Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Ədəbi tələffüz vərdişlərinin aşılanması oxu üzrə işin komponenti kimi



Yüklə 453,07 Kb.
səhifə75/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   71   72   73   74   75   76   77   78   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Ədəbi tələffüz vərdişlərinin aşılanması oxu üzrə işin komponenti kimi

İbtidai siniflərdə ''Azərbaycan dili'' fənni şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə, ən zə­ruri qrammatik qaydaların, ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunma­sına, oxu bacarıqlarının, nitq mədəniyyətinin formalaşdırıl­masına daha geniş imkanlar yaradır. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi qarşısında çox zəruri vəzifələr qoyulur. Bu da, hər şeydən əvvəl, onun təlim dili olması ilə əlaqədardır.


Nitq idrak fəaliyyətinin inkişafı ilə bağlıdır. L.V.Zankov və A.N.Leontyevə görə təlimin inkişafetdirici xarakterinə, tədris fəaliyyətinin düşündürücülüyünə, N.A.Mençinskaya və P.A.Qalperin biliklərin dərindən mənimsənilməsi texnolo­giyasının intensivləşdirilməsinə, N.K.Qonçarov, İ.A.Kairov, A.Abdullayev, B.Əhmədov, Y.Ş.Kərimov, A.N.Rəhimov və b. təhsilin məzmununun yeniləşməsinə, nitq inkişafı problemlərinə əsaslanan tədqiqatları nitqin inkişafı baxımından yüksək dəyərləndirilməlidir. Onların gəldikləri qənaətlər ibtidai siniflərdə şagirdlərin nitqinin inkişafı ilə əlaqədar veriləcək biliklərin yeni məzmununun, qazanılacaq bacarıq və vərdişlər üzrə isə mükəmməl metodik sistemin hazırlanmasına müəyyən ideya verir. Lakin nitq inkişafının vacib komponentlərindən olan ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində oxu dərslərinin rolunun əsaslandırılması diqqətdən kənar qalmasa da, əsaslı şəkildə işlənməmişdir.
Məktəbə gələnə qədər uşaqlar sadə nitq vərdişlərinə yiyələnsələr də, fikirlərini nə qədər aydın, dəqiq ifadə etsələr də, ədəbi tələffüz üzrə iş məktəbə gəldikləri vaxtdan başlanılır.
Nitqin inkişafı çoxcəhətli, mürəkkəb və böyük idraki əhəmiyyəti olan problemdir. Prof.Y.Kərimov yazır: “Şagirdlərdə nitq mədəniyyəti tərbiyə edərkən onların öz fikir və hisslərini qrammatik və fonetik cəhətdən düzgün, leksik-semantik cəhətdən aydın və dəqiq, üslubi cəhətdən obrazlı şəkildə ifadə etmələrinə nail olmaq lazımdır”[31,3].
Azərbaycanda nəzəri dilçilikdə nitqin inkişafı ilə bağlı ədəbi tələffüz üzrə məsələlər tədqiq olunsa da, metodik ədəbiyyatda yalnız çox dar çərçivədə bu məsələyə toxunulmuş­dur. İbtidai sinif şagirdlərinin ədəbi tələffüz üzrə nitqinin inkişafı üzrə işlərin aparılması haqqında müəllimlərə istiqamət verəcək heç bir mülahizə söylənməmişdir. Odur ki, müəllimlərin böyük əksəriyyəti bu işi ya başlı-başına buraxır, yaxud da ona təsadüfdən-təsadüfə yanaşırlar.
Qabaqcıl müəllimlər oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə işə diqqətlə yanaşaraq müəyyən təcrübə toplamışlar. Onlar bu yolla şagirdlərin intellektual səviyyəsini yüksəltməyə çalışırlar. Oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi şagirdlərdə dili duymaq, onunla təmasda olmaq, obrazlı ifadəyə və eləcə də obrazlı cümləyə doğru, düzgün münasibət bildirmək bacarıq və vərdişləri aşılayır.
Azərbaycan metodik ədəbiyyatında nitq inkişafı problemini A.Abdullayev, Y.Kərimov, Ə.Əfəndizadə, B.Əhmədov, A.Rəhimov tərəfindən geniş tədqiq olunsa da, oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi məsələsi çox az tədqiq olunmuş sahədir. Metodist alimlər bu sahə ilə əlaqədar tövsiyə xarakterli fikirlər söyləmişlər. Qeyd etmək lazımdır ki, problem rus metodik ədəbiyyatında geniş tədqiq olunmuş və bu sahədə bir sıra tədqiqat əsərləri yazılmışdır. Hələ XIX əsrin ortalarından etibarən F.İ.Buslayev, V.Qumboldt, A.A.Potebni, K.D.Uşinski və b. öz əsərlərində bu problemə toxunmuşlar. XX əsrin ikinci yarısından bu məsələ daha geniş tədqiq olunmuşdur. Belə ki, M.T.Baranov, L.A.Vvedenskaya, A.İ.Kondraşenkova, M.R.Lvov, T.M.Paxnova və s. alimlər sözün leksik mənası, E.N.Axtırskaya, M.T.Baranov, S.V.Voykina, S.N.İkonnikov, T.A.Ladıjenskaya, V.V.Ledeneva, M.R.Lvov, L.P.Fedorenko, E.A.Qlinskaya, L.N.Saltıkova, L.İ.Voyevodskaya, O.N.Meleşkina, E.N.Çulkova və s. metodist alimlər isə şagirdlərin obrazlı nitqinin inkişaf etdirilməsi - dilin bədii ifadə və təsvir vasitələrindən şagirdlərin öz nitqində istifadə etməsi məsələlərini tədqiq etmişlər və oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinin vacibliyini vurğulamışlar. N.M.Şanskiy, S.İ.Lvova, Ş.A.Mahmudov öz tədqiqatlarında qeyd edirlər ki, oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi məsələsinə məktəblərdə çox az diqqət ayrılır[50]. Bu problemin səbəbi isə müəllimlərin bu sahədə nəzəri və metodiki hazırlığının aşağı səviyyədə olması ilə əlaqədardır.
Nitq inkişafı üzrə aparılan işlərin əsas istiqamətlərindən biri də ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə aparılan işlərdir. Şifahi nitqin inkişafı üçün bu işin müstəsna əhəmiyyəti vardır.
Ədəbi tələffüz qaydaları dilimizin daxili qanunları ilə əlaqədardır. Ona görə də şifahi rabitəli nitqin formalaşmasında ədəbi tələffüz qaydalarına düzgün əməl etməyin mühüm əhəmiyyəti vardır.
Hər hansı dildə insanlar arasında irsiyyət o zaman baş verir ki, onlar sözləri və ifadələri həmin dildə düzgün tələffüz edə bilsinlər. Çünki bəzən sözün ifadənin düzgün tələffüz olunmaması üzündən fikir anlaşılmaz qalır və ya məna təhrif olunur. Sözlərin düzgün tələffüzü diqqətin fikrin ifadə vasitələrindən daha çox məzmuna yönəldilməsini təmin etməklə nitqin asan anlaşılmasına və qavanılmasına səbəb olur.
Ədəbi tələffüz qaydalarının mənimsədilməsinin əsası ibtidai siniflərdən qoyulur. Ədəbi tələffüz vərdişlərinin formalaşdırılması dedikdə buraya yalnız orfoepik normalara əməl edilməsi nəzərdə tutulmur. Düzdür, orfoepiya üzrə işlər əsas yerlərdən birini tutur, lakin ədəbi tələffüz üzrə işlər daha geniş məzmuna malikdir. Buraya həm orfoepik normalar, həm də intonasiya, diksiya, melodika, fasilə, ritmik bölgü və vurğu üzrə işlər, həm də nitqin surəti və tonu üzrə işlər və s. daxildir.
Məhz oxunun düzgünlüyü, sürəti, şüurluluğu, ifadəliliyi ədəbi tələffüz qaydalarının mənimsənilməsi səviyyəsindən asılıdır.
Ədəbi tələffüz təlim ilə bağlı məsələlər dilçi alim və metodistlərdən Ə.Dəmirçizadə[12], A.Abdullayev[5], Ə.Əfəndizadə [15], N.Abdullayev[1], Y.Kərimov[31] və b. əsərlərində öz əksini tapmışdır.
Ədəbi tələffüz vərdişlərinin şagirdlərə aşılamağın bir sıra yolları, üsul və vasitələri vardır, onlardan ən başlıcası aşağıdakılardır.

  1. Ədəbi tələffüz təliminin Azərbaycan dili tədrisi ilə əlaqələndirilməsi.

  2. Ədəbi tələffüzün orfoqrafiya ilə əlaqəli öyrədilməsi.

  3. Azərbaycan dili ilə bədii nümunələrin əlaqəli tədrisi prosesində ədəbi tələffüz üzrə iş.

  4. Vahid nitq rejimi şəraitində ədəbi tələffüz vərdişlərinin aşılanması.

Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmağı, ayrı-ayrı sözlərin, hətta nitq səslərinin tələffüzü qaydalarına əməl olunmasını tələb edir. Bu qaydaların məzmunu orfoepik qaydalar adlanır.
Düzgün tələffüz vərdişlərinin aşılanmasında rəngarəng priyomlardan istifadə olunur.

  1. uşaqların düzgün nitq nümunələrini dinləmələri və yamsılamaları (imitasiya);

  2. səsin tələffüz vəziyyətini (ağızın, dodaqların vəziyyəti) göstərməklə artikulyasiyanın başa salınması;

  3. sözün düzgün tələffüzünün yanlış tələffüzü ilə müqayisə edilməsi;

  4. sözün hecalara ayrılması və hecalarla tələffüz üzrə məşq edilməsi;

  5. didaktik oyun – çalışmalardan istifadə olunması;

  6. yanıltmac, tapmaca, saymaca və şeirlərin əzbər öyrənilməsi və s.

Ədəbi tələffüz üzrə iş apararkən fəal təlim texnologiyalarından istifadə xüsusilə əhəmiyyətlidir. Ona görə də şagirdləri şifahi nitq vərdişlərinə yiyələndirmək üçün eşitmə və görmə orqanlarına təsir edən (audioviziual) əyani vasitələrdən geniş istifadə edilməlidir. Buraya maqnitafon, lent yazıları, vallar, diapozitivlər, diafilləri, kino, teatr tamaşaları və s. daxildir.
2. Ədəbi tələffüz vərdişlərinin şagirdlərə aşılanması uzun sürən bir proses olduğundan bu işi konkret dərs saatı çərçivəsində həll etmək mümkün deyildir. Ədəbi tələffüz üzrə işlər şagirdin təhsil aldığı bütün illər boyu aparılır. Ona görə də orta məktəbin Azərbaycan dili proqramında, o cümlədən ibtidai siniflərdə düzgün tələffüz vərdişlərinin aşılanması üçün müəyyən saatlar ayrılmalıdır. Ədəbi tələffüz normaları ayrı – ayrı bölmələrin tərkibində praktik, nəzəri – praktik yolla şagirdlərə öyrədilir.
İbtidai siniflərdə orfoepik qaydalar şagirdlərə praktik zəmində mənimsədilir. “Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran, yəni sövti cəhətdən ümumiləşdirici normaları təzahür etdirən tələffüz qayda – qanunlarının sistemli məcmusudur”[12, 5].
Nitq fəaliyyəti üçün eşitmə və tələffüzetmə vərdişləri və onun başlıca müxtəlifliklərinin mənimsənilməsinin əhəmiyyəti böyükdür. Belə ki, nitqi eşitmə üzrə möhkəm vərdişlərə yiyələnmək nitq səslərinin müxtəlif incəliklərini qavramaq bacarığını (səslərin tələffüzünün düzgünlüyü, dəqiqliyi, sözlərin aydınlığı, səsin tonunun qalxıb – enməsi, güclənib zəifləməsi, axıcılığı, nitqinin sürətlənməsi və yavaşıması, tembr, rəng və s.) təmin edir[31, 192].
İbtiadi siniflərdə şagirdlərdə bir sıra vacib keyfiyyətləri tərbiyə etmədən Azərbaycan dilində ədəbi tələffüzə müvəffəqiy­yətlə yiyələndirmək mümkün deyildir. Həmin keyfiyyətlər aşağıdakılardır:
1) hər bir səsi ayrılıqda, həmçinin heca daxilində düzgün, tələffüz etmək;
2) sözləri hecalara ayırmaq, hər bir hecanı düzgün tələffüz etmək;
3) nöqsanlı tələffüz olunan Azərbaycan dilinin səslərini ayrılıqda düzgün tələffüz etmək və tələffüz məxrəcini aydınlaşdırmaq;
4) öz nitqini izləməyi, diqqətini buraxdığı səhvin üzərində toplamağı bacarmaq;
5) başqalarının danışığına düzəliş verməyi və nitq axını içərisində hər hansı səsi ayırmağı bacarmaq;
6) sözdə (əvvəlində, ortasında və axırında) səsləri ayıra bilmək;
7) bir sözü başqası ilə müqayisə edərək artıq və əskik səsi ayıra bilmək;
8) əmələgəlmə yerinə görə bir-birinə yaxın səslər (d – t, b – p, v – f, k – g və s.) arasındakı incə fərqləri seçə bilmək və s.
İbtidai siniflərdə ədəbi tələffüz normaları öyrədilərkən, əsasən, saitlərin tələffüzü, samitlərin tələffüzü və ayrı – ayrı qrammatik formaların tələffüzü üzərində dayanmaq mümkündür.
İbtidai siniflərdə hansı orfoepik qaydaların öyrədilməsi, onlara bu barədə nəzəri məlumat verilməsinin vacib olub-olmadığı hələ dəqiq müəyyənləşdirilməmişdir. Onu deyə bilərik ki, rəngarəng orfoepik qaydalar içərisində şagirdlərin gücünə, bilik və yaş səviyyəsinə uyğun olanları seçmək lazımdır.
İbtidai siniflərdə saitlərin və samitlərin tələffüzü ilə bağlı orfoepik qaydaların böyük əksəriyyəti öyrədilir. Belə ki, bu səslərdə gedən keyfiyyət və kəmiyyət dəyişiklikləri praktik surətdə şagirdlərə aşılanır.
İbtidai siniflərdə saitlərin tələffüzü ilə bağlı aşağıdakı orfoepik qaydalar öyrədilir:

  1. saitlər uzun tələffüz olunur: a – alim, Nadir, şair; ö – şölə, töbə; ə - Rəna, mədən, əla; e – elan, memar, bel; o – oyun, qoyun, qol; i – sima, həqiqət; ü – nümunə, şura, yumruq;

  2. saitlər qısa tələffüz olunur: a – qardaş; tala, mala; i – bilək, kitab; u – uşaq, uca; ü – üzüm, ürək, bütün; ı – qırmızı, nağıl, qıfıl;

v) o saiti rus dili vasitəsilə dilimizə keçən bir sıra sözlərdə rus dilinin tələffüz qaydalarına uyğun olaraq a ilə əvəz edilir: Moskva, motor və s.;
q) sözlərdə eyni sait qoşa gəldikdə onlar bir uzun sait kimi tələffüz olunur: aa – [ma:ş], [sa:t], [cama:t]; əə - [mətbə:], [tə:ccüb];
ğ) sözlərdə müxtəlif sait qoşa gəldikdə tələffüzdə arasına y samiti artırılır: ai – [a:yilə], [dayirə]; ae – [ayroport], [ayrodrom]; ia – [diyametr], [biyabr]; io – [radiyo]; iə - [müdafiyə] və s.
İbtidai siniflərdə samitlərin tələffüzü üzrə aşağıdakı orfoepik qaydalar öyrənilir.

  1. b, v, q, d, z, g, c cingiltili samitləri ilə bitən sözlərə samitlə başlanan şəkilçi və söz qoşulduqda, bunlar müəyyən dərəcədə karlaşır: kitap, bulutdu, çəkiç, Aras, əhənk, uşaqlar;

  2. v samiti bəzi sözlərdə f samiti kimi tələffüz olunur: Kərimof, dedektif, primitif;

v) t samitindən əvvəl gələn v samiti f kimi tələffüz olunur: aftomat, aftomobil;
q) söz ortasında qoşa q samitlərindən birincisi k şəklində tələffüz olunur: [sak`qal], [hak`qında], [dok`quz], [şak`qa] və s.;
ğ) sözlərdə kar samitdən sonra gələn t samiti cingiltiləşir: dəfdər, xəsdə, taxda;
d) sözlərdə kar samitdən sonra gələn k səsi cingiltiləşir: səkgiz, seçgi, kəsgin;
e) sözlərdə o saitlərindən sonra gələn v samiti tələffüzdən düşür: do:şan, do:ğa və s.
İbtidai siniflərdə ayrı-ayrı qaydaların izahı qısa, aydın, uşaqların yaş xüsusiyyətinə uyğun olmalı, rəngarəng misallar və illüstrasiyalarla müşayiət olunmalıdır. Şagirdlərə düzgün tələffüz nümunəsi vermək, imitasiyalardan istifadə, səsin artikulyasiyasına yiyələnmək, eşitmə - tələffüzetmə vərdişlərini mənimsəmək və s. yanaşı, orfoepik – orfoqrafik cədvəl və sxemlər, çalışma və tapşırıqlar, İKT- dən istifadə etmək orfoepik qaydaların formalaşması üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycan dilində düzgün tələffüz vərdişlərinə yiyələn­məkdə intonasiyanın da rolu böyükdür. İntonasiyanın sintaktik rolu onun əsas funksiyalarındandır. Nəqli, sual, nida cümlələ­rinin bir çox konstruksiyaları yalnız intonasiyanın gözlənməsi üçün şagirdlərə nümunə verməlidir. Şübhəsiz, hələ ibtidai məktəbin birinci sinfindən bu məsələlərlə bağlı praktik işlər gedir. İbtidai siniflərdən başlanmış bu praktik işlər sonrakı siniflərdə də davam etdirilir. İntonasiya haqqında nəzəri praktik işlər sintaksis bölməsinin tədrisi ilə başlanır.
İntonasiya. İfadəli oxuyan şəxsin mətndəki obrazlara, hadisəyə münasibəti dinləyiciyə intonasiya vasitəsilə aydın olur. İfadəli oxuyan şəxs ayrı-ayrı sözlərə, fikrə təsirli hissi bildirmək üçün intonasiyadan istifadə edir.
İntonasiya dedikdə onu tam geniş diapozonunda anlamaq lazımdır. İntonasiyaya aşağıdakılar daxildir:

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin