Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
 
 
 


52 
15. Azərbaycanda nəqliyyat - loqistika sisteminin inkişafı 
İqtisadi inkişaf proseslərinin səmərəliliyinin artırılması logistik yanaşma və logistikanın 
funksional sahələrindən biri olan nəqliyyat logistikasını ciddi nəzərə alınmasını tələb edir. 
Dünyanın inkişaf etmiş ölkələrində bazar iqtisadiyyatı şəraitində nəqliyyat-logistika sisteminə 
yüksək gəlir gətirən və əlavə dəyər yaradan sahibkarlıq fəaliyyəti və biznes sahələrindən biri 
kimi baxılır. Bundan əlavə, nəqliyyat-logistika sisteminin üstünlüklərindən səmərəli istifadə 
olunması, iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayır. Beynəlxalq əhəmiy-
yətli nəqliyyat qovşaqlarını yaradan də-niz, dəmir yolu və digər nəqliyyat növlərindən inteqrativ 
for-mada isitifadə olunması yükdaşıma həcminin və nəqliyyat xidmətlərinə tələbatın artmasına 
əlverişli şərait yaradır.
Dünya təcrübəsində, digər mühüm bir amil isə müxtəlif nəqliyyat növləri və vasitələri ilə 
daşımalarda logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaratmaqdan ibarətdir. Bu halda təchizat 
zənciri daha çevik şəkildə işləyir, təsərrüfat və biznes subyektlərinin müxtəlif xammal və 
materiallara olan tələbatının səmərəli şəkildə ödənilməsi təmin olunur, ticarət və yük daşıma-
ların dövriyyəsi artır. Eyni zamanda, logistika mərkəzləri vasitəsilə iqtisadiyyatın prioritet sahə-
lərinin inki-şaf etdirilməsi məqsədilə xammal və resursların təminatı problemlərinin həllinə əlve-
rişli şərait yaranır. Logistika xidmətlərinin səmərəliliyi sayəsində iqtisadi fəaliyyət sahələrinin 
qarşısında duran strateji vəzifələrin həyata keçirilməsi mümkün olur. 
Nəqliyyat-logistika sisteminin səmərəli təşkili xeyli sayda xidmətlərin göstərilməsinə im-
kan verir və bunlardan logistik fəaliyyətlə əlaqəli olan aşağıdakı xidmət növlərini qeyd etmək 
olar:
• müştəri xidmətləri; 
• yüklərin saxlanılması və qablaşdırılması;
• yüklərin planlı şəkildə və uzunmüddətli dövrə hesablanmış qrafik əsasında tədarükü və 
paylanması;
• tələb olunan xammal və materialların sifarişi ilə bağlı proseslərin tənzimlənməsi və 
idarə olunması;
• yüklərin müxtəlif nəqliyyat növləri və vasitələrindən istifadə edilməklə daha optimal 
marşrutlarla daşınmasının təşkili;
• bağlanmış müqavilələr və kontraktlar üzrə yüklərin son ünvanlara vaxtında çatdırılma-
sı; 
• xammal və hazır məhsul axınlarının idarə edilməsi və nəzarət olunması;
• sığorta və gömrük prosedurlarının həyata keçirilməsi proseslərinə nəzarətin təşkili;
• dünyanın istənilən ölkəsindən bir neçə ölkəni keç-məklə daşınan yüklərin vahid 
mərkəzdən idarə edilməsi və s.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat - logistika sisteminin strateji əhəmiyyəti və 
üstün cəhətləri diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il 
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına 
dair Strateji Yol Xəritəsi”ndə logistika sahəsinin təhlili və qiymətləndirilməsi nəticəsində yeni 
liman kompleksinin tikintisi, qonşu ölkələrlə yeni dəmir yolu əlaqələrinin qurulması, Qaradağ 
rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi 
zonanın yaradılması, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda logistika qovşa-ğının 
yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin formalaşdırılması imkanlarının olması, 


53 
ölkəmizdə logistika sisteminin inkişafı üçün önəmli amillərdən hesab olunmasi öz əksini 
tapmişdir. 
Göründüyü kimi nəqliyyat sektoru ildən-ilə ölkəmiz-də kifayət qədər prioritet iqtisadiyyat 
sahəsin
ə çevrilməkdədir və mütəxəssislər tərəfindən bu sahənin potensialı yüksək qiymətlən-
dirlir. Xüsusilə, onun tranzit potensialı bu sektoru xeyli cəlbedici edir. Ölkəmizdə dünyada 
mövcud olan nəqliyyat növlərinin hamısının inkişaf etdirilməsi üçün imkanlar vardır. Belə ki, 
Xəzər dənizi vasitəsilə dəniz nəqliyyatının inkişafı üçün böyük potensial mövcuddur. Regionun 
və dün-yanın ən iri dəmir yolu layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu 
artıq istismara verilmişdir. Ölkəmizdə xeyli sayda beynəlxalq hava limanları – aeroportlar 
fəaliyyət göstərirlər, əvvəldə qeyd etdiyimiz kimi, Heydər Əliyev adına Beynəlxalq hava limanı 
isə müasirliyinə və texniki imkanlarına görə regionun ən etibarlı və güclü infrastrukturuna malik 
hava nəqliyyatı mərkəzinə, ümumilikdə isə nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. 2023 – cü 
ildə ölkəmizdə hava limanlarının sayı 9 – a çatacaqdır.
Respublikamızda qeyri-neft sektorunun müntəzəm və kütləvi xammal axını olan sahə-
lərində, o cümlədən güclü ix-rac potensialına malik kimya və neft - kimya kompleksində
metallurgiya, eyni zamanda bir sıra ənənəvi kənd təsərrüfatı sahələrində, xüsusilə pambıqçılıq və 
üzümçülükdə, taxıl məhsullarının və s. daşınmasında çevik və etibarlı nəqliyyat infrastruktu-
runun yaradılmasına zərurət vardır. Belə şəraitdə yüksək texnologiyalar əsasında logistika mər-
kəzlərinin for-malaşdırılması böyük səmərə verə bilər. İqtisadiyyatın strateji hədəflərinin reallaş-
dırılması üçün tələb olunan innovativ strukturların inkişaf etdirilməsi gecikdirilməməli və bun-
lara konseptual yanaşılmalıdır. Bu baxımdan ölkəmiz nəqliyyat-logistika sisteminin inkişafına 
ciddi önəm verir və qeyd etdiyimiz kimi bir çox strateji layihələr davamlı olaraq həyata keçirilir. 
Ölkəmizin əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat növlərinin inkişafı üçün şəraitin olması 
və səmərəli logistika qovşaqlarının yaradılması imkanlarının mövcudluğu burada regionun ən 
cəlbedici logistika mərkəzlərinin yaradılmasını şərtləndirir və investorların maraqlarına uyğun 
gəlir. Məhz bu amillər nəticəsində Azərbaycan regionda logistika sahəsində aparıcı ölkəyə 
çevrilməkdədir. Buna görədə beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar ölkəmizdə lo-
gistikanın inkişafı layihələrinə böyük maraq göstərirlər. Məsələn, Dünya Bankının missiyası 
Azərbaycan Texniki Universiteti ilə “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsi 
çərçivəsində əməkdaşlıqda maraqlı olduq-larını bildirmişlər (30 oktyabr 2019 – cu il). Bu əmək-
daşlıqda əsas üstünlüyün, qlobal nəqliyyat infrastrukturunun qu-rulmasına, nəqliyyat-logistika 
infrastrukturunun inkişaf etdirilməsinə, kadr hazırlığının müasir dövrün tələblərinə uyğun-
laşdırılmasına verilməsinin vacibliyi ön plana çəkilmişdir. 
Qeyd etmək lazımdır ki, Respublikamızda nəqliyyat- logistika infrastrukturunun yaradılması 
istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Nəqliyyat – logistika sisteminin inkişafı
ölkəyə
(regiona) invenstisiya cəlb olunmasına və iqtisadi inkişaf tempinə müsbət təsir göstərən vacib amil 
hesab olunur. Hazırda Bakı iqtisadi rayonunda regional nəqliyyat – logistika mərkəzinin inkişafı 
üçün intensiv işlər görülür.
Yaxın perspektivdə bu istiqamətdə bir sıra mühüm tədbirlərin nəzə-rə 
alınması vacibdir: 
- nəqliyyat-logistika sisteminin inkişaf etdirilməsi üzrə beynəlxalq təcrübənin öyrə-
nilməsi və yeni layihələrin həyata keçirilməsi üçün nüfuzlu nəqliyyat-logistika şirkətləri ilə 
intensiv qarşılıqlı əlaqələrin qurulması;
- iqtisadi rayonlarının inkişaf potensialının reallaşdırılmasında nəqliyyat-logistika sistem-
lərinin əhəmiyyəti və inkişaf etdirilməsi üzrə görülən tədbirlərin sürətləndirilməsi və s.


54 
Ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət aparır. Təsadüfi deyil ki, 
erməni işğalından azad olunmuş Zəngilan rayonunda, prezident İ. Əliyevin 2021 – ci il oktyabrın 20 
- də “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışındakı çıxışında Zəngəzur dəhlizinin 
buradan keçəcəyini, dəmir yolu, Horadiz - Ağbənd avtomobil yolu tikildiyini, aeroportun 
tikiləcəyini və beləliklə, Zəngilanda müasir nəqliyyat - logistika mərkəzinin, yük təyyarələri, 
sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastrukturun qurulacağını 
xüsusilə qeyd etdi.
Hal hazırda nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi beynəlxalq miqyasda 
zərurətə çevrilmişdir. Lakin bununla yanaşı nəqliyyat dəhlizləri uğrunda dövlətlərarası güclü 
rəqabət mövcuddur. Buna görə proseslərə yeni qoşulmuş gənc Azərbaycan dövləti, əlverişli coğrafi 
mövqeyindən, iqtisadi imkanlarından məqsədəuyğun şəkildə istifadə edərək, ölkənin nəqliyyat – 
logistika sistemlərini inkişaf etdirərək bu yolda inamla irəliləyir. Bu sahədə problemlər olsa da, 
nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi, respublikamızın iqtisadi rayonlarının 
iqtisadiyyatına investisiyaların cəlb olunması və onların gələcək inkişafına öz töhvəsini verəcəkdir.


55 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin