Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti



Yüklə 0,84 Mb.
səhifə3/5
tarix05.05.2023
ölçüsü0,84 Mb.
#108151
1   2   3   4   5
Həbizadə İbrahim. İqtisadiyyat

Bazar infrastrukturu sosial və istehsal infrastrukturna nisbətən yeni bir növ
hesab edilir. Bazarın yaranması onun sivil fəaliyyətini təmin edən yeni təşkilatların,
qurumların yaranmasını şərtləndirir.
Bazar infrastrukturu əmtəə və xidmətlərin hərəkətlərini, alqı satqı formalarını və
yaxud da bazara xidmət göstərən və onun normal formada fəaliyyətini təmin etmk üçün
müəyyən funksiyaları yerinə yetren instutlar, xidmətlər, sistemlər və müəssisələrin
cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur.
Müasir bazar infrastrukturunun əsas elmentlərinə aşağıdakıları missal göstərmək
olar:
 xüsusi azad sahibkarlıq zonaları;
 məsləhət (konsaltiq) şirkətləri;
 audit şirkətləri;
 ali və orta iqtisadi təhsil sistemləri;
 gömrük sistemi;
 kommersiya-sərgi kompleksləri;
 xüsusi reklam agentlikləri, informasiya mərkəzləri ve kütləvi informasiya
agentlikləri mərkəzləri;
 ticarət palataları, ictimayi və ya dövlət təşkilatları (assosasiyaları);
 vergi sistemi və vergi müfətişliyi;
 əhalinin məşğuluğunu tənzimlənməsi sistemi və məşğulluğa dəstəyin hökümət
və qeyri hökmət formaları;
 emissiya sistemi və emissiya bankları;
 kredit sistemi və kommersiya bankları;
 birjalar (əmtəə, xammal, fond, valyuta) və onların vasitəçiliyi formaları;
 hərraclar, yarmarkalar və sair təşkilati qeyri birja vasitəçiliyi formaları;
 muzdla işləyənlərin həmkarlar itifaqları;
İnfrastruktur bazar subyektlərinin sivil xarakterini təmin edir eyni zamnda onun
əlamətləri kənardan verilməmişdir, bazar münasibətlərinin özündən törəmişlərdir.
Bazar infrastrukturunun funksiyalari:
1. İqtisadiyyatın ayrı-ayrı sahələrinin və fəaliyyətinin, növlərinin ixtisaslaşdırılması
əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək.
2. Hüquqi o cümlədən iqtisadi nəzarət formalarını, işguzar təcrübənin dövlət və
ictimai tənzimlənməsini sadələşdirmək.
3. Bazar münasibəti iştirakcilarına öz layihələrini həyata kecirməyə köməklik
etmək.
İqtisadiyyatdakı dəyişikliklər onun quruluş instutlarına o cümlədən iqtisadiyyatın
ayrı-ayrı sahələrinə xidmət göstərn və onları qarşılıqlı əlaqələndirən təşkilatlarına,
qurumlarına və bazarın infrastrukturuna təsir etməyə bilməz.
Bazar infrastrukturu yaradılarkən, hər şeydən əvvəl, bu təsisatların formalaşması
üçün hüquqi baza hazırlanır, onların fəaliyyətinə qanunvericiliklə nəzarət edilir.
Bununla əlaqədar olaraq hesab edirik ki, müasir şəraitdə infrastruktur anlayışına iki
aspektdən, yəni:
iqtisadi kateqoriya - makroiqtisadi aspektdə maddi, operativ və bazar
kompanentlərini özündə birləşdirməklə iqtisadiyyatın inkişafı və cəmiyyət üzvlərinin artan tələbatının ödənilməsi üçün kompleks şəraitin yaradılmasına istiqamətlənmiş istehsal gücləri və istehsal münasibətləri toplusu;
sistem - (cəmiyyətin mövcudluğu üçün mühüm şərtləri təmin edən, sistemlilik,
utilitarlıq, resurstutumlu, uzunömürlü, universal kimi xassələrə malik olan, canlı əməyin
istifadə edildiyi istehsal altsistemi) kimi yanaşılması daha məqsədəuyğundur.
İnfrastruktur anlayışının müəyyənləşdirilməsinə qeyd olunan bütün bu
yanaşmalarda ilkin və təyinedici məqam ondan ibarətdir ki, əvvəla infrastruktur
iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri şəraiti yaradan mühüm vasitə, mexanizm
kimi dəyərləndirilir. İkincisi, bütün müəlliflər üçün ümumi hesab edilən digər yanaşma baxımından isə infrastrukturun bu və ya digər sahələr toplusu kimi müəyyənləşdirilməsinə cəhdlər göstərilir.
Bazar infrastrukturunun fəaliyyətinin məzmununa baxsaq görərik ki, burada
bölüşdürücü, kommunikasiya və tənzimləyici fəaliyyətlər daxildir.
Bazar infrastrukturunun bəzi tiplərinə qısaca nəzər salaq.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin