8
Logistikanın vəzifəsi, logistik sistemlərinin qurulmasında istifadə olunan "logistikanın
yeddi qaydası"na əsaslanır. Bu qaydaların əksəriyyəti logistikanı
təyin edən komponentləri və
xüsusiyyətləri nəzərə alır, həmçinin onun fəaliyyətinin səmərəliliyinə təsir göstərir.
"Logistikanın yeddi qaydası" aşağıdakı kimi təsvir olunur:
• məhsul istehlakçıya lazım olmalı;
• məhsul uyğun keyfiyyətdə olmalı;
• məhsul lazımi miqdarda olmalı;
• məhsul lazım olan vaxtda çatdırılmalı;
• məhsul lazımi yerə çatdırılmalı;
• məhsul minimal xərclə çatdırılmalı;
• məhsul məlum istehlakçıya çatdırılmalıdır.
Əgər bütün bu qaydalar birləşdirilərsə, onda “loqistika” anlayışına aşağıdakı
kimi tərif
vermək olar.
Loqistika - lazımi məhsulun uyğun keyfiyyətdə lazımi miqdarda lazım olan vaxtda
lazımi yerə minimal xərclə məlum istehlakçıya çatdırılmasıdır.
Loqistikanın başlıca ideyası - istehsalçıdan istehlakçıya qədər məhsulun saxlanması, pay-
lanması,
yerdəyişməsi üzrə logistik zəncirin vahid proses çərçivəsində təşkilidir.
Logistikanın müasir inkişaf mərhələsində yerinə yetirdiyi vəzifələr kompleks şəkildə
informasiya və material axınları arasında
uyğunluğu təmin etmək, material resursları və hazır
məhsulların optimal yerləşdirilməsi texnologiyasını müəyyənləşdirmək, məhsulların keyfiyyətinə və
onların qablaşdırıldığı taralara standart tələblər hazırlamaq, material və əmək resurslarından,
avadanlıqlardan, istehsal yerləri və anbar sahələrindən səmərəsiz (qeyri - rasional)
istifadə
mərkəzlərini aşkar etməkdən ibarətdir.
Loqistik vəzifələr iki yerə bölünür:
ümumi və xüsusi.
Loqistikanın
ümumi vəzifələrinə aiddir:
• müəssisədə keyfiyyət sisteminin tətbiqi;
• istehsal həcminin proqnozlaşdırılması;
• material və informasiya axınlarının nizamlanması;
• istehsal olunan məhsulun miqdarının, onun saxlanması və daşınmasının proqnozlaşdı-
rılması;
• istehsal və imkanlar arasındakı
əlaqəni müəyyənləşdirmək;
• son məhsullara tələbin müəyyənləşdirilməsi;
• satışdan əvvəl və sonra xidmətin təmini və s.
Loqistikanın
xüsusi vəzifələrinə aiddir:
• daşıma müddətinin azaldılması;
• təchizatçıların axtarışı, seçimi;
• material resurslarının qəbulu, boşaldılması və saxlanmasının təşkili;
• minimum ehtiyatların yaradılması;
• anbarda hazır məhsulların saxlama müddətinin azaldılması və s.
Göründüyü kimi, qeyd olunanlara uyğun olaraq, hər bir təsərrüfat
subyekti material
axınlarının idarə edilməsi sahəsində özlərinin ümumi və xüsusi xarakterli logistik vəzifələrini
müəyyənləşdirirlər:
Dostları ilə paylaş: