Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti


Atom nüvəsinin quruluşu. İzatoplar



Yüklə 289,85 Kb.
səhifə2/3
tarix09.05.2023
ölçüsü289,85 Kb.
#110135
1   2   3
Həbizadə İbrahim. Fizika

Atom nüvəsinin quruluşu. İzatoplar.Tədqiqatlarla sübut olunduğu kimi, atom mərkəzdə yerləşən müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən elektronlardan (elektron buludundan) ibarət elektroneytral və kimyəvi cəhətcə bölünməz ən kiçik hissəcikdir. İstənilən atom elektroneytral olduğundan, onun elektron buludundakı mənfi yüklü elektronların sayı (e) nüvənin tərkibinə daxil olan müsbət yüklü protonların sayına (p) bərabərdir: p=e. Praktik olaraq, atomun bütün kütləsi onun nüvəsində toplanır (elektronun kütləsi çox kiçikdir: protonun kütləsinin 1/1836 hissəsi qədərdir və ona görə də nəzərə alınmır). Nüvənin ölçüləri də atomla müqayisədə cox kiçikdir, ona görə də nüvənin sıxlığı həddindən artıq böyükdür: təxminən 1013 - 1014 q/sm3 . Müqayisə üçün belə demək olar ki, bu sıxlıqlı maddənin doldurduğu kibrit qutusunun kütləsi
2,5 milyard ton olardı və onu heç bir qaldırıcı kran belə yerindən tərpədə bilməzdi. Atomun xarici ölçüləri (onu kürə kimi qəbul etsək) nüvənin diametrindən təxminən 100 000 dəfə böyükdür. Əgər atomu böyük və çoxtutumlu dairəvi bir stadion kimi təsəvvür etsək, nüvə sanki onun mərkəzindəki kiçik bir futbol topudur.
Atom nüvəsində protonlardan əlavə, həm də neytronlar – yüksüz elementar hissəciklər (10N) dəvardır. Onun kütləsi protonun (1 +1P) kütləsinə bərabərdir. Proton və neytonlar birlikdə nuklonlar adlanır (latınca “nukleus” – nüvə deməkdir). Bunu sxematik olaraq daha əyani göstərmək olar:
Elektronlar, protonlar və neytronlar atomun əsas “quruluş hissələri” hesab olunur. Atomun xətti ölçüləri çox kiçikdir: onların radiusu (atom radiusu) 0,3-2,6 A0 (anqstrem; 1A0 =10-8 sm). Atom nüvəsinin ölçüləri isə 10-13 sm tərtibindədir (və ya 10-5 A0 ) – elektron təbəqələrinin ölçüsündən təxminən 100 000 dəfə kiçikdir. Ona görə də nüvənin və elektron təbəqələrinin ölçülərinin nisbi müqayisəsini düzgün göstərmək praktiki olaraq mümkün deyil. Atomun q və ya kq ilə ifadə edilmiş kütləsi mütləq atom kütləsi adlanır. Onlar çox kiçikdir və hesablamalarda əlverişli olmadığına görə a.k.v. ilə ifadə olunmuş nisbi atom kütləsindən (Ar; r - ingiliscə “relative” - nisbi deməkdir) istifadə edilir. Məsələn, azot atomunun mütləq kütləsi 2,33 10-26 kq, nisbi kütləsi isə 14 a.k.v.-dir. Bu və ya digər element atomları bir-birindən nüvəsinin yükünə (protonların və ya elektrontəbəqələrindəki elektronların sayına) görə fərqlənir. Atom nüvəsindəki protonların sayı atom nüvəsinin yükü adlanır və Z ilə işarə edilir. O, element atomunun əsas göstəricisi olub, həm də D.İ.Mendeleyevin dövri sistem cədvəlindəki sıra nömrəsinə bərabərdir. Məsələn, alüminiumun dövri sistem cədvəlində sıra nömrəsinin 13 olması o deməkdir ki, onun atom nüvəsinin yükü +13-dür və onun nüvəsində 13 proton vardır, bu nüvənin ətrafında da 13 elektron konkret elektron təbəqələri – energetik səviyyələr üzrə fırlanır.

Yüklə 289,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin