Kitab oxumaq insanın dünyaya baxış bucağını mükəməlləşdirir.
Kitab oxumaq düşüncələri yetkinləşdirir – oxumaq düşün-cəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Kitab oxumaq yeni ideyalara ruhlandırır.
Kitab oxumaq insanın təxəyyülünü inkişaf etdirir, fantaziyasını işə salır, müxtəlif nəzər nöqtələrindən baxma bacarığını artırır.
Kitab oxumaq insanın söz xəzinəsini zənginləşdirir.
Kitab oxumaq insanın danışıq qabiliyyətini qüvvətləndirir, nitqini təkmilləşdirir.
Kitab oxumaq başqalarının təcrübəsindən bəhrələnməyi təmin edir, insanın həyatdakı müvəffəqiyyət imkanını yüksəldir, bacarıq və biliklərini təkmilləşdirir.
Kitab oxumaq insanın həyatdakı müvəffəqiyyətlərini gücləndirir
Kitab oxumaq hər kəsi məlumatlı edir;
Kitab oxuyanın kitablar kimi etibarlı dostları meydana gəlir.
Kitab oxumaq insanın cəmiyyətdəki əlaqələrinin keyfiyyətini artırır.
Kitab vaxtın idarə olunması və məhsuldarlıq sahəsində bacarıqlarınızı təkmilləşdirir.
Kitab müxtəlif situasiyalarda problemlərin həlli yollarını göstərir.
Kitab oxumaq insanı köhnə səhvləri təkrarlamaqdan və yenilərini etməkdən çəkindirir.
Kitab qəhrəmanların xarakterini açaraq bu və ya digər situasiyada insanların özünü necə aparacağını anlamağa imkan verir.
Kitab oxumaq zehni açır, kobudluqdan uzaqlaşdırır.
Kitab oxumaq stresi azaldır, həyatı sevdirir, onu gözəl görməyimizi təmin edir.