Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


 Logistikanın qısa tarixi və inkişaf mərhələləri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
1. 1. Logistikanın qısa tarixi və inkişaf mərhələləri 

Logistika yunan mənşəli söz olub, düşünmək, hesablamaq sənəti mənasını verir. Praktik 


logistikanın yaranması və inkişafının tarixi çox qədimdir. Eramızdan əvvəl IV əsrdə - Afinanın ən 
qüdrətli, ictimai quruluşun daha çox demokratikləşdiyi və mədəniyyətin çiçəkləndiyi bir vaxtda 
Qədim Yunanıstanda cəmi 10 logistik olduğunu Arximed öz əsərlərində təsdiq etmişdir.
Bizim eramızın birinci minilliyində bir sıra ölkələrin hərbi leksikonunda silahlı qüvvələrin 
material resursları ilə tə'minatı və bu sahədə ehtiyatların yaradılması ilə əlaqədar həyata keçirilən 
işləri logistik fəaliyyət adlandırmışlar.
Antik dövrlərdə “logistika” termini ərzaqla təchizat, nəqletmə və yerbəyer etmə mə’na-
larını daşıyırdı və o dövr üçün riyaziyyatda hesablama və ölçü (həndəsədə) alqoritmləri məcmusu 
kimi başa düşülürdü. Qədim Romada “logistiklər” legionerlərin yemək və yaşayış yerləri ilə tə'mi-
natı məsələləri ilə məşğul olurdular. Hamburq universitetinin professoru Q. Pavvelek isə qeyd edir 
ki, Roma imperiyası dövründə ərzaq məhsullarının bölgüsü ilə məşğul olanlar “logist” və ya 
“logistic” titullarına malik olurdular.
Müasir anlamda logistikanın əsaslarını yaradanlardan biri də məhz hərb sahəsi üzrə nəzə- 
riyyəçi və tarixçi Antuan Anri (Qenrix Veniaminoviç) Jominidir (1779- 1869). 1798 -ci ildə Jomini 
İsveç ordusunda, 1804- cü ildə fransa, 1813-cü ildə isə rus ordusunda xidmət etmişdir. Hərbi akade- 
miyanın yaradıcılarından hesab olunan Jomininin XVIII əsrin sonları XIX əsrin əvvəllərində tədqi- 
qatlar (müqayisə metodunun) metodikasının işlənib hazırlanması sahəsində əhəmiyyətli xidmətləri 
olmuşdur. Sonralar bu termindən praktiki olaraq digər fransız generalı - Napoleon Bonopartın 
ordusunun hərəkəti zamanı hərbi sursat, ərzaq və mənzillərlə tə'minat məsələlərinin praktiki həl-
lində istifadə olunmuşdur.
“Logistika” termini, son vaxtlara qədər mütəxəssislərin, yalnız dar bir dairəsinə məlum oldu-
ğu halda, bu gün geniş yayılmışdır. Bunun əsas səbəbi, bu anlayışdan iqtisadiyyatda istifadə edil-
məsidir.
1930-cu illərin iqtisadi böhranı zamanı material və xammal tədarükü funksiyalarını əlaqələn-
dirən tədarük, istehsal və paylayıcı sistemlərin inteqrasiya ideyaları, məhsul istehsalı, saxlanması və 
paylanması müstəqil elmi tədqiqat sahələrinə və iqtisadi təcrübənin bir formasına - logistikaya çev-
rildi.
Onu da nəzərə almaq lazımdır ki, Sovet imperiyası alman faşizminə qarşı ikinci dünya mü- 
haribəsi aparan zaman logistikadan, logistik prinsiplərdən praktiki olaraq Avropa ölkələrində yer- 
ləşən ordunun müxtəlif tə'yinath hərbi sursatlarla maddi-texniki təchizatının həyata keçirilməsində 
geniş miqyasda istifadə etmişdir. Logistik metodların tətbiqi hesabına silah və hərbi materiallar 
istehsal edən zavodlar, nəqliyyat sistemləri və ordunun yerləşdiyi bazalar arasında qarşılıqlı fəa-
liyyəti dəqiq təşkil etmək mümkün olmuşdur.
Logistika, özünün praktiki həllini, yaxın keçmişdə, ikinci dünya müharibəsi dövründə, ikin-
ci cəbhənin açılması vaxtı, Amerikanın Avropa ordusunun vahid idarəetmə prinsipi üzrə idarə edil-
məsi və təchizat, anbar, habelə nəqletmə əməliyyatlarının səmərəli əlaqələndirilməsi zamanı tapdı.
Logistikanın iqtisadi mahiyyətinin və müxtəlif fəaliyyət sahələrində baş verən iqtisadi 
proseslərlə qarşılıqlı əlaqəsinin dərin və hərtərəfli öyrənilməsi üçün logistikanın tarixi inkişaf 
mərəhələlərinin və onun inkişafını şərtləndirən amillərin təhlil edilməsinə böyük ehtiyac duyulur.
Logistikanı 20 - ci əsrdə bir neçə tarixi inkişaf mərhələlərinə ayırmaq olar. Material, ma-
liyyə və informasiya axınlarının ilkin mənbədən - istehsal yerlərindən son istehlakçıya qədər hə-



rəkətinin kompleks idarə edilməsi bacarığı, mədəniyyəti kimi dəyərləndirilən logistika iqtisadiy-
yatda uzun müddət ərzində tətbiq edilməsinə baxmayaraq hər biri spesifik xarakterə malik dörd 
mərhələdən keçmişdir:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin