Material axınları - müxtəlif logistik (nəqletmə, anbarlama və s.) əməliyyatların tətbiq
edildiyi, müəyyən vaxt intervallarında mövcud olan, material resursları, bitməmiş istehsal və hazır
məhsullardır. Material axınının ölçüsü məhsulun ölçüsünün (ədəd, ton, m
3
və s.) vaxt intervalının
(gün, ay, il və s.) ölçüsünə nisbəti sayılır. Material axınları müəssisənin konkret sahələri, bütöv-
lükdə müəssisə üçün, yüklə aparılan ayrı-ayrı əməliyyatlar üçün hesablana bilər. Müəyyən bir an və
ya müddət üçün nəzərdə tutulan material axını material ehtiyatlarına çevrilir. Material ehtiyatları isə
axınların tərkib hissəsidir. Material resurslarının ilkin mənbədən son istehlakçıya qədər hərəkəti
zamanı ehtiyatlar bu axınların yalnız müəyyən bir mərhələsində yaranır və yenidən axın prosesinə
qoşularaq logistik funksiyaların həyata keçirilməsini təmin edir.
Müəyyən bir istehsal mənbəyindən istehlak anına qədər bütün yol boyunca yerləşən eyniadlı
resursların məcmusu elementar material axını əmələ gətirir. Müəssisədə formalaşan elementar
axınların məcmusu. müəssisənin normal fəaliyyətini təmin edən, ümum material axınını təşkil edir.
Material axınlarının hərəkət sxemi şəkildə 1 – də göstərilmişdir.
Şəkil 2.1. Material axınlarının hərəkət sxemi Praktiki fəaliyyətdə çox zaman material axınları tətbiq edilən nəqliyyat növünə uyğun ola-
raq təsnif edilir. Məsələn, avtomobil nəqliyyatı ilə yükdaşımaları həyata keçirən zaman yerinə
yetirilən yükləmə - boşaltma işlərinin xarakterindən asılı olaraq, əsasən, aşağıdakı təsnifatdan
istifadə olunur:
• ədədi, ədədi - taralı;
• ağır çəkili;
• dənəvarı və ya səpələnmiş;
• ağac materialları;
• metallar və metal məmulatları;
• taxıl və meyvə tərəvəz;
• maye yük vahidlərindən.
Material axınlarının bundan sonra da təsnif edilməsini çoxlu sayda əlamətlər, məsələn, yük
vahidlərinin taralaşdırma üsullarına, fiziki - kimyəvi tərkibinə, həcm və çəki ölçülərinə və s. görə
aparmaq mümkündür. Lakin bütün bunlarla yanaşı logistikada material axınlarını xarakterizə etmək
üçün axınların sürəti, sıxlığı və intensivliyi kimi göstəricilərdən də istifadə edilir.
Əmtəə bazarı
Satınalma
Satış
İstehsal
müəssisəsi
Xammal, material
Hazır məhsul