55
“Kultur həyat”, Məmməd İsmayılov “Bizim gənclər”, Hüseyn Hüseynov “Yüksəliş”
kimi əsərlər yazmışlar. Lakin bunların əsərləri heç bir
yerdə müzakirə və tənqid
edilməmişdir. Vaqtilə yaxşı şeirlər yazan yoldaşlar indi qayğısız iş nəticəsində
yazıçılıqdan uzaq düşmüşlər.
Qənbərlinin Naxçıvandan göndərdiyi həyəcan dolu bu tənqidi məqaləyə
“Ədəbiyyat qəzeti”nin rəhbərliyi də operativ münasibət bildirmiş, “Redaksiyadan”
başlıqlı qeyddə Azərbaycan Sovet Yazıçıları İtttifaqından və muxtar respublikanın
yerli təşkilatlarından yazıçılarla işi gücləndirmək, ədəbi mühiti canlandırmaq
sahəsində lazımi tədbirlər görmələrinin vacibliyi nəzərə çatdırılmışdı.
1940-cı ildə Bakıda Azərbaycan Sovet Yazıçıları İttifaqı
tərəfindən gənc
yazıçıların respublika konfransı keçirildi. Həmin konfransda Naxçıvandakı ədəbi
qüvvələri Ənvər Əylisli, Yaqub Məmmədov, Abbasqulu Quliyev,
Hüseyn Əzim,
Miryəhya Seyidov (sonralar ədəbiyyatşünas kimi tanınan Yəhya Seyidov –A.A.),
Təvəkkül Zeynalov kimi gənclər təmsil edirdilər. Bundan sonra Naxçıvanda da ədəbi
mühitin müəyyən canlanması müşahidə edildiyi kimi, ədəbi tənqid də fəallığını
artırdı, mətbuatda naxçıvanlı yazıçıların əsərləri barədə bəzi ədəbi-tənqidi materiallar
dərc olundu.
“Ədəbiyyat qəzeti”nin 28 aprel 1941-ci il tarixli sayında Ə.C. imzası ilə
verilmiş “Filiallardakı gənc yazıçılar haqqında” adlı məqalədə o dövr Naxçıvan ədəbi
mühitinin fəal üzvlərindən olan Qurban Qurbanovun və Ənvər Əylislinin
yaradıcılıqlarına ayrıca diqqət yetirilmişdi. Əvvəllər “Şərq qapısı” qəzetində kiçik
hekayələr və oçerklərlə çıxış edən Q.Qurbanovun “Ayrım”, həmçinin Nizami
Gəncəvinin poemasının təsiri ilə yazılmış “Xosrov və Şirin” dramlarına
müsbət
qiymət verilmişdi. Məqalədə Ənvər Əylislinin yaradıcılığı müfəssəl dəyərləndirilmiş,
onun “Bahar” şeirindən nümunə gətirilmişdi. Şairin poeziyası barədə bəzi tənqidi
qeydlər də nəzərə çatdırılmışdı:
“Əylislinin son şeirləri ilə əvvəlki şeirləri arasında
dil, ifadə və obrazlılıq cəhətincə nəzərə çarpacaq bir fərq görünmür...Əylisli öz
yaradıcılığına qarşı çox tələbkar olmalı, şeirləri üzərində daha ciddi işləməklə
özünün siyasi, elmi və ədəbi biliyini artırmağa çalışmalıdır”
[51].
56
Tədqiq olunan mərhələdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ədəbi fikir
nümayəndələri klassik ədəbi irsə də diqqət yetirirdilər. Bu cəhətdən Lətif
Hüseynzadənin “Şərq qapısı” qəzetində dərc olunmuş “Qədim əlyazmaları” (16 aprel
1941), “İsgəndərnamə” (24 iyul 1941) və s. məqalələri xarakterikdir. İlk yazıda Şərq,
o
cümlədən Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti üçün böyük əhəmiyyət
daşıyan bəzi əlyazmalar barədə məlumat verilmiş, ikinci məqalədə isə o zaman
təvəllüdünün 800 illk yubileyinə geniş hazırlıq görülən Nizami Gəncəvinin
“Xəmsə”yə daxil olan sonuncu poeması təhlil edilmişdir. 1940-cı
illərdə Lətif
Hüseynzadə klassik ədəbiyyat barədə bir sıra digər məqalələr də dərc etdirmiş,
həmçinin satirik şair Əliqulu Qəmküsarın həyat və yaradıcılığı barədə namizədlik
(fəlsəfə doktorluğu) dissertasiyası üzərində işləmişdir. Yazıçı Əyyub Abbasovun
Naxçıvanda 1932-ci ildə çapdan çıxmış “Mübarizə” adlı şeirlər kitabına Lətif
Hüseynzadənin ön söz yazması onun müasir ədəbi prosesə də laqeyd qalmadığını
göstərirdi.
Böyük vətən müharibəsi illərində
ədəbiyyatda olduğu kimi, ədəbi tənqiddə də
qələbəyə səfərbərlik ovqatı ön plana keçmişdi. Ədəbiyyatşünaslıqda qeyd olunur ki,
“Müharibə illərində tənqid, publisistika və ədəbiyyatşünaslıq bilavasitə ədəbi
proseslə qaynayıb-qarışdı, onun yol yoldaşına çevrildi. Bu illərdə ədəbi tənqid
özünün görüş tədqiq-təhlil məcrasını bir qədər də genişləndirərək adamlarda bədii
əsərin təhlili vasitəsilə vətənpərvərlik, mübarizlik, düşmənə amansız olmaq kimi
xüsusiyyətlər tərbiyə edirdi
” [180,s.248].
Naxçıvan ədəbi mühitində də analoji mənzərə müşahidə olunurdu. Bu
baxımdan müharibə illərində bir müddət Naxçıvanda yaşayan
tənqidçi Əziz Şərifin
“Şərq qapısı” qəzetində dərc etdirdiyi bəzi məqalələr maraq doğurur. O, qəzetin 9
oktyabr 1942-ci il tarixli sayında dərc etdirdiyi “Kəskin silah” adlı məqaləsində şair
və yazıçıların diqqətini faşizm üzərində qələbə uğrunda mübarizəyə qələmləri ilə
kömək
göstərməyə,
xalqda
mübarizə
əzmini,
vətənpərvərlik
ruhunu
qüvvətləndirməyə çağırırdı:
“Qoy bizim də bədii sözümüz cəbhədəki igid
döyüşçülərimizi, arxadakı yorulmaq bilmədən işləyən fəhlə və kolxozçularımızı,
gözünü həsrət və ümidlə döyüş bölgəsinə tikən ana və bacılarımızı ruhlandırsın”