Nəticə: Yalan danışan adama heç kəs inanmaz.
Ev tapşırığı: Mətndə cəm halında işlənən sözləri seçib yazın.
Qiymətləndirmə: Müzakirə və təhlilə əsasən aparılır.
“Yalançı çoban” (2 saat)-2-ci saat
Şəkillər, iş vərəqləri, flamaster, marker, qələm, pozan və s.
H-b.: 3.2.1
Motivasiya. Cümlədə buraxılmış söz hansıdır?
Yardımçı sualı: Yalanınızın üstü açılanda hansı hisslər keçirirsiniz?
Tədqiqat sualı: Yalan danışmaq nə üçün yaxşı deyil?
Tədqiqatın aparılması: Qruplarla iş.
I qrup. “Yalançı çoban” nağılının məzmununu ifadə edən atalar sözü hansıdır? Seçiminizi izah edin.
Yalan ayaq tutar, yeriməz.