Maliyyə axınları - logistikada, material axınlarının optimal hərəkətini təmin etmək üçün
logistik sistem daxilində və logistik sistemlər arasında, eləcə də logistik sistemlə ətraf mühit ara-
sında dövr edən maliyyə resurslarmın istiqamətlənmiş hərəkətidir.
Bu tərifə görə, logistik maliyyə axınları-maliyyə resurslarının sadəcə hərəkəti yox, isti-
qamətlənmiş hərəkətidir; logistikada maliyyə resurslarının istiqamətlənmiş hərəkəti uyğun əmtəə
axınlarının hərəkətinin təmin edilməsi zərurətinə əsaslanır; maliyyə resurslarının hərəkəti – yer-
dəyişməsi həm logistik sistem daxilində və logistik sistemlər arasında, həm də logistik sistemlə ətraf
mühit arasında həyata keçirilir.
İnformasiya axınları -logistik əməliyyatların idarə edilməsi və ona nəzarət üçün logistik
sistem tərəfindən istifadə olunan, logistik sistemlə xarici mühit arasında əlaqələri təşkil edən
məlumatlar məcmusudur.
İnformasiya axını vaxt vahidi ərzində işlənən, saxlanılan və ötürülən informasiyanın kəmiy-
yəti ilə ölçülür.
İnformasiyanın kəmiyyət vahidi ikilik vahid - bit qəbul edilmişdir.
İnformasiyaların ötürülməsi sürəti rabitə texnikalarının müxtəlif sahələrində, adətən bodla (bir bod saniyədə bir bitin ötürülməsinə uyğundur) ölçülür. İnformasiya axınlarının ümumi həcmi
vaxt vahidi ərzində ötürülən və ya işlənən sənədlərin ümumi həcmi və ya onlardakı sənəd
sətirlərinin ümumi miqdarı ilə ölçülür.
[3]
Xidmət axınları - logistikada, müəyyən bir zaman in-tervalında göstərilən xidmətlərin
miqdarıdır. Xidmət ictimai və şəxsi tələbatı ödəyən xüsusi fəaliyyət növü (nəqliyyat xidmət-ləri,
topdan - pərakəndə satış, məsləhət, informasiya və s.) ola-raq başa düşülür. Şəxsi ehtiyacları və ya
təşkilatların ehtiyac-larını qarşılamağa yönəlmiş xidmətlər, insanlar, onlar olmadan isə avadanlıqlar
vasitəsilə təmin edilə bilər. "Xidmət axını" an-layışının tətbiq edilməsinə zərurət, xidmət
sənayesinin artan əhəmiyyəti və inkişafı, getdikcə onun daha çox sayda əhali və şirkətlərlə
konsentrasiyası ilə əlaqədardır.
Əsas axınlar (material, informasiya, maliyyə və xidmət), bəzən digər loqistik axınlara
bölünürlər:
• nəqliyyat axını - nəqliyyat vasitələrinin nizamlanmış
hərəkəti olub, yük və sərnişin nəqliyyat axınlarına bölünür.
• enerji axını - müxtəlif növ enerjinin (elektrik, istilik və s.) nizamlanmış yerdəyişməsidir.
• qeyri - material axını - müxtəlif logistik əməliyyatların proqram təminatı.