünü qatlamaq olmaz, səhifə korlana, künc isə bir neçə istifadədən sonra cırıla bilər.

  • Kitabı yazmaq, qələmlə və ya markerlə qeydiyyat aparmaq, içərisində şəxsi fikir və rəy bildirmək olmaz.

  • Kitabı qaldığın yerdən oxumağa davam etmək üçün əlfəcindən istifadə etmək lazımdır.

  • Kitaba söykənmək, ondan dayaq kimi istifadə etmək olmaz.

  • Kitabın cildinə zərər dəyməsin deyə ona üzlük keçirmək lazımdır.

  • Əgər kitab cırılıbsa onu yapışdırmaq lazımdır.

  • Kitabı rəfdən götürən zaman ehtiyatla cildin mərkəzi hissəsindən tutmaq lazımdır, yuxarı hissəsindən tutduqda kitabın kötüyü cırıla bilər.

  • Kitabın cildinə zərər verməmək üçün onu maksimum 120 dərəcəli bucaq altında açmaq lazımdır;

  • Nadir və qədim nüsxələrdən istifadə zamanı xüsusilə ehtiyatlı davranmaq, ehtiyac olarsa, əlcəkdən istifadə etmək lazımdır.

  • Qəzet və jurnalları oxuyarkən lazım olan hissələri kəsmək, cırmaq qəti qadağandır. Bunun üçün surətçoxaltma aparatı var ki, lazım olan səhifələrin surətini çıxara bilər, bununla da, digər oxucuların həmin mənbədən istifadə hüquqlarını pozmamış olarsız.

  • Kitabların “sağlamlığı” barədə düşünsək, öz sağlamlı­ğımızı qorumuş olarıq.




Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin